Məhkəmə qərarları › İş №2-1(102)-2293/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2293/2019

17.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2293/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X3, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-800/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29 avqust 2018-ci il tarixli məktubu ilə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsin dən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçının göstərdiyi sahə digər şəxsləri mülkiyyətində olan fərdi yaşayış evi ilə üst-üstə düşür. Həmçinin, həmin evin 3 və 4 saylı sahələrindən iddiaçı tərəfindən istifadə olunduğu, digər sahələrinin və həyət hissəsinin isə başqa şəxslərin istifadəsində olduğu, eləcə də həyətdə 2 ədəd ikimərtəbəli fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 86,4 kv.m torpaq sahəsində tikdiyi, 2 mərtəbəli, zirzəmili, ümumi sahəsi 165,7 kv.m, yaşayış sahəsi 90,7 kv.m, köməkçi sahəsi 75 kv.m-dən ibarət olan fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə valideynlərinin razılığı ilə yaşadıqların evin həyətində olan qarajı söküb hazırda dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydiyyata aldırmaq istədiyi mübahisəli evi tikmişdir. 2001-ci ildən etibarən ailə üzvləri ilə birlikdə orada yaşayır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-663/2004 saylı, 28 iyul 2004-cü il tarixli qətnaməsi ilə onun həyat yoldaşı X2 Bakı şəhəri, Suraxanı rayon, Yeni Suraxanı qəsəbəsi, H.Z.Tağıyev küçəsi 18 saylı evdə yaşamaq hüququ tanınmış və o, həmin evə qeydiyyata alınmış, eləcə də X2 və İddiaçı yaşadıqları otaqlardan istifadə hüquqları da tanınmışdır. Beləliklə, 2000-ci ildən mübahisəli evi inşa etmişdir, həmin evə onun və ailə üzvlərinin ist ifadə hüquqları tanınmışdır, kommunal xidmətlər onların adınadır və evə pasport qeydiyyatına alınmışlar. Həyətyanı torpaq sahəsi 754 kv.m-dir və dövlət mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4227/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-800/2019 saylı, 09 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4227/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşə baxan məhkəmələr iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu, qanun qarşısında bərabərlik hüququnu və məhkəmə müdafiəsi hüququnu pozmuşlar. Məhkəmələr həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin və 1 saylı əlavə Protokolun 1-ci maddəsinin tələblərinə riayət etməmiş, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Avropa Məhkəməsinin presedentlərini nəzərə almamışlar. Məhkəmələr özbaşına tikiliyə mülkiyyət hüququ tanınması zamanı Mülki Məcəllənin 180-ci maddələrinin müddəalarından çıxış edərək formal olaraq hüquqi əsaslara istinad etməməlidirlər, Avropa Məhkəməsinin qərarında əks olunmuş hüquqi mövqeləri əsas götürməlidirlər. Belə ki, iddiaçı 2000-ci ildə valideynlərinin razılığı ilə yaşadıqların evin həyətində olan qarajı söküb öz vəsaiti hesabına mübahisəli fərdi yaşayış evini inşa etmişdir. 2001-ci ildən etibarən ailə üzvləri ilə birlikdə orada yaşayır, həmin evə məhkəmə qərarı ilə onun və ailə üzvlərinin istifadə hüquqları tanınmışdır, kommunal xidmətlər onların adınadır və evə pasport qeydiyyatına alınmışlar. Bütün bunlar fərdi yaşayış ev inə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanuni əsaslar yaratmışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının tələbi ünvan 1 ünvanında yerləşən 86,4 kv.m torpaq sahəsində tikdiyi, 2 mərtəbəli, zirzəmili, ümumi sahəsi 165,7 kv.m, yaşayış sahəsi 90,7 kv.m, köməkçi sahəsi 75 kv.m-dən ibarət olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasının cavabdehə həvalə edilməsindən ibartədir. İddiaçı özünün tələbini onunla əsaslandırır ki, 2000-ci ildə valideynlərinin razılığı ilə yaşadıqların evin həyətində olan q arajı söküb öz vəsaiti hesabına mübahisəli fərdi yaşayış evini inşa etmişdir. 2001-ci ildən etibarən ailə üzvləri ilə birlikdə orada yaşayır, həmin evə məhkəmə qərarı ilə onun və ailə üzvlərinin istifadə hüquqları tanınmışdır, kommunal xidmətlər onların adınadır və evə pasport qeydiyyatına alınmışlar. Kollegiya hesab edir ki, iddiaçının tələbinin əsassızlığı aşağıdakılardan irəli gəlir. Mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki halları isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-663/2004 saylı, 28 iyul 2004-cü il tarixli qətnaməsi də iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına əsas vermir. Çünki həmin qətnamə ilə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququ tanınmamışdır. Eyni qaydada, iddiaçının uzun müddət ərzində həmin evdə faktiki yaşaması, ailə üzvləri ilə b irgə pasport qeydiyyatına alınmaları və kommunal xidmətlərin onların adına göstərilməsi də iddiaçının tələbini təmin etməyə imkan vermir. Çünki yuxarıda da qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması həmin faktiki hallara əsasən deyil, yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan birinin mövcudluğunda aparıla bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-800/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar