Məhkəmə qərarları › İş №2-1(102)-229/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-229/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-229/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-229/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: texniki pasportun tərtib edilməsi və mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun,İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (bundan sonra mətndə cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli, 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çı xarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdehlər siyahısından çıxarılmasını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üçüncü şəxs sıralarından çıxarılaraq cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000ci il tarixli, 647 saylı sərəncamı ilə ona Badamdar qəsəbəsi ərazisində fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, habelə torpaq sahəsinin situasiya planı və sxemi xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmişdir. Qeyd olunan sənədlər cavabdehə təqdim olunmuş, cavabdeh isə Səbail rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli, 124 saylı sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin mövcud olmasına və torpaq sahəsində tikintialtı sahəsi 110 kv.m olan ikimərtəbəli yaşayış evinin və həyət tikililərinin olmasına istinad etməklə ərizənin icrasının mümkün olmadığını bildirmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(81)1031/2018 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edil mişdir. Ekspert tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 15600 saylı rəy verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)1031/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya torpağın ayrılmasına dair hüquqmüəyyənedici sənəd kimi Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli, 647 saylı sərəncamı mövcud olmuş, iddiaçıya məxsus torpaq sahəsinin X1 adına olan xxx saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” göstərilən torpaq sahəsi ilə üst-üstə düşməməsi və ondan 3150 metr şimal istiqamətində yerləşməsi ekspert tərəfindən müəyyən edildiyindən, cavabdehin torpaq sahələrini üst-üstə düşməsinə dair dəlili əsaslı olmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-2465/2019 saylı qərarı ilə (sədrlik edən Zakir Qul iyev, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi qərarında Səbail rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli, 124 saylı sərəncamına istinad etmiş, lakin həmin sərəncamın İcra Hakimiyyətinin xx xxxxxx 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə qüvvədən düşməsini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia olunan torpaq sahəsi Sabail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1995-ci il tarixli, 124 saylı sərəncamına əsasən Eldar Əfəndiyev tərəfindən özəlləşdirilmiş və torpağın mülkiyyətə verilməsinə dair xxxsaylı şəhadətnamə verilmişdir. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilə bilinməsi üçün sərəncamın E.Əfəndiyevə aid hissəsi ilə birlikdə həmin şəhadətnamənin də qüvvədən düşməsinin zəruri olmasına baxmayaraq, həmin şərt ödənilməmiş və mübahisənin predmetini təşkil etməmişdir. Bundan başqa bildirilmişdir ki, iddiaçıya 2000-ci ildə torpaq sahəsinin ayrılması barədə sərəncam verilərkən ayrılmış sahənin plan və ölçüsü, ayrıc aktı və koordinatları barədə kadastr sənədi olmadığından, habelə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin sxemini tərtib etmək səlahiyyəti olmadığından, məhkəmə kollegiyası 2017-ci ildə Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş sxemi də mötəbər sübut kimi qəbul etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 10.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi X1 adına torpağın mülkiyyətə verilməsinə dair xxx saylı şəhadətnamənin mövcud olmasına istinad etsə də, həmin şəhadətnamənin verilməsi zamanı kobud pozuntulara yol verildiyini və şəhadətnamənin verilməsinə əsas olan xx xxxxxx 1995-ci il tarixli, 124 saylı Sərəncamın Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə faktiki olaraq qüvvədən düşməsini, 1995-ci il sərəncamına əlavə olunmuş yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən deyil Badamdar qəsəbə nümayəndəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə tərtib edildiyini, 1995-ci ildə ümumiyyətlə Badamdar qəsəbəsinin 3-cü massivində yerləşən torpaq sahlərinin fərdi tikintilər üçün ayrılmadığını, şəhadətnamənin verilməsinə əsas olan sənədlərin həqiqiliyinin və qeydiyyata alınıbalınmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından müvafiq arayış və digər sənədlərin alınmadığını nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxx 2019-cu il tarixli, M-311 saylı məktubunda Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx xxxxxx 1995-ci il tarixli, 124 saylı sərəncamına cizginin əlavə olunmadığı qeyd edilmişdir. Bundan başqa bildirilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair xxx saylı şəhadətnamə E.Əfəndiyev tərəfindən ödənişli əsasla, 1997-ci ildən sonra əldə olunmuş və xx xxxxxx 1995-ci il tarixli, 124 saylı Sərəncama heç bir aidiyyəti olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və koo perativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübu tlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Səbail RİH başçısının “Səbail RİH başçısının 124 saylı xx xxxxxx 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” xx xxxxxx 2000-ci il tarixli 647 nömrəli sərəncamına əsasən X1 razılıq ərizəsi və İddiaçı torpağa olan tələbatı nəzərə alaraq, Səbail RİH başçısının 124 saylı xx xxxxxx 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 kv.m. torpaq sahəsi qarşılıqlı razılaşma əsasında İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixli ərizə ilə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, sonuncu xx xxxxxx 2017-ci il tarixli, *** *******02 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd etmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Səbail RİH başçısının 647 saylı, xx xxxxxx 2000-ci il tarixli sərəncamında istinad edilmiş Səbail RİH-in 124 saylı xx xxxxxx 1995-ci il tarixli sərəncamı əsasında digər fiziki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə xxx saylı şəhadətnamə verilmişdir. Bundan başqa, torpaq sahəsində tikintialtı sahəsi 110 kv.m. olan iki mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşə birinci instansiyada baxılarkən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə E kspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 15600 nömrəli ekspert rəyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.m. torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş E.Əfəndiyevin adına xxx nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki torpaq sahəsi ilə üst-üstə düşmədiyi və iddia olunan torpaq sahəsinin şəhadətnamədə göstərilən torpaq sahəsinin 3.150 metr şimal istiqamətində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdi r ki, həqiqətən də E.Əfəndiyev Səbail RİH başçısının xx xxxxxx 1995-ci il tarixli 124 nömrəli sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsini 2004-cü ildə qeydiyyata aldırmış, bu barədə ona xx xxx 2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” xxxnömrəli (kod ********) şəhadətnamə verilmişdir. Sənədlərə Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1724 nömrəli 600 kv.m. torpaq sahəsinin RİH-in Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş (xx xxxxxx 2004, No: 130), RİH təsərrüfat şöbəsinin müdiri və memarı tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir. E.Əfəndiyev Səbail RİH başçısının xx xxxxxx 1995-ci il tarixli, 124 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən iddiaçının xeyrinə Səbail RİH başçısının xx xxxxxx 2000-ci il tarixli 64 7 nömrəli sərəncamına əsasən imtina etsə də, sonradan həmin sahəni 2004-cü ildə, amma yenə Səbail RİH başçısının xx xxxxxx 1995-ci il tarixli 124 nömrəli sərəncamına əsasən öz mülkiyyətinə keçirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələbləri nə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün qanunvercilikdə nəzərdə tutulan əsaslardan birini qeydiyyat orqanına təqdim etməli olduğu halda, bunu edə bilməmiş, onun istinad etdiyi əsas isə başqa şəxs barəsində nəticələr yaradaraq, torpağın həmin şəxsin mülkiyyətinə keçməsinə hüquqi zəmin təşkil etdiyi üçün iddiaçıya münasibətdə yenidən hüquqi nəticə yarada bilməz. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, torpaq sahəsi rayon icra hakimiyyətinin sərəncamı ilə ona verilmiş və bu sənəd onun mülkiyyət hüququ nun qeydə alınması üçün hüquqi əsas kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dö vlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, daşınmaz əmlaka dair icra hakimiyyəti orqanı tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş akt (sərəncam) mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Belə sərəncama malik olan şəxs onu mülkiyyət hüququnun qeydə alınması üçün verilən ərizəyə əlavə etməklə hüququnun qeydə alınmasını tələb edə bilər. İddiaçının tələbinin əsaslandığı hallara və kassasiya şikayətində bildirilmiş dəlillərə görə, belə sərəncamı cavabdehə təqdim etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların d övlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin məzmununa görə, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılması üçün əsas kimi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2000-ci il tarixli sərəncamı təqdim etmişdir. Həmin dövrə (2000-ci il) münasibətdə Azərbaycan Respublikası Torpq Məcəllsinin (bundan sonra – Məcəllə): - 46-cı maddəsinin birinci-üçüncü bəndlərinə əsasən, dövlət mülkiyy ətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət ehtiyat fondu torpaqları. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul ed ilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib ed ilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdiilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstəril məklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən təqidm edilmiş sərəncamla torpaq sahəsinin həmin dövrdə ayrılması müəyyən edilməmiş, daha əvvəl, yəni 1995-ci il tarixində ayrılmış torpaq sahəsinə dair sərəncamda qismən dəyişiklik edilməklə, həmin sərəncamla torpaq sahəsi ayrılan fiziki şəxsin dəyişdiirlməsi ilə bağlı olmuşdur. Mübahisəli hal iddiaçıya ayrılmış torpaq sahəsinin daha əvvəl qəbul edilmiş sərəncamla ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlıdır. Yəni, 1995-ci ildə yuxarıda əks olunmuş qaydada verilmiş icra hakimiyyəti sərəncamına əsasən E.Əfəndiyevə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. Belə ki, qeyd edilmiş Məcəllənin zamana görə qüvvədə olmuş: - 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir; - 67-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, i stifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 140-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Sadalanmış maddələrin əlaqəli təhlilinə görə, torpaq üzərində mülkiyyət hüququAzərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsitərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilməlidir ki, sonuncu sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquq müəyyənedici sənəddir. Həmin reyestrin məzmunu mübahisələndirilmədiyi halda həqiqi hesab olunmalıdır. Maddələrin tələblərinin işin hallarına münasibətdə tətbiqi o nəticəni yaradır ki, E.Əfəndiyevə 2004-cü il tarixində verilmiş “Torpağın verilməsinə dair” şəhadətnamə iddiaçı tərəfindən mübahisələndirildiyi təqdirdə, həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun qeydə alınmasının qanunauyğunluğuna qiymət verilə bilərdi. İddia tələb üzrə isə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından cavabdehin imtinası o əsasla düzgün hesab olunmalıdır ki, həmin torpaq sahəsi üzərində digər mülkiyyətçinin huququ qeydə alınmış və həmin qeydin həqiqiliyi və tamaml ığı qüvvədədir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar