Məhkəmə qərarları › İş №2-1(102)-2291/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2291/2020

16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2291/2020 16.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı firmasının (bundan sonra iddiaçı) Cavabdeh3nə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-477/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin xx.xx.2007-ci il tarixli, 01/ç-759 saylı kommersiya təşkilatlarının Dövlət Reyestrindən çıxarışa əsasən “BİSON-S” firması xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır.

2. AR ƏMDK-nın xx.xx.2014-cü il tarixli, **********38 saylı Cavabdeh3nə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsi ilə bağlı ilkin hesablamalarının siyahısı və ərizənin kadastr xəritəsi təqdim edilmişdir.

3. Maliyyə Nazirliyinə ünvanlanmış 1314 saylı, xx.xx.2014-cü il tarixli məktubda ƏMDK-dən daxil olmuş xx xxxxxx 2014-cü il tarixli məktubda Azərbaycan Respublikasının Prezidentinin x xxx 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işinin müvafiq tapşırıq əsasında həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadast r xəritəsinin hazırlandığı bildirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. Həmin ərazidə sökülmüş 25 subyekt mülkiyyətçilərinə indiyədək kompensasiya ödənilməməsi onların müxtəlif dövlət orqanlarına çox saylı müraciətləri ilə nəticələnmişdir. Obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsinə tələb olunan vəsait haqqında həmin məlumatların təqdim edilərək baxılması və məsələnin həllinə köməklik edilməsi xahiş olunmuşdur.

4. Xətai Rayon İcra Hakimiyyəti başçısının N/B-8 saylı, xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının Baş Nazirinin müavininə ünvanladığı məktubda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilmə si ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən sökülmüş obyektlərin ilkin sənədləri götürülərək mülkiyyətçilərə kompensasiya verilməsi üçün aidiyyəti üzrə xx.xx.2014-cü il tarixində 1314 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmişdir.

5. Cavabdeh3 başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubdan göründüyü kimi Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab A.Şərifovun x xxx 2015-ci il tarixli, 12/12/kol-61 saylı dərkənarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxx 2015-ci il tarixli məktubu birgə baxılıb həll olunması üçün Maliyyə Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2011-ci il tarixli 149-nö mrəli sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin məktubuna əsasən müvafiq tapşırığa uyğun həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənil məsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur.

6. Xətai Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubunda Bakı Ağ şəhər layihəsi çərçivəsində yeni salınan Ağ şəhər Bulvarı və yol tikinti işləri ilə əlaqədar Nobel prospekti ilə dənizin əhatəsində yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən söküldüyü qeyd olunmuşdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin topladığı sənədlər götürülərək Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə tərəflərindən araşdırılmış, müstəqil ekspert cəlb edilməklə sənədlər ekspertizadan keçirilmiş və mövcud qanunvericiliyə uyğun olaraq həmin obyektlərdən aidiyyəti fiziki və hüquqi şəxslərin mülkiyyətində olmasını təsdiq edən sənədləri onların müvafiq qaydada qiymətləndirmişdir. Qiymətləndirilmiş 12 obyekt üzrə mülkiyyətçilərə 3.446.688,00 manat vəsait tələb olunur. Bununla yanaşı Nobel prospekti ilə Babək prospektini birləşdirən yeni yol və yol qovşağının tikintisi ilə əlaqədar X.Rüstəmov küçəsi boyunca Rayon İcra Hakimiyyəti tərəfindən 10 qeyri yaşayış obyekti müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və sökülmüşdür. 10 obyekt üzrə mülkiyyətçilərə 3.976.689,00 manat vəsait ödənilməlidir. Əlavə olaraq qiymətləndirici ilə bağlanmış müqavilə əsasında ona 5500,00 manat, bank xərci 29.715,00 manat olmaqla ümumilikdə 7.458.592,00 manat vəsait tələb olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx xxxx 2016-cı il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, Sahil zolağı ünvanda olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və mülkiyyətində qeyri-yaşayış sahəsi olmuşdur. Həmin sahə dənizkənarı bulvarın sahəsinin Zığ istiqamətində genişləndirilməsinin icrası ilə əlaqədar sökülmüşdür. Söküntü işləri iddiaçıya heç bir rəsmi xəbərdarlıq edilmədən, 2013-cü ilin iyul-sentyabr aylarında aparılmışdır. İddiaçı tərəfin dən dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət edilsə də, ona heç bir kompensasiya ödənilməmişdir.

9. Üçüncü şəxs Maliyyə Nazirliyi məhkəməyə təqdim etdiyi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir delikt törətmədiyi, ziyan vurmadığı halda, o cümlədən qanunvericilikdə bu cür tələblər üzrə öhdəliyi olmadığı təqdirdə iddiaçının öz tələbində nazirliyi cavabdeh qismində göstərməsinin hüquqi əsası yoxdur.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanlandığı xx xxxxxxxx 2016-cı il tarixli məktubda qeyd olunmuşdur ki, dövlət əmlakının özəlləşdirilməsi qaydasında qeyri-yaşayış sahəsi İddiaçı firmasının xüsusi mülkiyyətinə verilməmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82) -1601/2016 saylı iş) xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X4, 2-1(103)-477/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apelyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 1996-cı il tarixli, 495 N-li Sərəncamının İ bəndində qeyd edilmişdir ki, “iddiaçının xx.xx.1996-cı il tarixli, 1 N-li məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq, ona anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın”. İşin hallarında göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı mülkiyyət hüququ müəyyən edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş sorğuya verilmiş cavab məktubuna əsasən mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Bundan başqa iddiaçı tərəfindən də qeyd olunan qeyri-yaşayış sahəsinə dair mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla da iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

14. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,133 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx xxxxx 1996-cı il tarixli. 495 saylı sərəncamına əsasən iddiaçıya ayrılıb. İddiaçı da məhz həmin sərəncam və Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tərtib etdiyi 6/156 nömrəli ış. 9906 nömrəli İnşaat Pasportu əsasında qeyd edilən qeyri-yaşayış sahəsini inşa edib, nəticədə iddiaçı 17 ildən çox müddətdə hər hansı dövlət orqanının etirazı olmadan ona ayrılmış torpaq sahəsindən və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsindən istifadə edərək ona sahiblik etmişdir.

16. Qanuni əsaslarla iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacı uçun alınması və sökülməsi zamanı hər bir halda iddiaçıya qeyri-yaşayış sahəsinin bazar dəyəri və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 689 nömrəli Fərmanına əsasən ona 20% əlavə kompensasiya ödənilməli idi.

17. İddiaçının əmlakı dövlət ehtiyacı üçün sökülsə də, bütün bu prosedurlar kobud qanun pozuntuları ilə, iddiaçının öz əmlakını faktiki olaraq dövlət ehtiyacı adı altında verməsinə məcbur edilməklə və ona haqqı olan ko mpensasiya ödənilmədən həyata keçirilib. 18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 31, 33, 35. 46, 52, 54-74 və başqa maddələrində təsbit edildiyi kimi iddiaçının əmlakının dövlət ehtiyacı üçün alınması zəruri idisə, ona bununla bağlı rəsmi bildiriş və qiymət təklifi verilməli kompensasiya məbləğinin hesablanması ilə bağlı iddiaçının iştirakıyla qiymətləndirmə aparılmalı, iddiaçıya kompensasiya məbləği ilə bağlı təklif verilməli, iddiaçı kompensasiya məbləği ilə razılaşdığı halda tərəflər arasında notarial qaydada müqavilə bağlanmalı, məhkəmə əmlakın dövlət ehtiyacı üçün alınmasını və kompensasiya məbləğinin ödənilməsiylə bağlı prosedurlara riayət edildiyini təsdiqləməli, iddiaçı kompensasiya məbləğim əldə etməli və yalnız bu hərəkətlərdən sonra iddiaçıya məxsus əmlak sökülməli idi. Lakin cavabdehlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulan bu prosedurlara əməl etmədən, iddiaçıya heç bir kompensasiya məbləği ödəmədən ona məxsus qeyri-yaşayış sahəsini söküblər.

19. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü, Mülki Məcəllənin 203.5, 157.9, 152.1, 139-1.1.8-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.2, 3, 31.1, 7.1, 7.2, 33.1, 46.1.1, 52.1, 52.4, 54.1, 56.1.1 və 64-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifah i məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər.

22. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarını nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslə rin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin:

1. Azərbaycan Respublikasının məhkəmələri üzrə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək aşağıdakı təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: 2. (-)...

3. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması mümkün hesab edilən inzibati işlər istisna olmaqla, Azərbaycan Respublikasının Ali Məhkəməsində yuxarıda qeyd edilən müddətdə işlərə baxılması təxirə salınsın.

23. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 24. 1x xxxxxx 2020-ci il tarixə kimi məhkəmə kollegiyasına işə m əhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair etiraz daxil olmamışdır. İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək işə şifahi məhkəmə dinləmələri keçirilmədən baxılmasına etiraz etmədiyini bildirmişdir.

25. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın q ərarından müvafiq məhkəməyə şikayət verə bilər.

27. Mülki Məcəllə: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azə rbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respubli kasının Qanunu ilə tənzimlənir. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidro texniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqla rı dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 30. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququn a istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. Kompensasiya nın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirl ərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci mad dəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir.

32. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

36. Apelyasiya məhkəməsinin mövqeyinə görə mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı mülkiyyət hüququ müəyyən edilməmiş, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmamış, iddiaçı tərəfindən də qeyd olunan qeyri-yaşayış s ahəsinə dair mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Bununla da iddiaçının tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud olmadığından cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

37. İddiaçının əsas dəlili ondan ibarətdir ki, mübahisə olunan ərazidə ona məxsus qeyri-yaşayış sahəsi mövcud olmuş, lakin cavabdeh tərəfindən əmlak sökülsə də, kompensasiya ödənilməmiş, Mülki Məcəllənin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri nəzərə alınmamışdır.

38. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

39. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının mübahisə açdığı qeyriyaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması sübuta ye tmir və bu barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

40. Lakin apelyasiya məhkəməsi mübahisə olunan qeyri-yaşayış sahəsinin mövcudluğu, vaxtilə iddiaçının istifadəsində olması (istifadə hüququnun olması) apelyasiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır.

41. Azərbaycan Respublikasının Prezidentinin x xxx 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin h esablamalar 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış və onun tərəfindən tərtib olunmuş siyahıda (20-ci sırada) iddiaçının Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, Sahil zolağı ünvanında sahəsi 667,5 kv.mdən ibarət tiklisinin olması göstərilmişdir (səh.25).

42. Həmin sırada sənəd olaraq Bakı şəhər İH-nin xx xxxxx 1996-cı il tarixli 495 nömrəli sərəncamına və iddiaçı tərəfindən təsdiq edilmiş eskiz layihəyə istinad edilmişdir.

43. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxxx 1996-cı il tarixli,495 N-li Sərəncamının İ bəndində qeyd edilmişdir ki, iddiaçının xx.xx.1996-cı il tarixli, 1 N-li məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qə dər müvəqqəti olaraq, ona anbar layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın.

44. Anbar tikintisi ilə bağlı 1996-cı ildə tərtib edilmiş inşaat pasportunda tikinti və qurğunun olmadığı, yaşıllıqdan azad olduğu qeyd edilmişdir.

45. İddiaçının 2013-cü ildə tərtib etdiyi anbar binasının eskiz layihəsində qeyriyaşayış sahəsinin tikinti sahəsi və ümumi sahəsi qeyd edilmişdir.

46. Həmçinin iddiaçının təqdim etdiyi 2013-cü ildə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi hesabatında əmlakın sahəsi və fotoşəkilləri əksini tapmışdır.

47. Apelyasiya məhkəməsi bəhs olunan sübutlarla bağlı araşdırma aparmamış, iddiaçının istifadəsində həqiqətən qeyri-yaşayış sahəsinin olması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, cavabdehə sorğular verməmiş, 2013cü i ldə tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi hesabatını aparan və anbar binasının eskiz layihəsini tərtib edən şəxslərin məhkəmə iclasında dindirilməsinin zəruriliyini müzakirə etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

48. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, kasasiya şikayəti qismən təmin edilməli, əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılmasına zərurət yarandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin olunmamalıdır.

49. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-477/2020 saylı, x xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar