Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2292/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası «xxxx» Sığorta Şirkətinin ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, X3, X5 və X4 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2292/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun məqsədi həmçinin bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsidir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığor talanması Fondunun vəkili Vəkil2 iştirakı, N.Əhmədovun katibliyi ilə, ərizəçi «xxxx» Sığorta Şirkətinin ləğvetmə prosesində olan «xxxx» ASC ilə bağlanmış kredit müqavilələri üzrə borclarına hesablanmış faizlərin silinməsi və borcların əmanət hesabındakı məbləğlərlə əvəz edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1183/2019 saylı qərarından ərizəçi «xxxx» Sığorta Şirkəti və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin X1 xxxx 2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəs i təmin edilmiş, «xxxx» ASC müflis elan edilmiş və iflas prosedurana başlanmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmiş, qərar icraya yönəlmişdir. Ərizəçi «xxxx» Sığorta Şirkəti ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, «xxxx» Sığorta Şirkəti ASC-nin qarant kimi çıxış etdiyi kredit müqavilələri üzrə kredit məbləğinə xxxx 2017-ci il tarixdən sonra faiz və cərimə hesablanmasının dayandırılmasına; Sığortaolunanların «xxxx» ASC-yə olan, ümumilikdə, 443 799,00 manat kredit borclarının (416.663,00 manat əsas borc, 27.136,00 manat ləğvetmə tarixinədək hesablanmış faiz borcu),həmin borcun təminatı (qarantiyası) kimi çıxış edən əmanət hesabındakı məbləğlərin 443.799,00 manat hissəsi ilə əvəzləşdirilməsinə və «Həyatın yığım sığortası üzrə kreditin və həmin kre ditin təminatı üçün bank qarantiyasının verilməsinə dair» razılaşmalara xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, «xxxx» Sığorta Şirkəti (sığortaçı) ilə «xxxx» ASC (sığortalı) arasında «Həyatın yığım sığortası» müqavilələri bağlanmışdır. Sığorta olunanlar 38 nəfər (sığorta olunanlar və kredit alanlar) bankın işçiləri olmuşdur. Sığortaçı ilə bank arasında imzalanmış bank əmanəti müqavilələrinə əsasən əmanətin məbləği ilə «Həyatın sığortası müqavilələri üzrə Bank (sığortalı) tərəfindən hər ay ödənilən sığorta haqları hesabına formalaşmışdır. Əmanət hesablarındakı pul vəsaitləri qarantiya müqaviləsi və müvafiq qarantiya məktubları əsasında Bank tərəfindən bloklaşdırılmış və sığorta olunanlara bərpa olunan kredit xətti ayrılmışdır. Həmin kredit xətti üzrə sığorta olunanlara verilmiş kreditlər üzrə Sığortaçı qarant qismində çıxış etmiş və bu barədə razılaşmalar imzalanmışdır. Kredit xəttindən istifadə etmiş sığortaolunanların sayı 28 nəfər təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ilə bank müflis elan edildikdən sonra iflas proseduru çərçivəsində Sığortaçının 547.611,00 manat və 190, 201.26 ABŞ dolları həcmində olan kreditor tələbi qeydə alınmışdır. Həmin məbləğin 640 869,63 manata ekvivalent olan hissəsi sığorta müqaviləsi üzrə sığorta olunanların xeyrinə Bankın ödədiyi sığorta haqları hesabına formalaşmışdır. Bankın ləğv edilməsinə baxmayaraq, sığortaolunanlara ayrılmış əlaqədar kreditlər üzrə faizlərin hesablanması hazırda da davam edir. Həmin kreditlərin təminat mənbəyi olan əmanətlər ə isə faizlərin hesablanması dayandırılmışdır. Hazırda 28 nəfər sığorta olunanın ümumi borcu 501.079,90 manat təşkil edir və göstərilən məbləğin 85 063,80 manat hissəsi faiz borcudur. Sığortaçının qarant kimi çıxış etdiyi qarantiya verilməsinə dair razılaşmalara əsasən sığortaçının hesabına bankın blok qoyduğu məbləğləri silmək hüququ olduğu halda, xxxx 2017-ci il tarixdən bu hüququ həyata keçirməmiş kredit alanlara və ya Sığortaçıya qarşı heç bir tələb irəli sürməmiş, iddia qaldırmamış, bununla da sığortaçının qarant olduğu öhdəliklərin üzərinə süni surətdə faizlər hesablanmasına qərəzli surətdə şərait yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1183/2019 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) ərizəçi «xxxx» Sığorta Şirkətinin ləğvetmə prosesində olan «xxxx» ASC ilə bağlanmış kredit müqavilələri üzrə borclarına hesablanmış faizlərin silinməsi və borcların əmanət hesabındakı məbləğlərlə əvəz edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından ərizəçi «xxxx» Sığorta Şirkəti və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “xxxx” SŞ ilə “xxxx” ASC arasında “Həyatı n yığım sığortası müqaviləsi” bağlanmış, sığorta müqaviləsi üzrə sığorta olunan Bankın işçiləri olmuş, sığorta müqaviləsi üzrə sığorta olunanların ümumi sayı 38 nəfərdir, sığorta olunanların əmək haqları hesabına formalaşmış sığorta haqları Sığortaçının seçiminin əksinə olaraq Bankın təkidi ilə həmin Bankda açılmış müvafiq əmanət hesablarına yerləşdirilmiş, buna görə də tərəflər arasında belə bir yazılı razılaşma əldə olunmuşdur ki, ləğv, müflis olma və s. oxşar səbəblərdən Bank həmin əmanət hesabı üzrə Sığortaçı qarşısında öz öhdəliyini yerinə yetirə bilmədikdə, Sığortaçı da öz növbəsində sığorta müqaviləsi üzrə öhdəliklərdən azad edilir, “Sığortaçı” ilə “Bank” arasında müxtəlif tarixlərdə 4 ədəd bank əmanəti müqavilələri imzalanmış, həmin müqavilələrə əsasən, əmanətin məbləği Bank ilə Əm anətçi arasında bağlanmış “Həyatın yığım sığortası” müqaviləsi üzrə Bank (Sığortalı) tərəfindən hər ay ödənilən sığorta haqları hesabına formalaşmış, əmanət hesablarındakı pul vəsaitləri qarantiya müqaviləsi və müvafiq qarantiya məktubları əsasında Bank tərəfindən bloklaşdırılmış və sığorta olunanlara bərpa olunan kredit xətti ayrılmış, sığortaolunanlara verilmiş kreditlər üzrə Sığortaçı “Qarant” qismində çıxış etmiş və bu barədə Sığortaçı (“Qarant”), Sığortalı (“Kredit alan”) və Bank arasında “Həyatın yığım sığortası üzrə kreditin və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair” razılaşmalar imzalanmış, kredit xəttindən istifadə etmiş sığorta olunanların sayı 28 nəfər təşkil etmiş, Bankın ləğv edilməsinə baxmayaraq sığorta olunanlara ayrılmış əlaqədar kreditlər üzrə f aizlərin hesablanması hazırda da davam edir, lakin həmin kreditlərin təminat mənbəyi olan əmanətlərə isə faizlərin hesablanması dayandırılmış, hazırda 28 nəfər sığorta olunanın ümumi borcu 501,079.90 manat təşkil edir, həmin məbləğin 85,063.80 manat təşkil edən hissəsi onların faiz borcudur, sığortaçının Qarant kimi çıxış etdiyi qarantiya verilməsinə dair razılaşmalara əsasən Sığortaçının hesabına Bankın blok qovduğu məbləğləri silmək hüququ olduğu halda, xxxx 2017-ci il tarixdən bu hüququ həyata keçirməmiş, kredit alanlara və ya Sığortaçıya qarşı heç bir tələb irəli sürməmiş, iddia qaldırmamış, bununla da Sığortaçının qarant olduğu öhdəliklərin üzərinə süni surətdə faizlər hesablanmasına qərəzli surətdə şərait yaratmışdır. Tərəflərin izahatları Ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Ərizəçi «xxxx» Sığorta Şirkəti, üçüncü şəxslər X6, X8 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq olun a bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası ərizəçi «xxxx» Sığorta Şirkəti, üçüncü şəxslər X6, X8 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassa siya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, ləğvetmə prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019- cu il tarixli, 2-1(103)-1183/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, ərizəçi «xxxx» Sığorta Şirkətinin kassasiya şikayəti qismən təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının «xxxx» ASC-nin lisenziyasının ləğvi barədə» xxxx 2017-ci il tarixli 49 (49/1) saylı qərarı ilə «xxxx» ASC-nin xxxx 1992-ci il tarixli 24 №-li lisenziyası xxxx 2017-ci il tarixdən ləğv edilmiş və Palatanın ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin X1 2-1(103)-3194/17 saylı xxxx 2017-ci il tarixli qərarı ilə «xxxx» ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmiş, ərizəçi tərəfindən ərizəsində sadalanan faktiki hallar - «xxxx» Sığort a Şirkəti ilə «xxxx» ASC arasında «Həyatın yığım sığortası» müqavilələrinin (38) və bank əmanəti müqavilələrinin bağlanması Əmanət hesablarındakı pul vəsaitləri qarantiya müqaviləsi və müvafiq qarantiya məktubları sığorta olunanlara (28-nə) kredit xətti ayrılması və həmin kreditin təminatı üçün bank qarantiyasının verilməsinə dair razılaşmalar və s. işin mübahisələndirilməyən hallarıdır, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ilə «xxxx» ASC müflis elan edildikdən sonra iflas proseduru çərçivəsində ləğvedici tərəfindən ərizəçinin müraciətinə əsasən onun 547.611,00 manat və 190. 201,26 ABŞ dolları həcmində olan kreditor tələbi qeydə alınmış, lakin hal-hazırda da 28 nəfər sığorta olunanların ümumi borcuna faizlərin hesablanması davam edir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 440.4-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xxxx 2002-ci il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyin hissə-hissə icrası isə Mülki Məcəllənin digər bir norması ilə tənzimlənir, ərizəçinin Mülki Məcəllənin 5.3 və16.1-ci, habelə, Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə istinad etməsi də, onun tələbinin qanuni əsasları kimi çıxış edə bilməz, çünki, konkret halda ləğvedici yalnız banklar haqqında qanunvericiliyin tələblərinə əsasən üzərinə düşən öhdəlikləri çərçivəsində iflas prosedurunu həyata keçirir və bu zaman hər hansı sui-istifadədən söhbət gedə bilməz, «B anklar haqqında» Qanunun qeyd olunan normaları baxımından müflis elan olunma barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan kredit borcuna faizlərin və cərimələrin hesablanması davam etdirilir, ərizəçi, kredit öhdəliyi üzrə yaranmış, ümumilikdə, 443 799,00 manat borc məbləğinin, kredit öhdəliyin qarantiyası kimi çıxış edən bankın depozitinə qoyulmuş əmanətə yönəldilərək, 443.799,00 manat hissəsi ilə əvəzləşdirilməsinə və «bank qarantiyasının verilməsinə dair» razılaşmalara xitam verilməsinə dair 2-ci tələbində də haqlı hesab oluna bilməz, ərizəçinin bank əmanəti müqavilələri üzrə ləğv prosesində olan «xxxx» ASC-nin depozitində olan əmanəti üzrə kreditor tələbi bankın ləğvedicisi (Fond) tərəfindən xxxx 2018-ci il tarixdə 547.611,00 manat və 190.201,26 ABŞ dolları məbləğində 0131 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə ona qəbz verilmiş, Qanunun qeyd olunan tələbləri qaydasında da ləğvedicinin qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər Siyahısı, kateqoriyalar üzrə birləşdirilərək ödəniş növbəliyi qaydasında yerləşdirilməklə təsdiq olunması üçün məhkəməyə təqdim olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli 2-1(103)-282/18 saylı qərardadı ilə təsdiq olunduğundan, ərizəçinin qeydə alınmış həmin tələbi də qeyd olunan Siyahıya uyğun yerləşdirilmiş növbəlik qaydasında ləğvedici tərəfindən ödənilməsi həyata keçiriləcəkdir, ərizəçinin ləğvetmə prosesində olan «xxxx» ASC-də qeyd alınmış kreditor tələbinin üçüncü şəxsin kredit öhdəliyi ilə əvəzləşdirilməsi üçün əsaslar yoxdur, ərizəçinin kreditin təminatı üçün bank qara ntiyasının verilməsinə dair azılaşmalara xitam verilməsinə dair tələbinin əsaslılığı yuxarıda qeyd olunanlarla istisna olunur, ərizəçi də məhz öz iradəsinə uyğun hərəkət edərək mübahisələndirilən müqavilə ilə razılaşmalara getmiş, onların şərtlərini qəbul etmiş, müflis elan olunduqdan sonra bank barəsində məhkəmə icraatına başlanıla bilməz və yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülə bilər, bu Qanunda iflas proseduru çərçivəsi isə Qanunun X fəslində nəzərdə tutulan məsəlləri özündə cəmləşdirir, məhz həmin çərçivə daxilində yaranmış məsəllərdən irəli gələn tələblərin məhkəmə araşdırmasının predmetini təşkil etməsi mümkündür, bu baxımdan ərizəçinin Mülki 421.2-ci maddəsinə istinadən kreditin təminatı kimi çıxış edən qarantiya razılaşmalarına xitam verilməsi ilə bağlı tələbi əsassızdır, iflas proseduru çərçivəsində mübahisələndirilən kredit müqavilələri üzrə öhdəliyi, faizlərin və cərimənin hesablanmasını davam etdirmək, ərizəçinin həmin kredit öhdəliyinin təminatı kimi qarantiya razılaşmalarına əsasən banka qoyduğu əmanətlərin kredit borcları ilə əvəzləşdirməsi həyata keçirilmədən onun kreditor tələbini qeydə almaq ləğvetmə prosesində olan «xxxx» ASC-nin ləğvedicisinin (Fondun) «Banklar haqqında» qanunla üzərinə düşən öhdəliyidir, beləliklə, ləğvedici tərəfindən ərizəçinin hüquqları pozulmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən aşağıdakı hallarda öhdəliklər in əvəzləşdirilməsinə yol verilmir: 545.0.1. tələblərin əvəzləşdirilməsi razılaşma yolu ilə əvvəlcədən istisna edilmişsə; 545.0.2. öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə; 545.0.3. öhdəlik sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsini nəzərdə tutursa; 545.0.4. digər tərəfin ərizəsi ilə tələbə iddia müddəti tətbiq edilməli olduqda və bu müddət keçdikdə; 545.0.5. alimentlərin tutulması ilə bağlı olduqda; 545.0.6. bu, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallar istisna təşkil edir; 545.0.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda. Bununla yanaşı «Banklar haqqında» Az ərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Beləliklə, müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh hazırkı iş üzrə iddiaçının öhdəliyinin əvəzləşdirilməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələblərinə əsasən mümkün olmadığını qeyd edir. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun r eqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. bankın müflis elan olunmasın a dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri. Cavabdehin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə istinad etməklə iddiaçının əvəzləşdirmə hüququnu məhdudlaşdırmaqla bağlı mövqeyi əsassızdır. Belə ki, həm Mülki Məcəllənin 540.1-ci maddəsi, həm «Banklar haqqında» Qanunun 78.1-ci maddəsi müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyünü təsbit etmişdir. Qeyd olunmalıdır ki, «Banklar haqqında» Qanunun 78.1-ci maddəsində istinad edilən həmin Qanunun 82.1-ci maddəsi kreditorlar arasında növbəlilik qaydasını müəyyən edən xüsusi normadır. Mülk i Məcəllənin 540.1 və 545-ci maddələri isə ümumi normalardır və MM-nin 545-ci maddəsində təsbit edilmiş öhdəliklərin əvəzləşdirilməsinə yol verilməyən halların arasında hazırkı iş üzrə tələb olunan əvəzləşmə, yəni müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi qeyd olunmayıb. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən 2.5-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Cavabdeh isə MM-nin yuxarıda qeyd olunan normalarının tələblərinin əksinə olaraq «Banklar haqqında» Qanunun 82.1-ci maddəsinə istinad etməklə əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdı rır. AR Konstitusiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6.1-ci maddəsinə əsasən "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən…,... məhkəmə tərəfindən işinin... ədalətli... araşdırılması hüququna malikdir" Avropa Məhkəməsi hər zaman demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulamışdır (Airey İrlandiyaya qarşı, § 24; Stanev Bolqarıstana qarşı [BP], § 231). Bu təminat (“ədalətli məhkəmə araşdırması hüququ”) "Konvensiyanın mənasında demokratik cəmiyyətin əsas prinsiplərindən biridir" (Pretto və digərləri İtaliyaya qarşı, § 21). AR Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Cavabdeh hazırkı ərizənin təmin edilməsi ilə “Banklar haqqında” qanunun 82.1-ci maddəsinin tələblərininin pozulması ilə nəticələndiyini hesab etsə də, məhkəmə kollegiyası hesab edir ki, ərizə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konv ensiyasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Mülki Prosessual Məcəllədə, “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş qanun qarşısında bərabərlik və ədalətlilik prinsiplərinə, həmçinin MM-nin və “Banklar haqqında” Qanunun müddəalarına uyğun olaraq düzgün qiymətləndirilməmişdir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun Preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq Standardlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərin i, qaydalarını və normalarını müəyyən edir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri ədalətlilik prinsipidir. İddiaçının bank qarşısında olan həm kreditor həm də debitor kimi çıxış etdiyi təqdirdə öhdəliklərinin icra edilməsinin cavabdeh tərəfindən tələb edilməsi, iddiaçıya məxsus əmanət hesabındakı məbləğin qaytarılmasının qeyri-müəyyən vaxta təxirə salınmaqla iddiaçının kredit müqaviləsi üzrə borcuna görə faizlərin hesablanmasının davam etdirilməsi hazırkı halda ədalətlilik prinsipinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən qanun normasının hərfi mənada qəbul edilməsi yolverilməzdir və qərar qəbul edilərkən mövcud vəziyyət nəzərə alınmalı, qərarın qəbul edilməsi zamanı tərəflərin vəziyyəti obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublika sı İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103) 1183/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, ərizəçi «xxxx» Sığorta Şirkətinin kassasiya şikayəti qismən təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1183/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Ərizəçi «xxxx» Sığorta Şirkətinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-2292/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2292/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver