Məhkəmə qərarları › İş №2-1(102)-229/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-229/2019

29.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-229/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1630/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikay ətinə əsasən işə Ali Məhkəmənin binasında 29 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı X-cu ildən əmək fəaliyyətinə başlamış, 1991-ci ildən cavabdehdə müxtəlif vəzifələrdə çalışmış, cavabdehin 134 saylı 30.12.2013-cü il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 29.2.1-ci maddəsinə əsasən ixtisas dərəcəsi saxlanılmaqla 30.12.2013-cü il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Xətai rayon 2 nömrəli sahə inzibati ərazi dairəsinə məsləhətçi-mühəndis vəzifəsinə təyin edilmişdir. İddiaçıya məxsus şəxsi işə əlavə olunmuş, 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 15 dekabr 2016-cı il tarixli təqdimatında göstərilmişdir ki, nümayəndəliyin məsləhətçi-mühəndisi İddiaçı əlavə qazanc əldə etmək məqsəd ilə iş saatlarında işdən yayınmış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq deyilənlərə məhəl qoymamış və heç bir nəticə çıxartmayaraq qanunsuz fəaliyyətini davam etdirmişdir. İddiaçı icra nümayəndəliyində ona həvalə edilmiş vəzifəsiylə bir araya sığmayan vətəndaşlara xidmətlər göstərməsi (masaj xidməti, ev xörəklərinin hazırlanaraq ərazidə obyektlərə, idarə və müəssisələrə paylanması və s.) ilə məşğul olmasıdır. İddiaçı qanunsuz fəaliyyətinin qarşısını almaq üçün müvafiq tədbir görülməsi barədə tapşırıq verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısının 189 saylı, 21 dekabr 2016-cı il tarixli əmri ilə İddiaçı işində səhlənkarlığa görə xəbərdarlıq edilmişdir. 23.12.2016-cı il tarixdə tərtib olunmuş akta əsasən Xətai rayon 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi n müavini Əhməd Məmmədov tərəfindən 15.12.2016-cı il tarixdə nümayəndəliyin mühəndisi İddiaçı barədə Xətai RİH başçısına rəsmi şəkildə təqdim etdiyi təqdimata əsasən 21 dekabr 2016-cı il tarixdə ona rayon İcra Hakimiyyəti başçısının 189 saylı 21.12.2016-cı il tarixli əmri ilə işdə buraxdığı nöqsanlara görə xəbərdarlıq edilmiş və əmr İddiaçı və aktı tərtib edənlərin iştirakı ilə oxunmuşdur. 27.01.2017-ci ildə tərtib edilmiş akta əsasən 27.01.2017-ci il tarixdə 257 nömrəli tam orta məktəbin zalında 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilən zaman rayon icra hakimiyyəti və digər rəhbər işçilərin rayonda görülən işlər barədə illik hesabat vermək üçün tribunada çıxış edərkən dövlət orqanlarında nüfuzunun artırılmasında vətəndaşların dövlət orqanlar ına və dövlət qulluqçularına etimadının yüksəldilməsində, fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasında, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsində və sair kimi fəallığın nümayiş etdirməklə dövlət qulluqçusunun bütün şəxslərə o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli olmaqla dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və eyni zamanda dövlət qulluğunda qanunvericiliyin tələblərinə əməl etməklə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etmək əvəzinə 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin mühəndisi İddiaçı, 1 və 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə olduğu kimi burada da t ədbirin gedişatı zamanı çıxış edən rəhbər işçilərə rişxənd ilə gülərək qeyri-səmimilik göstərmiş, hətta bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, etik davranış qaydalarını pozaraq tədbirin gedişatını izləmək əvəzinə telefonla oynamış və yerində telefonla danışaraq tədbirin gedişatını pozmuşdur. 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin müavini Əhməd Məmmədov tərəfindən verilmiş 27 yanvar 2017-ci il tarixli təqdimatda göstərilmişdir ki, nümayəndəliyin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı zamanı nümayəndəliyin məsləhətçi mühəndisi iddiaçı iclas zamanı yanında oturan vətəndaşla söhbət edərək iclasın gedişatına maneçilik yaratmışdır. Rəsmi tədbirdə nizam-intizam qaydalarına kobud şəkildə pozduğuna görə İddiaçı haqqında müvafiq tədbirlər görülməsi xahiş edilmişdi r 30.01.2017-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, 27.01.2017-ci il tarixdə tərtib edilmiş akta əsasən 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin mühəndisi İddiaçı etdiyi nöqsanlara görə izahat verilməsi üçün rayon İcra Hakimiyyətinə dəvət olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. Cavabdehin 5 saylı 31 yanvar 2017-ci il tarixli əmri ilə Xətai RİH başçısının 2 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçisi (mühəndis) İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 25.2, 25.2.6, 33.1.6 və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 186.2-ci maddəsinin “ç” bəndlərinə əsasən 01.02.2017-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin mübahisələndirilən əmri verilərkən, Bakı şəhəri Cavabdeh başçısının 2 saylı Sahə inzibati ərazi dair əsi üzrə nümayəndəliyinin müavini Ə.Məmmədovun təqdimatı, 27 yanvar 2017-ci il tarixli akt, iddiaçının izahat verməkdən imtina etməsi barədə akt əsas götürülmüşdür. İddiaçı 16 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 31.01.2017-ci il tarixli 5 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, qeyd olunan əmr Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələblərinə ziddir. Belə ki, əmrin verildiyi gün və ya sonradan iddiaçının izahatı alınmamış, əmrin surəti, əmək kitabçası, mühasibat sənədləri iddiaçıya təqdim edilməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra əmrin surəti ona verilmişdir. Qeyd ol unan əmrdə iddiaçının işdən azad olunma səbəbləri göstərilməmiş, bununla da Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı və 125-ci maddələrinin tələbləri pozulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-106/18 saylıiş) 5 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının dövlət qulluğundan azad edilməsi barədə cavabdehin 31 yanvar 2017-ci il tarixli 5 saylı əmri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X3 və X5, 2-1(103)-1630/2018 saylı iş) 14 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 5 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya ins tansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işdə olan sübutlara, “Dövlət qulluğu haqqında” Qanunun müvafiq normalarına əsasən cavabdehin 31 yanvar 2017-ci il tarixli, 5 saylı əmrinin ləğv olunması üçün əsas yoxdur. İddiaçı 9 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 30 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, təqdim edilmiş sübutlardan aydın olmuşdur ki, iddiaçı ümumiyyətlə həmin iclasda olmamış və cavabdeh tərəf də məhkəmə araşdırması zamanı qeyd edilənləri sübut etmək gücündə olmadığını büruzə vermişdir. Birinci instansiya məhkəməsi bu hala lazımi qiymət verdiyi halda, apellya siya instansiyası həmin faktdan yan keçməyə çalışmış, İPM-in 14, 58-ci maddələrinin müvafiq tələblərinə əməl etməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun tələbinə əsasən (25.2-ci maddə) intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanının rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı ifadə alınır, zərurət olduqda müvafiq dövlət orqanım rəhbəri xidməti yoxlama təyin edir. Həmin Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya 20-ci maddədə qeyd edilən məhdudiyyətlərə əməl etmədikdə tətbiq oluna bilər. Apellyasiya instansiyası məhkəməsi həmin halların iddiaçıya münasibətdə olmadığını qərəzli olaraq qiymətləndirməmiş, 1-ci instansiya məhkəməsinin gəlmiş olduğu obyektiv nəticəni əsassız saymışdır. “Normativ hüquqi aktlar haqqında” Qanunun tələbləri də pozulmuşdur. Belə ki, həmin Qanunun tələbinə görə mübahisə zamanı ən yüksək hüquqi qüvvəyə malik normativ aktın qaydaları tətbiq edilməlidir. Daha yüksək hüquqi qüvvəyə malik Əmək Məcəlləsinin və İPM-in normaları tətbiq edilməyərək, “Dövlət qulluğu haqqında” Qanun rəhbər tutulmuşdur. Qeyd edilənlər baxımından apellyasiya instansiyası tərəfindən maddi hüquq normaları pozulmuşdur. Bu isə məhkəmənin gəldiyi nəticənin əsassız olması, başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Cavabdehin bəzi əməkdaşları iddiaçını qanunsuz işdən azad etmək üçün hətta saxtakarlıq etməkdən belə çəkinməmişdir. Belə ki, Cavabdeh uzun müddət işçisi olan şəxs kimi, id diaçı onların işləri ilə çox yaxından tanışdır və apellyasiya instansiyası məhkəməsində də dəfələrlə bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tamamilə qərəzli olaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiy a şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı cavabdehin 31 yanvar 2017-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunun 25.2, 25.2.6, 33.1.6 və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 186.2-ci maddəsinin “ç” bəndlərinə əsasən 01.02.2017-ci il tarixdən Xətai RİH başçısının 2 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətç isi (mühəndis) vəzifəsindən azad edilmişdir. Cavabdeh iddiaçının vəzifədən azad edilməsi barədə əmrini “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsi ilə əsaslandırmışdır. Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində qeyd edilir ki, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsinə dair intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Qanunun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri sadalanmışdır. Qanunun 20-ci maddəsində dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər əksini tapmışdır. Qanunun 25.11-ci maddəsində isə qeyd edilir ki, dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisə edilən əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və 20-ci maddələrində nəzərdə tutulan vəzifələrdən və məhdudiyyətlərdən hansına əməl etməməsini, 25.11-ci maddəsinin tələbini pozmasını araşdırıb hüquqi qiymət verməmişdir. Cavabdeh iddiaçı tərəfindən mübahisə olunan əmrdə həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 23.3.1-ci maddəsinə istinad etmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun İİ fəslində etik davranış qaydaları göstərilmişdir. Qanunun 23.1-ci maddəsinə əsasən, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Qanunun 23.3.1-ci maddəsində qeyd edilir ki, bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi intizam icraatına başlanıla bilər. Apellyasiya instansiyası məhkəməsi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun hansı müddəalarının pozulmasını, o cümlədən 23.3.1-ci maddəsində göstərilən halın baş verməsini araşdırmamışdır. İddiaçı barəsində tərtib edilmiş 27 yanvar 2017-ci il tarixli aktda adları qeyd edilən 9 nəfərdən 6 nəfər birinci instansiya məhkəməsində ifadə vermiş, həmin şəxslərdən ikisi həm də apellyasiya instansiyası məhkəməsində ifadə vermiş, apellyasiya in stansiyası məhkəməsi ifadə verən iki nəfərin birinci instansiya məhkəməsində verilən ifadələri ilə bağlı araşdırma aparmamış, birinci instansiya məhkəməsində ifadə vermiş digər 4 nəfərin ifadəsinə münasibət bildirməmişdir. 27 yanvar 2017-ci il tarixli aktda iclasın gedişi zamanı iddiaçının çıxış edən rəhbər işçilərə rişxənd ilə gülərək qeyri-səmimilik göstərməsi, bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq tədbirin gedişini izləmək əvəzinə telefonla oynaması və telefonla danışaraq tədbirin gedişini pozması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv həlli üçün iclasda iddiaçının hansı rəhbər işçilərə rişxənd etməsi, həmin işçilərin müəyyən edilərək izahatının alınması, aktda təsvir edilən halların baş verdiyini müəyyən etmək üçün iclasın videoçəkiliş və f otoçəkilişin olub-olmaması, iclasın protokolunun (stenoqramının) tələb edilib baxılması və s. araşdırılmamışdır. 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin müavini Əhməd Məmmədov tərəfindən verilmiş 27 yanvar 2017-ci il tarixli təqdimatda göstərilmişdir ki, nümayəndəliyin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı zamanı nümayəndəliyin məsləhətçi mühəndisi İddiaçı iclas zamanı yanında oturan vətəndaşla söhbət edərək iclasın gedişatına maneçilik yaratmışdır. Rəsmi tədbirdə nizam-intizam qaydalarına kobud şəkildə pozduğuna görə İddiaçı haqqında müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdimatda qeyd edilən iddiaçının iclas zamanı yanında oturan vətəndaşın kimliyinə, onun məhkəmə iclasında dindirilməsinin zəruriliyinə, aktla təqdimatd a olan ziddiyyətin səbəblərinə münasibət bildirməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir (48.1-ci maddə). İnzibati məhkəmə icraatının iş tirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir (48.2-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs edilən hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək mübahisə olunan əmrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1630/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar