Məhkəmə qərarları › İş №2-1(102)-229/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-229/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-229/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (3-cü şəxslər: Nəsimi rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “pulun ödənil məsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3203/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1 (81)-781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarı ilə mərhum əri X2 Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X4 İdarəsində polis nəfəri vəzifəsində 1980-ci ildən 1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500 - 2000 metrədək yüksəklikdə işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi vəzifəsinin Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra sənədi 01 noyabr 2018-cı ildə icraya yönəldilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş müvafiq məhkəmə qərarının icra olunması ilə bağlıdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı həmin qərard addan apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(103)-1887/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli 2-1(112)-2256/2021 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2-1(102)1796/2021 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayətinin mümkün sayılmayaraq icraata qəbulundan imtina edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-425/2022 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, məhkəmə ak tı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçının mərhum əri X3 ödənilməli olan müavinətə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, təyin edilmiş müavinətin məbləğinin hesablanıb ödənilməsi məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş müavinətlərə münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma faktiki olaraq məh kəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş müavinətin ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-3203/2022 nömrəli qərardadı ilə (hakimlər: A.Hüseynov – sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) birinci insta nsiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun iddia tələbi indeksləşdirmə aparılması ilə bağlı deyil, iddia tələbi puldur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə v ə təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübu tlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2-1(81)-781/2016 saylı, 18 may 2016-cı il tarixli qərarının icrası ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılması mövcud qanun vericilikdə nəzərdə tutulmamışdır.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-781/2016 nömrəli, 18 may 2016-cı il tarixli qərarında iddiaçının tələbi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin X4 idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən-1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500-2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi ilə bağlı olmuşdur. İddiaçının həmin məzmunda tələbi məhkəmə tərəfindən təmin edilmiş, cavabdehin üzərinə iddia tələbinə uyğun məzmunda öhdəlik qoyulmuşdur. Lakin həmin qərarda icra olunmalı – ödənilməli olan müavinətlərin (artımların, əmsalların) məbləği göstərilməmişdir. Cavabdeh isə ödənişi öz mülahizəsinə görə hesabladığı məbləğə icra etmişdir.

22. Hazırkı halda isə iddiaçı X3 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

23. Beləliklə, iddiaçının indiki tələbləri (dəqiq miqdarı göstərilən müavinət, faiz məbləği) əvvəlki məhkəmə baxışının predmeti olmadıqlarından apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən əsasla iddianın mümkün sayılmaması işin faktiki hallarına uyğun olmamışdır.

24. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılmasına da aiddir.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələbləri pozulduğundan qərardad ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-3203/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar