Məhkəmə qərarları › İş №2-1(102)-2290/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2290/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2290/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin olunması; diaqnozun əlilliyə əsas verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Age ntliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 17 aprel tarixli, 2-1(104)-376/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Keçirilmiş barotravma, qapalı KBT və baş-beyin silkələnməsi nəticəsində üzvi şəxsiyyət poz. Üzvi koqnitiv poz. Üzvi emos-labil pozğunluğu, üzvi affektiv poz.” diaqnozu əsasında qiymətləndirilmiş diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12733 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, təkrarlanan qıcolma tutmaları, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol orta sinirin posttravmatik nevropatiyası, funksiyanın mülayim dərəcədə pozulması ilə. Əhvalın üzvi mənşəli affektiv pozulması. Posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, diaqnoz “Qalxanvari vəzin kistaları, eutireoid forma. Sağ gözün sadə miopik astiqmatizmi, M 1.25D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0, sol gözün görmə itiliyini 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

3. Daha sonra İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Posttravmatik stress pozuntusu. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Astiqmatizm” diaqnozu əsasında yenidən qiymətləndirilmiş diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina olunmuşdur.

4. Əlilliyin qiymətləndirilməsindən verilmiş şikayət üzrə xx.xx.2023-cü il tarixdə İddiaçı əyani müayinəsi həyata keçirilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Kom issiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-451/2023 nömrəli qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi qərara alınmışdır. Həmin qərarda qeyd göstərilmişdir ki, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi affektiv pozuntu (depressiv) daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1 il 6 ay Milli Qvardiyada həqiqi hərbi xidmət keçmişdir. Daha sonra öz arzusu ilə xx.xx.2017-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Xidməti dövründə 6 ay sülhməramlı qoşun tərkibində bir il Əfqanıstan Respublikasında xidmətdə olmuşdur. 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş və xidməti vəzifəsini yerinə yetirən zaman Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə olduğu nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində, yəni partlayış nəticəsində kəllə-beyin travması almışdır. Uzun müddət xəstəxanada, daha sonra isə həm Bakı şəhərində, həm də Gəncə şəhərində ruhi dispanserlərdə müalicə olunmuşdur. Hal-hazırda Gəncə şəhər Ruhi Dispanserdə qeydiyyatdadır. Xidmə ti vəzifəsinin icrası zamanı xəsarət almağı barədə N nömrəli hərbi hissə komandiri tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına təqdim etmək üçün travma haqqında arayış verilmişdir. Arayışda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Sol median sinirin postravmatik meyropatiyasından sonrakı vəziyyət” xəsarət almışdır. Bundan sonra uzun sürən müalicə və müayinələrdən sonra, nəhayət, xx.xx.2022-ci ildə 12733 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən – “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı pos travmatik təkrarlanan qıcolma tutulmaları, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol orta sinirin posttravmatik neyropatiyası funksiyasının mülayim dərəcədə pozulması, Əhvalın üzvi mənşəli affektiv pozulması, posttravmatik stress pozuntusu Mülayim dərəcədə ifadə olunan üzvi mənşəli affektiv pozuntu, Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. Eyni zamanda HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR qeyd olunmuşdur. “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Ona müvafiq əlillik dərəcəsinin təyin olunması üçün müayinədən keçsə də, ilk dəfə Göygöl rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında əlillik dərəc əsi verilməsindən əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir. Bundan sonra ruhi dispanserdə yatmışdır. Yenidən müayinə olunsa da, Gəncə şəhər X2 göndərişi əsasında Gəncə şəhər Psixiatrik Xəstəxanasına müalicə və müayinə üçün göndərilmişdir. Müalicə və müayinə olmağına baxmayaraq yenidən əlavə müalicəyə ehtiyac olunması səbəbindən imtina edilmişdir. İddiaçı sağlamlığından məhrum olduğu üçün bu gün heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Onun 30 yaşı var, amma aldığı travmalar əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir.

7. Cavabdeh iddia tələbinə yazılı etirazında iddia müddətinin ötürüldüyünü qeyd etmiş, eləcə də Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3451/2023 nömrəli qərarında göstərilmiş dəlilləri təkrarlamışdır.

8. Gəncə İnzibat i Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(114)-4619/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(114)-807/2024 nömrəli qərarı ilə (hakim G.T.Əliyeva) iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyaları nın 35-60 faiz aralığında pozulması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının göndərişdə əks olunmuş “F43.1 – Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu, F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə orqanizmin funksiyalarının pozulması ilə bağlı qərar qəbul edilməsinə əsas verir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx. 2022-ci il tarixli 12733 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-1(104)-376/2024 nömrəli qərarı ilə (hakimlər A.V.İsgəndərova /sədrlik edən və mə ruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2-1(114)-807/2024 nömrəli qərarı qismən dəyişdirilmiş, İddiaçı 19 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaç ıya əlillik dərəcəsi sonuncu göndərişin tarixi - xx.xx.2022-ci ildən təyin olunmalıdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlilləri təkrarlamaqla qeyd etmişdir ki, diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər, habelə aparılmış müayinələr əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Bundan əlavə, diaqnoz şəxsin hazırkı vəziyyətini əks etd irməklə yanaşı, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. Həmçinin diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tib bi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2023-cü il tarixdə olmasına baxmayaraq iddiaçı tərəfindən məhkəməyə müraciət 8 ay sonra - oktyabr ayında olduğundan iddia mümkünsüz iddiadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin in qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştir akçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinə dair etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. Həmçinin xəstəlik tarixçəsindən çıxarışların hamısında iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir.

26. Gəncə Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişində isə iddiaçının əsas diaqnozu “XBT kodu – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 6-7 dəfə)”, yanaşı xəstəliklər “XBT kodu – G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Baş beynin travması, Baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 6-7 dəfə), MSS-nin funksiy asının mülayim dərəcədə pozulması ilə; XBT kodu – F43.1 Posttravmatik stress pozuntusu; XBT kodu – H52.2 Astiqmatizm, Hər iki gözdə mürəkkəb miopik astiqmatizm. Kəllə-beyin travmasından sonrakı vəziyyət” kimi qiymətləndirilmişdir.

27. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıda olan xəstəliklərin diaqnozu, onların ağırlaşmaları əlillik təyinatına əsas verir. Yəni, təkcə diaqnoz əsasında əlillik təyinatı aparılmamışdır, həmin diaqnoz əlillik təyininə əsas verən ağırlaşma əlamətlərinə də malikdir. İddiaçının xəstəliyi və ağırlaşmaları ilə sonuncu göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən müvafiq qiymətləndirmələrə də uyğundu r.

28. Cavabdehin təkrarlanan digər dəlili – iddia müddətinin ötürülməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı iddiaçının ərizəsi birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə təmin olunmuş və buraxılmış müddət əsaslı olaraq bərpa edilmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 17 aprel tarixli, 2-1(104)-376/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar