Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-229/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsindən imtina; kursantlıq dövrünün güzəştli şərtlərlə xidmət illərinə hesablanması; qazanılmış hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-3034/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı xidmət illərinin həmin dövrlər üçün (xx.xx.1992 - xx.xx.1994-cü il tarixinədək) bir ili iki il kimi və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövrün bir ilin iki il altı ay kimi hesablanaraq yeni məlumat vərəqinin DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli im tina məktubu onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmişdir ki, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı müddətin pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci i l tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövr 1 gün 0,5 gün hesabı ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarına uyğun olaraq 1 gün xidməti 2 gün hesabı ilə hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət illərini həmin dövrlər üçün (xx.xx.1992-xx.xx.1994-cü il tarixədək) bir ili iki il kimi və (xx.xx.1994-xx.xx.1997-ci il tarixədək) bir ilinin iki il altı ay kimi hesablanaraq yeni məlumat vərəqinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 24 il 13 gü n, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həqiqi hərbi xidmətinin ali hərbi təhsil müəssisəsində (Bakı Ali Birləşmiş Komandirlər Məktəbi) kursant qismindəki 2 (iki) ili (xx.xx.1992-xx.xx.1994-cü illər) Ermənistanın torpaqlara təcavüzünə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aktiv döyüş əməliyyatlarının apardığı dövrdə və zabit qismində sərhəd zastavalarındakı 2 (iki) il 10 (on) ayı isə (xx.xx.1994 - xx.xx.1999-cu illər Naxçıvan sərhəd dəstəsinin (2006 № h/h) s/zastavaları) ölkə ərazisində Fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu dövrdə (xx.xx.1997-ci ilədək) keçmişdir. Ancaq hərbi xidmətinin yuxarıda qeyd olunan dövrünün bir hissəsi iş stajına güzəştli şərtlərlə ümumiyyətlə daxil edilməmiş, digər hissəsi isə qismən daxil edilmişdir. Nəticə etibarı ilə pensiyanın təminat xərcliyinin hesablanması üçün Dövlət Sərhəd Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi məlumat vərəqində həqiqi hərbi xidmətinin müddətli (kursant) hissəsi birqat - bir xidmət ili bir il (bir xidmət günü bir gün), sərhəd zastavalarında zabit qismindəki hissəsi isə ikiqat-bir xidmət ili iki il (bir xidmət günü iki gün) kimi göstərilmişdir. Odur ki, pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992 - xx.xx.1994-cü illər ) bir xidmət ilinin iki il (bir xidmət gününün iki gün), sərhəd zastavalarındakı xidmət dövrünün (xx.xx.1994 - xx.xx.1997-ci illər) bir xidmət ilinin iki il yarım (bir xidmət gününün iki gün yarım) göstərilməklə yeni məlumat vərəqinin tərtib olunması və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına göndərilməsi xahişi ilə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir. Lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir.
5. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(112)-6686/2024 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yeni məlum at vərəqəsinin verilməsi ilə bağlı tələb iki hissədən ibarətdir: - Ali hərbi təhsil müəssisəsində (Bakı Ali Birləşmiş Komandirlər Məktəbi) kursant qismindəki xx.xx.1992-xx.xx.1994-cü il tarixinədək olan dövrün bir ili iki il kimi nəzərə alınması (tələbin birinci hissəsi); - xx.xx.1994 - xx.xx.1999-cu illər ərzində Naxçıvan sərhəd dəstəsində olan dövrün bir ilinin iki il altı ay kimi nəzərə alınması (tələbin ikinci hissəsi). Tələbin birinci hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, vətəndaşların həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçının xx.xx.1992xx.xx.1994-cü il tarixlərdə kursant olduğu dövr həqiqi hərbi xidmət illərinə daxil edilmişdir. Lakin həmin xx.xx.1992-xx.xx.1994-cü il tarixinədək olan dövr döyüş şəraitində döyüş əməliyyatlarının olduğu ill ərə təsadüf etsə belə, iddiaçı faktiki olaraq qeyd olunan illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı olmuşdur və həmin dövr nə hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü, nə də müharibə illərində arxa cəbhədə iş müddəti hesab edilə bilməz. Odur ki, iddiaçının kursant kimi təhsil aldığı həmin dövrün iki il kimi nəzərə alınmasını əsaslandıran qanunun müddəası yoxdur. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.1994xx.xx.1997-ci illər ərzində Naxçıvan sərhəd dəstəsində (sərhəd zastavasında) olan xidmət dövrünün bir ili iki il altı ay kimi nəzərə alına bilməz. Qeyd edilən dövr hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü olmasa da, faktiki olaraq həmin dövr fövqəladə vəziyyət olduğundan inzibati orqan bir xidmət ilini iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi nəzərə almışdır. Odur ki, iddiaçının xx.xx.1994 - xx.xx.1997-ci illər ərzində Naxçıvan sərhəd dəstəsində (sərhəd zastavasında) olan xidmət dövrünün bir ilinin iki il altı ay kimi nəzərə alınmasını əsaslandıran qanunun müddəası yoxdur.
8. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. İşə apellyasiya icraatı qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının tələbin birinci hissəsində (pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992-xx. xx.1994-cü illər) uzun müddət xidmətə güzəştli şərtlərlə (xidmətin bir ayı iki ay) (bir xidmət ilinin iki il) daxil edilməklə yeni məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi) ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi üçün yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-3034/2024 nömrəli qərarı ilə (hakimlər M.C.Qarayeva /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2-1(112)-6686/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış dır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, bütün ölkə ərazisində xx.xx.1994-cü il tarixədək davam etmiş müharibə vəziyyəti (atəşkəs müqaviləsi bağlananadək), habelə xx.xx.1997-ci ilədək qüvvədə olmuş fövqəladə vəziyyət rejimi dövrü məhz mövcud “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2ci abzasında ehtiva olunan xüsusi şəraitlərdir. Hər iki vəziyyət konkret bölgəyə deyil, ölkənin bütün ərazisinə şamil olunmuş du. Odur ki, iddiaçının kursant qismində olduğu dövr (bu, həm də müddətli həqiqi hərbi xidmətdir) məhz hər iki xüsusi şərait olan dövrü əhatə edir. Cavabdeh (DSX) əmək stajında da kursant illərini müddətli həqiqi hərbi xidmət dövrü olaraq bir xidmət ilini bir il kimi hesablamışdır. Lakin həmin xidmət illəri (müddətli hissə) xüsusi şərait dövründə (fövqəladə vəziyyət rejimi və müharibə vəziyyəti) keçdiyi üçün qanunvericiliklə nəzərdə tutulan güzəştlərin tətbiq edilməməsi iddia tələbinin mahiyyətinin əsasını təşkil edir. İnzibati orqan tələbdən imtina üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci tarixli 631 saylı Qərarını əsas hesab etmiş, məhkəmə də 631 saylı Qərarı şərh edərək inzibati orqanın imtina üçün əsas saydığı məhz bu mövqeyi ilə razılaşmışdır. Nəzərə almaq l azımdır ki, müxtəlif tarixlərdə müddəalarında dəyişikliklər edilməklə Nazirlər Kabinetinin 631 saylı Qərarı hər dəfə redaktə olunmuşdur. Lakin inzibati orqan imtinasında 631 nömrəli qərarının hansı redaktəsinə istinad edildiyini açıqlamır. Görünən odur ki, müddətli həqiqi xidmətdə olduğu (kursant) dövr (xx.xx.1992-xx.xx.1994 illər) 631 nömrəli qərarın ilk redaksiyasının qüvvədə olduğu dövr ilə üst-üstə düşmüş olsa da, cavabdeh bu vacib amili nəzərə almamışdır. Ona görə də, qərarın məhz ilk redaksiyasına istinad edilməməsi imtinanın əsassız olduğunu sübuta yetirir. Məhkəmə də 631 nömrəli qərarın bir neçə dəfə redaktə edildiyi amili və iddia tələbinin irəli sürülməsinə hüquqi əsas verən məhz ilk redaktənin olduğunu nəzərə almadan rədd qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər K abinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının ilkin redaksiyasına görə: Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, micmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakı uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı iki ay sayılmaqla: 1-ci abzas - Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti. 2-ci hissəsinin b) bəndi nəzərdə tutulan güzəştin (xidmətin bir ayı iki ay sayılmaqla) Azərbaycan Respublikasında onun suve renliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, digər qoşun növlərində və əsgəri birləşmələrdə həqiqi hərbi xidmət keçənlərin mənsubiyyət və kateqoriya fərqi qoyulmadan hamısına şamil olunduğunu özündə ehtiva edir. Başqa sözlə, qərar (ilk redaktə) zabit heyətinə mənsub şəxsə pensiya təyin edilməsi və xidmət illərinin hesablanması zamanı bu güzəştin (bir ayının iki ay sayılmaqla) onun həqiqi hərbi xidmətinin fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu dövrə və müharibə illərinə düşən müddətli hissəsinə də aid edildiyini qadağan etmir. Qərar, həm də şəxsin həqiqi hərbi xidmətinin Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində keç ən hissəni (hərbi xidmətin müddətli hissəsi də daxil) uzun müddət xidmətə güzəşt (xidmətin bir ayı iki ay sayılmaqla) kimi daxil edilməsini o zaman mümkün sayır ki, şəxs məhz zabit heyətinə, digər kateqoriyalı hərbi qulluqçu və s. heyətə mənsub olmaqla pensiya hüququnu qazanmış olsun. Göründüyü kimi, həqiqi hərbi xidmətinin xx.xx.1991-ci ildə başlanmış olan müddətli hissəsi xx.xx.1994-cü ildə hərbi məktəbi bitirməklə başa çatmış və xx.xx.1994-cü ildə vəzifəyə təyin olunmaqla zabit kateqoriyasında fasiləsiz davam etmiş, xx.xx.2015-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və iddiaçıya zabit heyətinə mənsub şəxs qismində pensiya təyin olunmuşdur. Odur ki, xx.xx.1992-xx.xx.1994-cü illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçdiyimə gör ə ona Nazirlər Kabinetinin 631 nömrəli qərarın ilk redaksiyasının 2-ci hissəsinin b) bəndində nəzərdə tutulmuş güzəşt şamil olunmalıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: (xx.xx.1992-cil №109) - 1-ci maddəsinin 4-cü abzası - müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmçinin qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edildiyi də təsbit olunur. Əlavə olaraq, Bakı Ali Birləşm iş Komandirlər Məktəbi bəhs olunan dönmələrdə (1992-1994 illər) daim X1 şəraitində fəaliyyətini davam etdirmişdir. Hər an döyüş əməliyyatlarına cəlb edilmə ehtimalı nəzərə alınaraq həmin dövrdə kursantların məktəbin ərazisindən buraxılışı tamamilə dayandırılmışdır. Sutkanın gündüz vaxtlarında məşğələlərdə iştirak edir, gecə saatlarında paytaxtda komendant saatı rejiminin təmin olunması məqsədilə silah-sursatla, təchizatla, zirehli transportyorlarda Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə yol qovşaqlarında komendant postlarının təşkilinə, dövlət və strateji əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunmuşdur (kursantların komendant saatı rejiminin təşkilinə cəlb olunmasına dair sübutlar arxiv məlumatlarında mövcuddur). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassas iya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı:...(ilkin redaksiyada)
2. Zabit heyətinə mənsub şəxslərə, prapoşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara və daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin:... b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti;... (hazırda qüvvədə olan redaksiyada)...
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) Xidmətin bir ayı iki ay sayılmaqla: Döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəst əlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti... Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Mə hkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti ilə bağlı verdiyi dəqiqləşməyə əsasən iddia tələbinin yalnız birinci hissəsi üzrə (pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992-xx.xx.1994-cü illər) uzun müddət xidmətə güzəştli şərtlərlə (xidmətin bir ayı iki ay) (bir xidmət ilinin iki il) daxil edilməklə yeni məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi) məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılmışdır. M üvafiq olaraq iddia tələbinin rədd edilmiş ikinci hissəsi məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində yalnız tələbin birinci hissəsi üzrə məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apelly asiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhk əməsinin araşdırmaları yetərli hesab olunur.
22. Mübahisəyə maddi hüququn tətbiqi və bununla əlaqədar olaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir.
23. İşin hallarından müəyyən olunur ki, Dövlət Sərhəd Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi məlumat vərəqində iddiaçının həqiqi hərbi xidmətinin müddətli (kursant) hissəsi birqat - bir xidmət ili bir il (bir xidmət günü bir gün) kimi göstərilmişdir. İddiaçı isə pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992 - xx.xx.1994-cü illər) bir xidmət ilinin iki il (bir xidmət gününün iki gün) kimi göstərilməklə yeni məlu mat vərəqinin tərtib olunması tələb edir.
24. İddiaçı buna dair özünün mövqeyini ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndi ilə əsaslandırır.
25. Kollegiya hesab edir ki, istinad olunan norma iddiaçının tələbinin təmin edilməsi üçün hüquqi əsas vermir. Belə ki, Nazirlər Kabinetinin istinad olunan qərarı şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidm ət vaxtının hesablanması haqqında məsələlərin tənzimlənməsinə yönəlmişdir. Müvafiq olaraq şəxsə münasibətdə həmin Qərar pensiya hüququnun yaranması zamanı tətbiq edilmə keyfiyyəti qazanır. Ona görə də, iddiaçının halında tətbiq edilməli olan norma kimi onun ilkin redaksiyası deyil, pensiya hüququnun yarandığı zamanı qüvvədə olan redaksiyası çıxış edir. Başqa sözlə, iddiaçının barəsində pensiya təyin edilməsi üçün məlumat vərəqəsini tərtib edərkən inzibati orqan məhz həmin an qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almaqla uzun müddət xidmət vaxtının hesablanmasını aparmalıdır. İşin hallarından isə müəyyən olunur ki, bu mənada, inzibati orqanın hərəkəti qanuni olmuşdur.
26. Kollegiya, həmçinin hesab edir ki, iddiaçının istinad etdiyi NK-nin qərarının ilkin redaksiyanın mətni qanu nvericiliyin sonrakı dəyişiklikləri nəzərə alınmaqla ona münasibətdə “qazanılmış hüquq” da yaratmır. Belə ki, sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.
27. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. H ər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.
28. Qeyd olunanlar baxımından, iddiaçı kursant kimi təhsil aldığı müddətin bir ayının iki ay kimi nəzərə alınmasına dair qazanılmış hüququn sahibi sayıla bilməz. Qanunvericilikdə mövcud olmuş bu tənzimləmə sonralar dəyişikliyə məruz qalmış, qüvvədə olduğu dövrdə isə iddiaçı üçün hər hansı qazanılmış haqq yaratmamışdır.
29. Nəzərə almaq lazımdır ki, sosial hüquqların təmin edilməsində və həya ta keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal h əddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.
30. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsindəki mülahizə sərbəstliyi ilk növbədə pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsi ilə yanaşı, həm də pensiya təyin üçün əsas olan xidmət müddətinin güzəştli şərtlərlə hesablanması qaydasının müəyyənləşdirilməsi imkanını nəzərdə tutur. Belə imkan onu nəzərdə tutur ki, bu sahədə ehtiyac yarandıqca mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsində qanunvericinin geniş mülahizə sərbəstliyi vardır. Əgər belə mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş tənzi mləmələr qazanılmış hüquqlara müdaxilə etmirsə, şəxslər əvvəlki tənzimləmələrin onlara tətbiq olunmasını iddia edə bilməzlər.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2- 1(103)-3034/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.