Məhkəmə qərarları › İş №2-1(102)-2294/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2294/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2294/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Yolçuyev Ruhin Bilman oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-612/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2015-ci il 19 mart tarixdən ikinci qrup əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 12 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş əmək kitabçası üzrə sığorta stajının yoxlanılması mümkün olmamışdır. İddiaçı 2018-ci il 13 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövl ət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon Şöbəsi ilə əvəz olunması, 1976-cı il 29 iyun tarixdən 1991-ci il 9 aprel tarixədək Gürcüstan SSR Marneuli Efir yağları zavodunda, 1991-ci il 15 may tarixdən 1996-cı il 22 oktyabr tarixədək Bakı şəhəri 14 saylı orta texniki peşə məktəbində işlədiyi dövr və anadangəlmə birinci qrup əlil övladına qulluq etməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya 2015-ci il 19 mart tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 2015-ci il 19 mart tarixdən sonrakı dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xah iş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1976-cı il 29 iyun tarixdən 1991-ci il 9 aprel tarixədək Gürcüstan SSR Marneuli Efir yağları zavodunda, 1991-ci il 15 may tarixdən 1996-cı il 22 oktyabr tarixədək Bakı şəhəri 14 saylı orta texniki peşə məktəbində işləmişdir. Həmçinin o, 1998-ci il 16 iyul təvəllüdlü birinci qrup əlil övladına 20 ildən artıq müddətdir ki qulluq edir. İddiaçıya 2015-ci il 19 mart tarixdən ikinci qrup əlillik təyin edilmişdir. İddiaçı göstərilənlərə və “Əmək pensiyaları haqqında” Qanunun 7, 8.2-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 33.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 dekabr tarixli 2-1(81)4775/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1976-cı il 29 iyun tarixdən 1991-ci il 9 aprel tarixədək Gürcüstan SSR Marneuli Efir yağları zavodunda, 1991-ci il 15 may tarixdən 1996-cı il 22 oktyabr tarixədək Bakı şəhəri 14 saylı orta texniki peşə məktəbində işlədiyi dövr və anadangəlmə birinci qrup əlil övladına qulluq etməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya 2015-ci il 19 mart tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 2015-ci il 19 mart tarixdən sonrakı dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 2015-ci il 19 mart tarixdən ikinci qrup əlillik təyin edildiyindən və o, ümumilikdə 36 il 11 aydan çox sosial sığorta stajına malik olduğundan, cavabdehin imtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-612/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı əlilliyə görə pensiya təyin edilməsi üçün tələb olunan 12 il 08 ay sığorta stajın ı toplamamışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 18 may tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 27 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında Marneuli rayonunun Marneuli efir yağları təsərrüfatı zavodunda 1976-cı il 29 iyun tarixdən 1991-ci il 9 aprel tarixədək işləməsi göstərilsə də lakin arxiv arayışına əsasən onun həmin zavodda 1986-cı ildə 04 ay 1987-ci ildə 02 ay işləməsinin təsdiqini tapmasına istinad etmiş, beləliklə, iddiaçının işlədiyi dövr üzrə iş stajının 05 il, 11 ay, 07 gün təşkil etməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd edilən arayışa düzg ün qiymət verməmişdir. Belə ki, iddiaçının aldığı əmək haqları barədə məlumatların arxivdə saxlanılması iddiaçıdan asılı olmayan səbəblərə aiddir. İddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdə işləməsini təkzib edən sübutlar isə iş materiallarında mövcud deyildir. Məhkəmə cavabdehin nümayəndəsinə əvvəlki iclaslarda ananın uşağa qulluq etməsi barədə aktın tərtib edilməsini təklif etmişdir. Lakin cavabdehin nümayəndəsi həmin tapşırığın icrasını həll etməmişdir. İddiaçı məhkəmə iclasının 2 gün təxirə salınmasını və məsələni həll edəcəyini bildirsə də, iclas təxirə alınmamışdır. Artıq akt tərtib olunaraq təsdiqlənmiş və kassasiya şikayətinə əlavə edilmişdir. Aktdan göründüyü kimi, uşağa qulluq ana tərəfindən olmuşdur. Uşağın əlilliklə bağlı arayışları atası x2 adına verilsə də, bu atanı n uşağa qulluq etməsini təsdiq edə bilməz. Belə ki, ata x2 daim əmək fəaliyyətində olmuş, hazırda da işləyir. Özü də onun iş yeri Dövlət Neft Şirkətinin sahildən uzaqda yerləşən Neft Daşlarındadır və iş rejimi 15 gün işdə 15 gün evdə olmaqla icra edilir. Bu hal bir daha təsdiq edir ki, x2 oğlu x3 daim qulluq etmək imkanında olmamış və uşağa qulluq anası, hazırkı iş üzrə iddiaçı tərəfindən icra olunmuşdur. İddiaçının əmək kitabçası üzrə qeyd edilən yerlərdə işləməsini təkzib edən hər hansı sübut mövcud olmadığından, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işçinin deyil, işəgötürənin vəzifəsi olduğundan iddiaçının əmək kitabçası üzrə iş stajı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. «”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın (bundan sonra mətndə - Qaydalar) 3.1.1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, apell yasiya instansiyası məhkəməsi göstərilən normaları düzgün tətbiq etməməklə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsi nin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borclu dur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi qərarında həmin normalara istinad etsə də, bu normaların tələbləri təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “"Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.9-cu bəndinə görə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İşdə olan x3 əlilliklə bağlı arayışları atası x2 adına verilmişdir. Kollegiya qeyd olunan əlillik arayışlarının hazırki iddiaçının adına verilmədiyini, eləcə də uşağın atasının da əlil uşağa qulluqla bağlı dövrün sığorta stajına hesablanıb-hesablanmaması dəqiqləşdirməklə iddiaçının sığorta stajına hesablanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən akt tərtib edilmədiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən dövrün hazırki iddiaçının sığorta stajına hesablanması üçün qanuni əsas yoxdur.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətinə dair əsaslandırmasını İPM-in yuxarıda istinad edilən normaların tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına görə nəzərə almalı idi ki, iddiaçının övladı x3 anadangəlmə sağlamlıq imkanı məhdud, 18 yaşından isə birinci dərəcəli əlil olmaqla kənar şəxslərin daimi qulluğuna ehtiyacı olduğu mübahisəsizdir. Başqa sözlə, həmin şəxsin həyat fəaliyyəti doğulduğu vaxtdan hal-hazıradək kənar şəxs(lər)in daimi qulluğuna bağlı olmuşdur və bağlıdır. Deməli, ona daimi qulluq göstərilmişdir. Əks halda, onun həyat fəaliyyəti mümkünsüz olardı. Apellyasiya instansiyası məhkəməsi bu qulluğun məhz iddiaçı tərəfindən göstərilib-göstərilmədiyini, iddiaçının bu barədə dəlilləri ilə kifayətlənmə dən öz xidməti vəzifəsinə görə yoxlamalı idi. Cavabdeh inzibati orqan tərəfindən müvafiq aktın (hər hansı səbəbdən) tərtib edilməməsi məhkəməni işin hallarının (o cümlədən, inzibati orqan tərəfindən müvafiq aktın tərtib edilməməsinin səbəblərinin) araşdırılması üzrə xidməti vəzifəsindən azad etmir. İddiaçı şikayətində haqlı olaraq qeyd edir ki, x3 əlilliyinə dair arayış(lar)ın onun atasının adına verilməsi özü-özlüyündə ona məhz atası tərəfindən daimi qulluq edildiyi anlamına gəlmir. Digər tərəfdən, x3 qulluq edilməsi və qulluq müddətinin sığorta stajına aid edilməsi ilə bağlı valideynlər (yaxud digər şəxslər) arasında mübahisə olduğuna dair işdə məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Marneuli efir yağları təsərrüfatı zavodunda işlədiyi müddətə dair qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında Marneuli rayonunun Marneuli efir yağları təsərrüfatı zavodunda 29.06.1976-09.04.1991-ci ilədək işləməsi göstərilsə də, arxiv arayışına əsasən onun həmin zavodda 1986-cı ildə 04 ay (aprel, may, iyun, oktyabr), 1987-ci ildə 02 ay (mart, aprel) aylarında işləməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi həmin iş dövrü üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş və iddiaçının pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə ləğv edilmişdir) 3.1 və 3.6-cı bəndlərin müddəalarına və “Əmək pensiyaları haqqında” Qanunun 31-2.1-ci maddəsinə istinad etmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Normanın məzmunundan göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh imtinasının əsası kimi qeyd etmişdir ki, təqdim olunmuş əmək kitabçası üzrə sığorta stajını yoxlamaq mümkün olmadığından ərizə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli Qərarı ilə təsdiq olunmuş və iddiaçının pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə (2012-ci il 13 iyul tarixdə edilmiş əlavələrlə) əsasən, pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1976-1991-ci illərdə (mübahisələndirilən dövrdə) çalışdığı iş yeri dövlət müəssisəsi olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. “Əmək pensiyaları haqqında” Qan unun 31-2.1-ci maddəsinə gəldikdə, həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, həmin norma Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə - əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən baxılması müddətini müəyyən edir (Qanunun 31.2-ci maddəsində əsasən 10 gün, Qanunun 31-2.1-ci maddəsinə əsasən isə ərizən in və ona əlavə olunmuş sənədlərin daxil olduğu gün) və bu normanın müddəaları pensiya təyin edilməsi üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək fəaliyyətinə dair məlumatları yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla tam və hərtərəfli tədqiq etməli idi. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığından qərar ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar ape llyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(103)-612/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar