Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2293/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı iş üzrə (Açar sözlər: bağ sahəsinə dair orderin inzibati akt olması; iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı “orderlərin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1600/2021 nömrəli, 17.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 №-li Vişnyovka 23 №-li kooperativinin nömrəsiz, 24.12.1988-ci il tarixli orderinə əsasən X8 Bakı şəhər sovetinin icraiyyə komitəsinin 9/549 nömrəli, 30.09.1988-ci il tarixli qərarı ilə Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ ayrılmışdır.
2. X10 xxxx-ci ildə vəfat etmiş və onun vərəsəsi iddiaçıdır.
3. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X2-İ bağlar sahəsindəki 23 №li kooperativin 7 nömrəli orderinə əsasən X7 Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1990- cı il tarixli, 9/549 nömrəli qərarına əsasən Vişnyovka-İ bağlar sahəsində 23 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ ayrılmışdır.
4. X5 vəfatında n sonra sözügedən bağ sahəsi X1 və bu barədə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliyi tərəfindən 03 saylı order verilmişdir (Bakı şəhəri İcra Hakimiyyətinin 15.12.2004-cü il tarixli, 186BTB saylı qərarına əsasən). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş 15.12.2004-cü il tarixli 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2-1(112)-57/2021 saylı qərardadı ilə (hakim: M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2021 nömrəli, 17.09.2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Nuriyeva, hakimlər: S.Bektaşi və A.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
9. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi X5 adına verilmiş 07 saylı orderin, həmin order əsasında verilmiş 15.12.2004-cü il tarixli 03 saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Halbuki, hazırki iş üzrə mübahisə predmeti olan – order “İnzibati icraat haqqında” Qanunu n 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilə bilməz. Bundan əlavə, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icrat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati orqan iştirak edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mübahisələndirilən orderlər AR Cavabdeh Aparatının X3 və İstismarı Birliyi tərəfindən verilmişdir və hazırki icraatda cavabdeh qismində Cavabdeh çıxış edə bilməz. Çünki “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respubl ikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Cavabdeh nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi həvalə edilmişdir. Göründüyü kimi, AR Cavabdeh Aparatının X3 və İstismarı Birliyi ləğv olunub, onun səlahiyyəti digər orqana verilməmişdir və birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qismində cəlb edilməsi düzgüz deyil.
10. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Ka ssasiya şikayətlərinin dəlilləri:
11. İşə baxan apellyasiya instansiya məhkəməsi iddianın mümkünlük şərtlərinə düzgün qiymət verməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericiliyə əsasən hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dedikdə isə Cavabdeh Aparatının ağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən orderlər də nəzərdə tutulur. Başq a sözlə, verilmiş orderlər əsasında şəxslər daşınmaz əmlak üzərində hüquqları reyestrdə qeydə alırlar, bu isə o deməkdir ki, orderlər hüquqi nəticə yaradır. Həmçinin Cavabdeh nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi Cavabdeh hazırkı iş üzrə cavabdeh olmaması mənasına gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Tərəflərin mülahizələri
13. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
14. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
15. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik ) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 18. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər m ateriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5.. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın d avam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhər sovetinin icraiyyə komitəsinin 9/549 nömrəli, 30.09.1988-ci il tari xli qərarı ilə Vişnyovka № 2 massivində 23 nömrəli BTK-nin nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ sahəsi X9 ayrılmış və həmin qərar əsasında S.Həsənova 23 nömrəli kooperativ tərəfindən 7 nömrəli 24.12.1988-ci il tarixli order verilmişdir. X10 26.04.1995-ci ildə vəfat etmiş və onun vərəsəsi iddiaçıdır. Eyni zamanda, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1990-cı il tarixli, 9/549 nömrəli qərarına əsasən X7 Vişnyovka-İ bağlar sahəsindəki 23 №-li kooperativi 7 nömrəli order əsasında Vişnyovka-İ bağlar sahəsində 23 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 248A nömrəli bağ ayrılmışdır. X5 vəfatından sonra sözügedən bağ sahəsi X1 və bu barədə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X6 və İstismarı Birliy i tərəfindən 03 saylı order verilmişdir (Bakı şəhəri İcra Hakimiyyətinin 15.12.2004-cü il tarixli, 186BTB saylı qərarına əsasən).
24. İddiaçı hazırkı iş üzrə üçüncü şəxsə məxsus orderləri mübahisələndirsə də, işə baxan apellyasiya instansiya məhkəməsi iddianı mümkün saymayaraq orderin inzibati akt olmadığına görə mübahisələndirilə bilməyəcəyini qeyd etmiş, əlavə olaraq “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına istinad edərək Cavabdeh iş üzrə cavabdeh ola bilməyəcəyini bildirmişdir.
25. Orderin inzibati akt olmaması ilə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-n in 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
26. İddianı n mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır (İPM-in 1.1-ci maddəsi). Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı (mübahisə qərarla əlaqədar olduğu üçün) mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin anlayışa görə, inzibati akt həmişə konkret şəxsə münasibətdə müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilir. Başqa sözlə, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır, o cümlədən ünvanladığı şəxs üçün hüquqi nəticə yaradır. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən... orderlər daşınmaz əmlak üzərində hüquqların ə mələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Göründüyü kimi bağ sahələrinə dair verilən orderlər bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır, başqa sözlə orderin verildiyi şəxs üçün müəyyən hüquqi nəticə yaradır.
29. Belə olan təqdirdə, apellyasiya instansiya məhkəməsinin orderin inzibati akt olmaması barədə mövqeyi “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələbinə ziddir.
30. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsinin Cavabdeh iş üzrə cavabdeh olmaması barədə mövqeyi də əsaslı olmamışdır. Belə ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22. 05.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş olması, onlar tərəfindən verilmiş inzibati aktların mübahisələndirmək imkanını aradan qaldırmır. Bağ təsərrüfatı idarələri yerli icra hakimiyyətlərinin nəzdində olduqlarından hazırkı iş üzrə də Cavabdeh olmalıdır.
31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edi lməli, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1600/2021 nömrəli, 17.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.