Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2294/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kompensasiya ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021 -ci il tarixli, 2-1(103)-67/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə iddiaçıların yaşadığı sahənin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, hazırda Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yerləşdiyi, ümumi sahəsi 740 m2 olan ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansından götürülərək, AR Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir.
2. Həmin binanın 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələrin həmin binadan köçürülməsində köməklik göstərilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir.
3. Müraciət əsasında Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin 1-ci mərtəbəsində məskunlaşmış Ermənistan Respublikasından olan qaçqın ailələr-hazırkı iş üzrə iddiaçılar həmin binadan köçürülərək Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 70 mənzilli, 5 mərtəbəli yaşayış binasında 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərlə təmin edilmişlər.
4. İddiaçılar cavabdeh orqana ərizə ilə müraciət edərək Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanda yerləşən, Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin 1-ci mərtəbə sindən köçürülmələri ilə bağlı onlara kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh isə kompensasiya ödəməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, onlara 790.000 manat məbləğdə dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçılar 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüşlər. Azərbaycana gəldikdən sonra Bakı şəhəri, H.Əliyev pr. 99 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsində məskunlaşmışlar. Həmin dövrdə məskunlaşdıqları ünvan yaşamaq üçün yararsız vəziyyə tdə olduğundan və mənzil almağa maddi imkanları olmadığından bütün imkanları səfərbər etmişlər, qohumların, tanışların maddi köməkliyi hesabına yaşayış sahəsini təmir edib, yaşamaq üçün yararlı vəziyyətə gətirmişlər. Bakı şəhəri Nərimanov rayon MKİS tərəfindən tərtib edilmiş aktla bu fakt təsdiq edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2-1685/2005 saylı, 14.12.2005-ci il tarixli qətnaməsi ilə qeyd edilən ünvana istifadə hüquqları tanınmışdır. Həmçinin Azərbaycan Respublikası 22.08.2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə və müvafiq rayon, şəhər icra hakimiyyətlərinə tapşırılmışdır ki, müvəqqəti məskunlaşmış qaçqınların bu evlərdə daimi yerləşdirilməsini təmin etsinlər. Həmin fərmana müvafiq olaraq yaşadıqları evin sənədlərini hazırlamışlar. Yaşayış sahəsinin bütün sənədləri hazır olmuş və ev özəlləşmə ərəfəsində olmuşdur. Həmin ərəfədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri yaşadıqları ünvana gəlib onlara bildirmişlər ki, həmin ünvanda Q.Qarayev adına musiqi məktəbi tikiləcəkdir, buranı tərk etməlidirlər. Onları yaşadıqları ünvandan çıxarıb, uyğun yaşayış sahəsi ilə təmin edəcəkləri, əmlakın dəyərinin qalan hissəsinin dəyərini isə ödəyəcəklərini bildirmişlər. İddiaçılar məcbur olub təzyiq ilə həmin sahəni tərk etmişlər və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi 2011-ci ilin əvvəlində onlara Bakı şəhəri Ramana qəsəbəsi ünvanındakı 5 mərtəbəli yaşayış binasından 2 otaqlı 21, 2 otaqlı 25, 3 otaqlı 24 saylı mənzilləri təhvil vermişdir. Təhvil verilmiş mənzill ər heç bir sənədləşmə aparılmadan verilmişdir. Mənzillər yaşayış üçün yararsız vəziyyətdə olduğundan orada yaşaya bilməmişlər, kirayə ev tutaraq, əlavə vəsaitlər xərcləməklə mənzillərin sənədləşməsini aparmışlar və 3 mənzili 70000 manata satmışlar. Onlar təhvil verilmiş mənzilləri nəzərə alsalar belə, onların dəyəri əllərindən alınmış əmlakın dəyərinin cüzi bir hissəsini təşkil etmişdir. Əllərindən alınmış əmlakın, yəni 600 kv.metrlik torpaq sahəsi – tikilinin təqribi dəyəri ******* (iki milyon qırx min) manat təşkil edir. Belə ki, əllərindən alınmış əmlak şəhərin mərkəzində, ən bahalı prospektində, verilmiş mənzillər isə şəhər ətrafındakı qəsəbədədir və torpaq sahəsi də yoxdur. Qeyd edilən məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə etdikləri 26.11.2018-ci il tarixli müraciətə cavab verilməmi şdir. Qeyd edilən məsələ ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində əvvəllər qaldırdıqları iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmış, qərardad ünvanlarına daxil olmamış, onun mövcud olmasından bir müddət əvvəl məlumat əldə etmişlər. Həmin iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq Əmlak Bazarı İştirakçıları İctimai Birliyi tərəfindən verilmiş ƏBİ/N 07-199 saylı rəydə mübahisəli əmlakın dəyərinin 790000 manat olduğu göstərilmişdir. Rəy verilərkən dolların manata nisbəti 0,78 manat olsa da, sonradan manat devalivasiya olmuş və 1,70 manat təşkil etmişdir. Halbuki ekspertin rəyində də əmlakın dəyəri dəfələrlə azaldılmışdır. Belə ki, H.Əliyev prospekti şəhərin ən bahalı hissəsidir. Ona görə də hesab edirlər ki, Azərbaycan Respublikası Mədəniyyət Na zirliyindən onların xeyrinə ******* manat pul vəsaiti tutulmalıdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2019-cu il tarixli 2-1(81)1475/2019 nömrəli qərarına əsasən (hakim Elçin Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçılara 280.000 manat məbləğində pulun dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisələndirilən əmlak üzərində istifadə və sahiblik hüquqları mövcud olduğundan, həmin əmlakın sökülməsi ilə əlaqədar maddi zərərin ödənilməsi üzrə iddiaçıların maraqları müdafiə olunmalıdır. Lakin iddiaçıların tələb etdikləri 790.000 manat məbləğində kompensasiya məbləği ağlabatan və ədalətli məbləğdə deyildir. İddiaçılara 280.000 manat məbləğdə kompensasiya ödənilməklə onlara vurulmuş ziyanın əvəzinin ödənilməsi mümkündür.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.08.2021-ci il tarixli, 21(103)-2155/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2019-cu il tarixli 2-1(81)-1475/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların tələblərinə əsaslandığı Azərbaycan Respublikası Prezidentinin 22.08.2001-ci il tarixli 562 nömrəli Fərmanında cavabdeh üçün heç bir tapşırıq qeyd edilməmişdir və həmin Fə rmanın icrası cavabdehin fəaliyyət istiqamətlərinə aid deyil. Digər tərəfdən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.12.2005-ci il tarixli qətnaməsi ilə yalnız hazırkı iş üzrə tərəf olmayan X1 iddiası təmin edilərək ailəsi ilə birlikdə Bakı şəhəri H.Əliyev prospekti 99 saylı evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsinə istifadə hüquqları tanınmışdır, onun mirasına daxil olan əmlaka dair hüquqların vərəsəlik qaydasında iş üzrə iddiaçılara (onlardan birinə) keçməsi barədə vərəsəlik şəhadətnaməsi təqdim olunmamışdır. Həmçinin, mübahisəli bina o dövrdə dövlət mülkiyyətində olmuşdur və bu hüquqi rejim indi də dəyişməyib, bina cavabdehin qərarı ilə deyil, yuxarı inzibati orqan Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə cavabdehin balansına verilmişdir. Bu baxı mdan, yuxarı inzibati orqanın göstərişi ilə əmlaka sahiblik həvalə olunan cavabdehin bina üzərində bundan irəli gələn hüquq və vəzifələrini həyata keçirməsinə iddiaçıların hüquqlarının məhdudlaşdırılması və onlara zərər vurulması kimi qiymət verilməməlidir. İddiaçılar kompensasiyanın verilməsi üçün cavabdeh tərəfindən onlara hansı zərərin vurulmasını aydınlaşdırmamış və əsaslandırmamışdır.
12. İddiaçılar İddiaçı1 və İddiaçı3 həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiya məhkəməsində birinci icraat
13. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 24.12.2019-cu il tarixli, 2-1(102)3318/2019 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Xəqani Məmmədov, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 29.08.2021-ci il tarixli, 2-1(103)2155/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh orqan iddiaçıların kompensasiya almaq hüquqlarını mübahisələndirmir. Mübahisələndirilən hal iddiaçılara ödənilməli olan ədalətli kompensasiya məbləğinin nə qədər olmasıdır. Məhkəmə isə bununla bağlı hərtərəfli araşdırma aparmayıb. Belə ki, iş materiallarında İddiaçı3 ünvan 3 ünvanında yerləşən iki otaqlı mənzili 21.571 manata satmasına dair sənəd olsa da, digər mənzillərin satışına dair sənədlər yoxdur. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-67/2021 nömrəli qərarına əsasən (səd rlik edən və məruzəçi – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2019-cu il tarixli, 2-1(81)1475/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların mübahisəli qeyri-yaşayış sahəsindən istifadə hüququ tanınsa da, qeyri-yaşayış sahəsinə aid olan torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları olmamış, torpaq dövlətə məxsus olmuş, iddiaçılar istifadə hüququ tanınan sahənin əvəzinə mənzillərlə təmin olunmuş və işin hallarından da göründüyü kimi iddiaçılar öz iradələrinə uyğun olaraq mənzilləri sonradan satmışlar, mənzillərin iradələrinə zidd satılması isə iş materialları ilə sübut olunmur. Cavabdeh tər əfindən iddiaçılara ziyan vurulmadığından, cavabdehin torpaq ayırmaq səlahiyyəti olmadığından iddiaçıların Ramana qəsəbəsində ayrılan mənzillərə dair torpaq sahəsinin olmaması dəlili əsassızdır.
17. Məhkəmə qərarı iddiaçılara 16.09.2021-ci il tarixində təqdim edilmişdir.
18. İddiaçılar İddiaçı1 və İddiaçı3 11.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-67/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin mahiyyəti ilə bağlı düzgün hüquqi qiymətləndirmə aparmamışdır. Belə ki, burada tərəflər arasında yaranan mübahisənin predmetini cavabdehin bina üzərində bundan irəli gələn hüquq və vəzifələrini həyata keçirməsi nəticəsində iddiaçıların hüquqlarının məhdudlaşdırılmasının müəyyən edilməsi təşkil etmir. Qiymət verilməli olan məsələ iddiaçıların cavabdeh tərəfindən məskunlaşdıqları binadan köçürülməsi nəticəsində müvafiq mənzillərlə təmin edilməsinin “ədalətli kompensasiya” anlayışı ilə əhatə olunub-olunmadığıdır. Ali Məhkəmənin qənaəti də belə olmuşdur ki, iddiaçıların kompensasiya almaq hüququ işin mübahisəsiz halıdır, həll edilməyən məsələ yalnız kompensasiyanın ədalətli olub-olmamasının müəyyən edilməsidir.
20. Bundan başqa, məhkəmə 03.09.2020-ci il tarixli qərardadı ilə kompensasiyanın ədalətli olu b-olmamasını müəyyən etmək üçün iş üzrə qiymətləndirmə təyin etmiş, qiymətləndiricinin qarşısında iddiaçıların məskunlaşdıqları və daha sonra köçürüldükləri sahənin, eləcə də iddiaçıların təmin olunduqları mənzillərin hazırkı vaxta olan bazar qiyməti nə qədər təşkil etməsi barədə sual qoyulmuşdur. Yəni, apellyasiya məhkəməsi bir tərəfdən qiymətləndirmə təyin etməklə işin obyektiv araşdırılması baxımından Ali Məhkəmənin göstərişlərini yerinə yetirmiş, başqa tərəfdən isə kassasiya şikayəti verilən 12.08.2021-ci il tarixli qərarında iddiaçıların ümumiyyətlə kompensasiya almaq hüquqlarının olmadığını göstərmişdir. Əgər iddiaçıların kompensasiya almaq hüquqları yox idisə, onda niyə qiymətləndirmə təyin edilir və bir ilə yaxın müddət gözlənilirdi. Məhkəmə iddiaçıların məskunlaşdıqları binadan kö çürülməsi nəticəsində müvafiq mənzillərlə təmin edilərək onlara ədalətli kompensasiya ödənilməsi qənaətinə gəlsə də, öz mövqeyini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-67/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli 2-1(103)-67/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçılar məcburi köçkün statusunda olduqları üçün dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmişlər. Daha sonra, iddiaçıların yerləşdir ildikləri binanın sökülməsi nəzərdə tutulduğundan başqa ünvanda – ünvan 4aqlı 24 saylı mənzillərin ailə üzvləri ilə birlikdə iddiaçıların daimi istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçıların sözügedən mənzillərə daimi istifadə hüquqları tanınmış və onlar vətəndaş hüquqlarını həyata keçirə bilmələri üçün yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Yaşayış yeri üzrə qeydiyyat həmin daşınmaz əmlak üzərində iddiaçıların xüsusi mülkiyyət hüquqlarının əmələ gəlməsinə əsas olmadığından, onların həmin daşınmaz əmlaklar üzərində yalnız daimi istifadə hüquqları tanındığından iddiaçılara hər hansı kompensasiya ödənilməsi məqsədəuyğun deyil. c) Tərəflərin mülahizələri
22. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
23. İşə y azılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
24. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etm ək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadə yə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
27. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər
28. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın mə bləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; X2rşı, 103-cü bənd; X6 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). 29. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
30. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2009-cu il tarixli 22s saylı Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 2009-cu il büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 4717994.6 manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü bu Sərəncamın əlavəsinə uyğun olaraq müəyyən edilmişdir.
32. Sərəncamın əlavəsinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Sifarişçi təşkilat kimi Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin binasının təmiri və yenidən qurulması üçün vəsait ayrılmışdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş ”Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməs i” Qaydasının 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.
34. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: (-) 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.
35. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 apre l tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir.
36. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir.
37. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir.
38. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.
39. Həmin Qaydanın 3.6-cı bəndinə əsasən məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.
40. İnzibati-Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Həmin Məcə llənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
42. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
44. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zam an prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.07.2009-cu il tarixli 192s nömrəli sərəncamı ilə iddiaçıların yaşadığı sahənin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 99 ünvanında yerləşən, hazırda Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yerləşdiyi, ümumi sahəsi 740 kv.m. olan ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansından götürülərək, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir. Həmin bina onbirllik musiqi məktəbinin binasının layihələndirilməsi üçün sökülmüş və yerində Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi inşa edilmişdir. İddiaçılar həmin binadan köçürülərək Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən Komitənin balansında olan Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 70 mənzilli 5 mərtəbəli binada yerləşən 2 otaq 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərlə təmin olunmuşlar.
47. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıların mübahisəli qeyriyaşayış sahəsindən istifadə hüququ tanınsa da, qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları olmamış, həmin qeyri-yaşayış sahəsi iddiaçıların müvəqqəti istifadəsinə verilmişdir.
48. İddiaçların istinad etdiyi, ha zırkı qərarın 25-28-ci bəndlərində göstərilən normalar xüsusi mülkiyyət hüququ ilə bağlı münasibətlərə şamil olunur. Həmin normalarda kompensasiya ödənilməsi xüsusi mülkiyyət hüququna edilən müdaxilə nəticəsində pozulmuş hüquqların bərpası məqsədi daşıyır.
49. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi isə hazırkı qərarın 33-39-cu bəndlərində göstərilən normalarla tənzimlənir. Həmin normaların məzmunundan göründüyü kimi, müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi məcburi köçkünlərin xüsusi mülkiyyəti hesab olunmur.
50. İddiaçılar mülkiyyət hüquqlarının pozulmasına istinad edərək kompensasiya tələb etsələr də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı iş üzrə iddiaçıların da mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüq uqu yox, müvəqqəti istifadə hüququ olmuşdur.
51. İddiaçıların müvəqqəti istifadə hüququ isə cavabdeh tərəfindən qorunmuş, müraciət əsasında Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçılar həmin binadan köçürülərək Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən 70 mənzilli, 5 mərtəbəli yaşayış binasında 2 otaqlı 21 saylı, 2 otaqlı 25 saylı və 3 otaqlı 24 saylı mənzillərlə təmin edilmişlər.
52. İddiaçıların öz iddiasına görə də onlar mənzillərlə təmin olunmuş və öz iradələrinə uyğun olaraq mənzilləri sonradan satmışlar. Mənzillərin iradələrinə zidd satılması iş materialları ilə sübut olunmadığından cavabdeh tərəfindən iddiaçılara ziyan vurulması da öz təsdiqini tapmır.
53. Beləliklə, cavabdeh tərəfindən hazırkı qərarın 33-39-cu bəndlərində göstərilən normaların t ələblərinə əməl edilmiş, iddiaçıların hüquqları və qanunla qorunan maraqları pozulmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir.
54. Odur ki, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 2-1(103)-67/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.08.2021-ci il tarixli, 21(103)-67/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.