Məhkəmə qərarları › İş №2-1(102)-2292/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2292/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2292/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; cavabdehin düzgün müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı kimi təqaüd pulunun (kompensasiyanın) ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(1 03)-2186/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3914/2021 saylı qərarına əsasən iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. 2. xx.xx.2021-ci ildə Müdafiə Nazirliyi tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İd diaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “1760 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hüquqlarının pozulması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2-1(112)3914/2021 saylı Bakı İnzibati Məhkəməsinin yekun qərarı ilə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. 15 sentyabr 2021-ci il tarixdən ona "Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. 2007-ci ildən 2018-ci ilə kimi hər ay 55 manat müharibə veteranlarına pul ödənilmişdir. Həmin dövrdə o, müharibə veteranı kimi 6110 manat t əqaüd almalı idi. 2018-ci ildən başlayaraq Müharibə veteranlarına hər ay Prezident təqaüdü olaraq 80 manat verilir. 2018-ci ildən 2021-ci ilin sentyabr ayına kimi ödənilməli olan təqaüd 3600 manat təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi qanunvericiliyin tələblərini pozduğu üçün 9710 manat almalı olduğu təqaüddən məhrum olunduğunu bildirir. 9710 manat təqaüd pulunun ala bilmədiyinə səbəb ona qanunazidd olaraq "Müharibə veteranı" adının və vəsiqəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona verilməməsi olmuşdur. Bildirir ki, rəsmi olaraq o, Müdafiə Nazirliyinə 04 yanvar 2022-ci il tarixdə müraciət etmişdir və müraciəti xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun müraciətinə cavab vermədiyinə görə o, məcbur olub cavab almadan Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi qəbzdən də görünür ki, 04 yanvar 2022-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş və 10 yanvar 2022-ci il tarixində onun göndərdiyi ərizə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çatmışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “təqaüd pulunun ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddia verilərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, hazırki iddia İPM-nin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. B u qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair’’ Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olu b-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iş üzrə qeyd etmək zəruridir ki, iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2-1(112)-3914/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, qərar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icra edilərək iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. İddiaçının hazırkı tələbi - təqaüd verilməsi bilavasitə Azərbaycan Respublikası Müdafiə Na zirliyinin səlahiyyətinə aid olmadığından, iddia verilərkən iddianın mümkünlük şərtlərindən olan iddianın ona cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair imperativ tələbi pozulduğundan iddia mümkün sayıla bilməz.

6. Bakı İnzibati Məhkəməsinin 2 fevral 2023-ci il tarixli, 2-1(112)-956/2023 nömrəli qərarı ilə (hakim: X4) iddia təmin edilmiş, iddiaçıya 1760 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 3914/2021 nömrəli qərarı ilə inzibati orqan tərəfindən əsassız olaraq iddiaçıya onun müraciət etdiyi vaxtdan “müharibə veteranı statusu və vəsiqəsi” verilmədiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi məhkəmə qaydasınd a təmin edildiyindən ona müraciət etdiyi vaxtdan veteran statusunun verilməməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş və cavabdeh inzibati orqanın təqsirli hərəkətləri nəticəsində (hüquqa zidd) iddiaçı vaxtında almalı olduğu veteran statusundan irəli gələn təminatlardan (təqaüddən- əldə etməli olan faydadan) məhrum olmuşdur. Məhkəmə kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı iddiaçının yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab edir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2186/2023 nömrəli qərarı ilə (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3) Bakı İnzibati Məhkəməsinin 2 fevral 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra “Müharibə veteranı hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmr ləri və ya arxiv arayışı da daxil edilmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-H Qərarını rəhbər tutaraq iddiaçının müraciətinə baxmış, 14 noyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Qarabağı Müdafiə Batalyonun nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi arxivinə daxil olmadığından və hərbi biletində iddiaçının xidmətinə dair aparıla qeydlərin mötəbərliyi şübhə yaratdığından iddiaçıya “Müharibə veteranı” adı vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla da Komissiya iddiaçının müraciəti ilə əlaqədar hərəkətsizlik etməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada mövcud qanunvericiliyin tələblərini rəhbər tuta raq və təqdim edilən sənədlər əsasında araşdırma apararaq diskresion səlahiyyəti əsasında iddiaçının xidməti nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən iddiaçı barəsində müvafiq qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanı 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən o rdunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti v əzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

16. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ver ilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilə r. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.

20. Belə ki, hazırkı qərarın 15-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 21. “Müharibə veteranlarına Azərbay can Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir;

22. Nəticə etibarı ilə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənildiyindən, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmalıdır.

23. Lakin iddiaçı iddia tələbini Azərbayca n Respublikası Müdafiə Nazirliyinə yönəldərək iddia tələbi üçün müəyyən olunmuş mümkünlük şərtini pozmuşdur.

24. Beləliklə, cavabdeh hazırkı iddiaya cavab verməli inzibati orqan olmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

25. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2186/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar