Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2290/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması barədə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazir liyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “şikayət ərizəsinə cavab verilməsi və s. tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1204/2021 nömrəli iş üzrə 26.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 01 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08-09 aprel 2019-cu ildən məhdudlaşdırılmasının səbəbinin açıqlanmasını, məhdudlaşdırılmanın qanunsuz hesab edilməsini, saytları qanunsuz bloklay an, bazaya müdaxilə edən qurum və şəxslərin müəyyən edilməsini, onların məsuliyyətə cəlb edilməsini, saytlara qoyulmuş blokun götürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti 2019-cu il 22 may tarixli məktubla bildirmişdir ki, “arqument.info” və “arqument.az” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı cavabde hin İddiaçı təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırılması və 09 aprel 2019-cu ildə haker hücumuna məruz qalması barədə ərizəsinin araşdırmamasının və cavab verməməsinin qanunsuz hesab edilməsi və şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin cavabdeh qismində cəlb edilməsini, İddiaçı t əsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırması və 09 aprel 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsini, İddiaçı ərizəsinin araşdırılmamasının və cavab verilməməsinin qanunsuz hesab edilməsini, cavabdehlərin üzərinə “arqument.info” və “arqument.az” saytının təsisçisi və baş redaktoru İddiaçı şikayət ərizəsinə cavab vermək və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “arqument.info” və “arqument.az” domeni online internet qəzetidir. Ölkədə kifayət qədər reytinqli, baş verən ictimai fikrə təsir imkanı olan internet qəzetidir. Sayt ölkə də baş verən hadisələri, vətəndaşların şikayətlərini, siyasi, ictimai və s. fikirləri, son xəbərləri verir. Sayt mütəmadi olaraq məmurların özbaşınalığı, korrupsiya halları barədə də geniş yazılar verir. Saytın baş redaktoru, təsisçisi jurnalist İddiaçıdir. 08 avqust 2018-ci ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə sözügedən saytın ölkə ərazisində yayımlanması qadağan edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sayta qoyulmuş qadağa götürülmüşdür. 08 aprel 2019-cu ildə axşam saatlarında saytlara giriş məhdudlaşdırılıb. Məhdudlaşdırılma sayta Cəlilabad rayonunda fermerlərin etiraz etməsi barədə xəbərlər verildikdən sonra baş vermişdir. 09 aprel 2019-cu ildə isə saytlar haker hücumuna məruz qalmış və məlumat bazası tamamilə dağıdılmışdır. Saytların ölkə ərazisində girişinin m əhdudlaşdırılması yalnız Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri daxilindədir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin (sədrlik edən hakim Elçin Məmmədov) 24.12.2019-cu il tarixli, 2-1(81)-3821/2019 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. 7.. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçıya məxsus informasiya ehtiyatının təxirəsalınmaz hal olaraq cavabdehin qərarı əsasında müvəqqəti məhdudlaşdırılması və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunması halı mövcud deyildir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraa t
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2020-ci il tarixli, 2-1(103)-862/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 24.12.2019-cu il tarixli, 2-1(81)-3821/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki icraat
12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 29.12.2020-ci il tarixli, 21(102)-2355/2020 nömrəli (hakimlər İlqar Hüseynov - səd rlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-1(103)-862/2020 nömrəli qərarının qismən – iddia tələbinin “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində” ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır.
13. Ali Məhkəmə həmin nəticəyə gələrkən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya məlumat verilməsi öhd əliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə aid hissədə İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddianın digər hissəsinə “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırmasının, iddiaçının ərizəsinin araşdırılmamasının və cavab verilməməsinin qanunsuz hesab edilməsi, həmin hissədə cavabdehlərin üzərinə iddiaçının şikayət ərizəsinə cavab vermək öhdəliyinin qoyulması tələbinə gəldikdə, qeyd edilməlidir ki, cavabdeh Elektron Təhlükəsizlik Xidməti 2019-cu il 22 may tarixli məktubla bildirm işdir ki, “arqument.info” və “arqument.az” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(103)-1204/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Namiq Cəfərov) qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3821/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarının qismən, “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununl a bağlı məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, İddiaçı “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və bununla bağlı ona məlumat verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(103)-1204/2021 nömrəli qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xa hiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
19. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiy asının 29.12.2020-ci il tarixli, 2-1(102)-2355/2020 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 16 sentyabr tarixli, 2-1(103)-862/2020 nömrəli qərarının qismən – iddia tələbinin “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində” ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır.
20. Beləliklə Ali Məhkəmə mübahisə predmeti - “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırmasının, iddiaçının ərizəsinin araşdırılmamasının və cav ab verilməməsinin qanunsuz hesab edilməsi, həmin hissədə cavabdehlərin üzərinə iddiaçının şikayət ərizəsinə cavab vermək öhdəliyinin qoyulması hissəsinin rədd edilməsi hissəsində dəyişdirmədən qüvvədə saxlamışdır.
21. Belə ki, Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “iddianın digər hissəsinə - “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırmasının, iddiaçının ərizəsinin araşdırılmamasının və cavab verilməməsinin qanunsuz hesab edilməsi, həmin hissədə cavabdehlərin üzərinə iddiaçının şikayət ərizəsinə cavab vermək öhdəliyinin qoyulması tələbinə gəldikdə, məhkəmə kollegiyası iddiaçının həmin hissədə şikayətinin dəlilləri ilə razılaşmır.
22. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh Elektron Təhlükəsizlik Xidməti 2019- cu il 22 may tarixli məktubla bildirmişdir ki, “arqument.info” və “arqument.az” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir.
23. Cavabdehin həmin cavabında göstərilənləri və məhkəmə icraatı zamanı bununla bağlı irəli sürdüyü dəlillərini təkzib edən hər hansı hal məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İddiaçının şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan hissədə ləğvinə əsas vermir.”
24. Göründüyü kimi mübahisə predmeti - “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırmasının, iddiaçının ərizəsinin araşdırılmamasının və cavab verilməməsinin qanunsuz hesab edilməsi, həmin hissədə cavabdehlərin üzərinə iddiaçının şikayət ərizəsinə cavab vermək öhdəliyinin qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı mövcuddur. Qüvvədə olan qanunvericiliyə əsasən eyni qərardan kassasiya şikayətinin verilməsinə yol verilmir. İddiaçı isə iddianın məhz Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmış və iddianın rədd edilmiş hissəsindən kassasiya şikayəti vermişdir.
25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbulundan imtina edilməli, iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 83, 90 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası: Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1204/2021 nömrəli iş üzrə 26.05.2021-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.