Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2292/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə 57 yaşdan əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-511/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək 2 nömrəli trestin 21 saylı tikinti idarəsində, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək həmin trestin 20 saylı tikinti idarəsində, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək yenidən 21 saylı tikinti ida rəsində, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək 168 saylı tikinti idarəsində, xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək 26 saylı tikinti idarəsində (xx.xx.1995ci il tarixində idarənin adı dəyişdirilərək Sumqayıt “Sənayekommunaltikinti” birliyinin 2 saylı filialı, daha sonra 2 saylı təsərrüfat hesabı sahə adlandırılmışdır), xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək “Azərsənayetikinti” Səhmdar Cəmiyyətində elektrik qaynaqçısı işləmişdir.
2. Azərbaycan SSR X1 Təhsil Komitəsi tərəfindən verilmiş Д № 458670 saylı, 14 iyul 1984-cü il tarixli diplomdan görünür ki, İddiaçı Əlisafa oğlu 01 sentyabr 1979-cu ildə Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 14 iyul 1984-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır.
3. İddiaçı hərbi biletdəki qeydlərə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqan 18 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunveri ciliyə uyğun olaraq İddiaçı münasibətdə 40400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19162,98 manat təşkil edir. Qeyd olunanlara əsasən, cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu il sentyabr ayının 1-dən 1984cü il 14 iyun tarixinədək Sumqayıt şəhər 4 nömrəli orta texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzr ə ümumi orta təhsil almışdır. Həmçinin, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan dövr ərzində hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə “Azərsənayetikinti” SC-də elektrik qaynaqçısı vəzifəsində başlamış və xx.xx.2007-ci ilə qədər həmin müəssisədə eyni vəzifədə çalışmışdır. “Azərsənayetikinti” SC-nin 17 aprel 2018-ci il tarixli arayışında qeyd olunur ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Bununla əlaqədar cavabdeh orqana müraciət etsə də ona pensiya kapitalının olmaması əsas gətirilməklə güzəştli şərtlərlə pensiya təyinatından imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ v erən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Həmin tarixədək olan dövr ərzində onun 27 il ümumi iş stajı və 22 il güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən vəzifədə stajı olmuşdur. Əvvəllər qüvvədə olan qanunvericiliyə əsasən kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işlədikdə onlara güzəştli şərtlərlə əmək pensiyası təyin olunur. Onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir. Etiraz imtina məktubuna uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ali, orta ixtisası texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Təhsil dövrünün iş stajına daxil edilməsi üçün iddiaçı tərəfindən qeyd olunan peşə məktəbində əyani təhsil alması ilə bağlı arayış təqdim edilməlidir. Lakin, İddiaçı cavabdeh orqana həmin arayışı təqdim etməmişdir. Eyni zamanda, “işçilərin əmək kitabçasının forması və onun tərtibi" qaydalarının 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə ol an qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçı xx.xx.1985-ci il tarixli əmək kitabçasında xx.xx.1993-cü il tarixdə işdən azad edilməsi SSR möhürü ilə öz təsdiqi tapmışdır. Halbuki 1993-cu il tarixdə şəxsin işdən azad edilməsinin SSR möhürü ilə təsdiq edilməsi mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) 29 aprel 2022-ci il tarixli, 21(118)-322/2022 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2 018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 57 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)511/2022 nömrəli, 7 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(118)322/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan ver mir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19162,98 manat təşkil edir.
15. Bundan başqa, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Təhsil dövrünün iş stajı na daxil edilməsi üçün iddiaçı tərəfindən qeyd olunan peşə məktəbində əyani təhsil alması ilə bağlı arayış təqdim edilməlidir. Lakin İddiaçı Fondun Xüsusi şərtlərin təyinatı üzrə mərkəzi filialına həmin arayışı təqdim etməmişdir.
16. Eyni zamanda, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarının 4.1 -ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
17. İddiaçının xx.xx.1985-ci il tarixli əmək kitabçasında xx.xx.1993-cü il tarixdə işdən azad edilməsi SSR möhürü ilə öz təsdiqini tapmışdır. Halbuki, 1993-cu il tarixdə şəxsin işd ən azad edilməsinin SSR möhürü ilə təsdiq edilməsi mümkün deyil.
18. Beləliklə apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 9.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin “b” bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş st ajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” 23200000 kod, XXXİİİ bölmə 23200000-19906 - elektrik qaynaqçısı peşəsi.
23. İddiaçın ın təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanun: 1-ci maddənin v) yarımbəndi. Ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər.
24. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” 109-cu bəndinin z) yarımbəndi: Kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti ümumi əmək stajına aid edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası bar ədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 8-ci bənd. Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun.
25. İnzibati Prose ssual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi nin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin halların ın tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi işin hallarını lazımı qaydada araşdırmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixə kimi azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını tamamlamışdır. Bu şərtlərin ödənilməsi isə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, 57 yaşının tamam olduğu vaxtdan, yəni 11 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, iddiaçı tərəfindən peşə məktəbində əyani təhs il alması ilə bağlı arayış təqdim edilməli olması və əmək kitabçasındakı qeydlərin mötəbərliyi ilə bağlı cavabdehin kassasiya şikayətində təkrarlanmış dəlillərinə dair əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.
34. Bundan başqa iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzər də tutulmuş, belə təhsilin formasının əyani təhsil olması ilə bağlı hər hansı qayda göstərilməmişdir.
35. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin etibarsız sayılması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən iddiaçının əmək kitabçasındakı qeydlər mötəbər hesab edilir.
36. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-511/2022 nömrəli, 7 sentyabr 2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.