Məhkəmə qərarları › İş №2-1(102)-2292/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2292/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2292/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (mənzil) dair hüquqların dövlət qeydiyyatına alınması; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “mə nzilin özəlləşdirilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2-1(104)-143/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1032 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanındakı yaşayış sahəsi X1 dəyişdirilərək X2 adına qeydiyyata alınmasına razılıq verilmiş və bu barədə xx.xx.1992-ci il tarixli 43 nömrəli dəyişmə orderi tərtib edilmişdir. 2. ünvan 1 ünvanındakı yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır və açıq hərbi şəhərcik daxilindədir.

3. X3 xx.xx.2004-cü ildə vəfat etmiş və iddiaçı onun vərəsəsi kimi tanınmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək Gəncə şəhəri, DOS-6, ev 3- də yerləşən 2 saylı mənzil üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina bildirişi ilə “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Qanunun 6-cı maddəsinə istinad edərək Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında yerləşən 2 saylı mənzilin hərbi şəhərcikdə yerləşdiyi səbəbindən iddiaçının tələbini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil üzərində X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiy yata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini işin hallarına uyğun əsaslandırmışdır.

8. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(114)-392/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil hərbi şəhərciklərin evlərinə aid mənzildir. Həmin mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müddətsiz istifadəsindədir və Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır. Həmin mənzil xidməti mənzil fonduna aid olduğundan və qanunvericiliyin normalarına əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən iddia tələbi rədd edilməlidir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(104)-143/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 6, 48, 100, 103-cü, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3, 92-ci, “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun 1, 5, 6, 8, 9-cı maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında olan bütün mənzillər özəlləşdirilmiş və həmin mənzillərə mülkiyyət hüquqları qeydə alınaraq çıxarışlar verilmiş yalnız 2 nömrəli mənzil özəlləşməmiş qalmışdır.

16. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 60-c ı, Mülki Məcəllənin 139.1-ci və Mülki Prosessual Məcəllənin 4.1, 5.3, 9.1, 9.2, 9.3, 217.1-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun: Maddə

6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozunt ular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını v ə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipini n tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübah isəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

26. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Gəncə şəhəri, DOS-6, ev 3-də yerləşən 2 saylı mənzil üzərində X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsinə yönəlmişdir.

27. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun iddia etdiyi mənzilin xidməti mənzil fonduna aid olmasını bildirmiş və qanunvericiliyin normalarına əsasən xidməti m ənzillərin özəlləşdirilməsinə yol verilmədiyini qeyd etmişdir.

28. İşə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin mövqeyini qanuni sayaraq iddianı rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən işə səthi və formal yanaşmış, işin hallarını tam və hərtərəfli araşdırmayaraq İPM-in 12.1, 12.2-ci maddəsinin tələblərini pozmuşdur.

30. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun 6-cı maddəsinə əsasən qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

31. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzil açıq hərbi şəhərcikdə yerləşir. Bundan əlavə iddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixli 43 nömrəli dəyişmə orderindən həmin mənzilin xidməti olması müəyyən olunmur.

32. Məhkəmə kollegiyası iddiaçının yuxarıda göstərdiyi “...Gəncə şəhəri, DOS-6, ev 3 ünvanında olan bütün mənzillər özəlləşdirilmiş və həmin mənzillərə mülkiyyət hüquqları qeydə alınaraq çıxarışlar verilmiş yalnız 2 nömrəli mənzil özəlləşməmiş qalmış” dəlilə münasibətdə qeyd edir ki, baxmayaraq ki qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmiş, lakin apellyasiya məhkəməsi İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq həmin ünvanda yerləşən digər mənzillərin özəlləşibözəlləşməməsi ilə bağlı araşdırma aparmalı və özəlləşdirildiyi təqdirdə hansı hüquqmüəyyənedici sənəd əsasında bu baş verdiyini müəyyən etməli olduğu halda bunu etməmişdir.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

34. İddiaçı qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 21(104)-143/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar