Məhkəmə qərarları › İş №2-1(102)-2292/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2292/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2292/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dayandırılmış əmək pensiyasının bərpası giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şə rtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1536/2021 saylı, 2 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş 08.06.2016-cı il tarixli vəsiqəyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən 88% görə 01.05.2010- cu il tarixdən ömürlük 563.11 manat məbləğində əmək pensiyası təyin edilmiş, 30.09.2019-cu il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır.

3. İddiaçı 4 fevral 2020-ci il və 10 fevral 2020-ci il tarixdə pensiyasının bərpa olunması barədə ərizələrlə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 01.05.2020-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən daxil olmuş 17 sentyabr 2010-cu il tarixli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20 14. 1-ci maddəsinə uyğun olaraq 27 sentyabr 2010-cu il tarixində idarə tərəfindən iddiaçıya yaşa görə (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmiş və 1 may 2010-cu il tarixindən hesablanmışdır. İdarəyə təqdim edilmiş sənədlərə əsasən şəxsin Azərbaycan Re spublikası vətəndaşı olmağı ilə yanaşı Rusiya Federasiyasının vətəndaşı olduğu məlum olmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyətinə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə mə lumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının “Cinayət Məcəlləsi”nin 318-2-ci maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Bundan başqa müraciətçiyə ikinci pensiyanın təyin olunması ilə bağlı Rusiya Federasiyası Pensiya Fondunun Krasnodar diyarı üzrə bölməsinə edilmiş müraciətlə əlaqədar həmin qurum şəxsə ödənilən əmək pensiyasına dair məlumatlar əldə edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 9 sentyabr 2019-cu il tarixli məktub ünvanlanmışdır. Qeyd edilənləri nəzərə alaraq şəxsə pensiya ödənişi 30 sentyabr 2019-cu il tarixindən dayandırılmaqla, məsələnin dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 21 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2019-cu il tarixdən dayandırılmış pensiya ödənişinin bərpa olunması və ödənilməmiş pensiyanın tam olaraq ona ödənilməsinin təmin olunması barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 1 may 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinə əsasən 88% görə iddiaçıya ömürlük 563.11 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bu barədə ona Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən 8 iyun 2016-cı il tarixdə vəsiqə də təqdim olunmuşdur. Lakin yaxın vaxtlarda həmin pensiyanın kəsildiyini bilmiş, buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinə pensiyanın kəsildiyini bildirməklə səbəbini xəbər almış, cavab olaraq Rusiya Federasiyasının Pensiya Fondunun Krasnodar dairəsi (Krasnodar şəhəri üzrə) nümayəndəliyinin Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə ona əlilliyə görə pensiyanın təyin olunub-olunmadığına, həmçinin onun hansı hərbi komissarlıqdan hərbi xidmətə çağırıldığına, hərbi rütbəsinə dair göndərdiyi sorğu məktubunu təqdim etməklə pensiyanın kəsilməsinin səbəbi olaraq həmin sorğunu qeyd etmişlər. Bundan sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi olaraq müraciət etmiş, müraciətinə 1 may 2020-ci il tarixdə yazılmış cavab məktubu ilə ona pensiyanın kəsilməsinin əsas səbəbi tam aydınlaşdırılmamışdır. Belə ki, məktubun sonunda məsələnin araşdırılması üçün aidiyyəti üzrə sorğu göndərildiyinə əsaslanmaqla kifayətlənmişlər. Bununla da qanuni tələbi təmin edilməmişdi r.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı etirazın dəlilləri ilə iddiaçıya verilmiş imtinanın dəlilləri eynidir (bax bu qərarın 3-cü bədinə).

7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-1813/2021 saylı iş) 2 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 30.09.2019-cu il tarixdən dayandırılmış əmək pensiyası bərpa edilərək, ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, nə qədər ki, şəxs Azərbaycan Respublikasının vətəndaşıdır onun Konstitusiyada da öz əksini tapmış vətəndaşlıq hüquqları qorunub saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan pensiyanın dayandırılmasının yeganə səbəbi kimi iddiaç ının həm də Rusiya Federasiyasının vətəndaşı olması ilə bağlı olduğunu bildirmişdır. İddiaçı tərəfindən təqdim edilmiş Rusiya Federasiyasının Krasnodar Vilayətinin Hərbi Komissarlığının Sosial təminatı mərkəzinin 20.05.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı həmin tarixə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin pensioneri kimi qeydiyyatda deyildir, Rusiya Federasiyasının Müdafiə Nazirliyindən pensiya və digər ödənişləri əldə etmir. DSMF iddiaçıya Rusiya Federasiyası Pensiya Fondu tərəfindən əmək pensiyasının təyin edilib-edilməməsini dəqiqləşdirmədən şəxsin sosial təminat hüququnu məhdudlaşdırmışdır. Bu isə həm milli, həm də beynəlxalq hüquq normalarına ziddir. Cavabdehin Rusiya Federasiyasının vətəndaşı olmasına dair imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Cavabdehin imtinası əsassızdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X5 və X3, 2-1(103)-1536/2021 saylı iş) 2 sentyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 2 mart 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

11. Cavabdeh 20 sentyabr 2020-ci il tarixdə qərarın surətini almış, 12 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

12. Kasasiya şikayətinin dəlilləri iddiaçıya verilmiş imtina məktubunun dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. (-). Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-). 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 15. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun: Maddə

6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 1) doğum haqqında şəhadətnamə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə

10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərb aycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarl a və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenid ən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəməd ə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

17. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsasla ndırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 20.14.2-ci maddəsinə əsasən 1 may 2010-cu il tarixdən iddiaçıya ömürlük əmək pensiyası təyin etmişdir. 30 sentyabr 2019-cu il tarixdə cavabdeh pensiyanın ödənilməsini dayandırmışdır. Cavabdeh pensiya ödənişinin dayandırılmasının əsası kimi iddiaçının Rusiya Federasiyasının vətəndaşı olmasını göstərmişdir.

21. Rusiya Federasiyasının Pensiya Fondunun Krasnodar dairəsi (Krasnodar şəhəri üzrə) nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi 9 sentyabr 2019-cu il tarixli məktubunda iddiaçıya Müdafiə Nazirliyi xətti ilə əlilliyə görə pensiya ona təyin olunub-olunmaması, təyin edilmiş pensiya məbləği, pensiya ödənişi müddəti, həmçinin hansı hərbi komissarlıqdan hərbi xidmətə çağırılması və hərbi rütbəsinə dair məlumatların verilməsi soruşulmuşdur.

22. Həmçinin işdə olan Rusiya Federasiyası vətəndaşının pasportunun bir səhifəlik kserosurətindən görünür ki, Dağıs tan Respublikası Məhərrəmkənd rayon daxil işlər şöbəsinin 4 mart 2003-cü ildə verdiyi pasporta görə iddiaçı RF-nin vətəndaşıdır.

23. Cavabdeh 9 sentyabr 2019-cu il tarixli məktuba və Rusiya Federasiyası vətəndaşının pasportuna əsasən iddiaçının RF-nin vətəndaşı olduğunu bildirib ona təyin edilmiş əmək pensiyasının ödənişini dayandırmışdır.

24. Bununla belə, 22 sentyabr 2017-ci il tarixdə Qəbələ rayon polis şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə görə iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.

25. İddiaçının pensiya işindən görünür ki, 27 sentyabr 2020-cu il tarixli qərarla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının təyini və məbləği Müdafiə Nazirliyindən daxil olmuş 17 sentyabr 2010-cu il tarixli məlumat vərəqi əsasında aparılmışdır. Sənədlərə görə iddia çı xəstəliyə görə 6 iyun 2005-ci ildə ehtiyata buraxılmış və cəmi iş stajı və xidmət illəri 31 il 1 ay 26 gün olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Polis Bölməsinin 14 sentyabr 2010-cu il tarixli arayışında iddiaçının Qəbələ şəhəri, A.Vasilyev küçəsi, ev 71, mənzil 62-də yaşadığı qeyd edilmişdir. 26. 2010-cu ilin sentyabr ayında iddiaçı pensiya təyin edilərkən onun Rusiya Federasiyasının vətəndaşı olmasını təsdiq edən mötəbər sübut iş materiallarında mövcud olmamışdır.

27. İddiaçıya aid 4 mart 2003-cü ildə verilmiş Rusiya Federasiyası vətəndaşının pasportunun kserosurətinin mövcudluğu onun 2010-cu ildə pensiya təyin edilən zaman RF-nin vətəndaşı olması demək deyildir.

28. Rusiya Federasiyasının Pensiya Fondunun Krasnodar dairəsi (Krasnodar şəhəri üzrə) nümayənd əliyinin Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi 9 sentyabr 2019-cu il tarixli məktubu isə iddiaçıya pensiya təyin edilib-edilməməsi ilə bağlı olmuşdur. 29. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişinin dayandırılmasının əsasları qeyd edilmişdir.

30. İddiaçıya münasibətdə həmin əsasların hər hansı biri mövcud olmamışdır.

31. Cavabdeh kasasiya şikayətində bildirmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğuna görə ona təyin edilmiş pensiya ödənişi dayandırılmışdır.

32. Cavabdehin şikayətinin dəlili işdə olan mötəbər sübutla təsdiq olunmamışdır.

33. Cavabdeh Dövlət Sosial X1 Əlaqələr və Kommunikasiya şöbəsinə göndərdiyi 22 oktyabr 2019-cu il tarixli məktubunda həmin şöbənin müraciətinə əsasən 30 sentyabr 2019-cu il tarixdən dayandırıldığını bildirmiş, bu zaman “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək inzibati icraat açmamış, bu barədə iddiaçıya məlumat verməyərək onun iştirakını təmin etməmiş, inzibati aktı qəbul etməmiş, iddiaçının mülahizələrini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçını həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur.

34. Cavabdeh, həmçinin pensiya ödənişini dayandırarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin tələbinə əməl etməmişdir.

35. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçıya pensiya təyin edilərkən “Əmək pe nsiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin tələbləri mövcud olmamışdır.

36. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1536/2021 saylı 2 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar