Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2294/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan təyin e dilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-1986/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş, ona xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbində təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda kolxozçu, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək 17 nömrəli Tikinti İdarəsində dülgər, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı şəhəri Nərimanov rayonu rabitə poçt şöbəsində poçtalyon, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək “Azərnefttikinti” trestinin İstehsal texnoloji komplektləşdirmə idarəsində dülgər, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Abadlıq” trestinin təmir-tikinti sahəsində dülgər, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakı” İstehsalat kommersiya kiçik müəssisəsində dülgər, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Sevda” kiçik müəssisəsində dülgər, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də yol xidmətində dülgər işləmişdir və xx.xx.2005-ci il tarixdən "xxxx" QSC-də işləməkdə davam edir. 3. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" QSC-nin Yol xidmətində dülgər peşəsində (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti) işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (21.5. Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:) və
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (Metropoliten, yer qu rğularının tikintisi və təmiri üzrə yeraltı işlər, “a” bəndi) nəzərdə tutulmuşdur.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının qanunvericiliklə tələb edilən 25 ildən az olduğunu əsas gətirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx. xx.1961-ci ildə doğulmuş, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər (2 il 1 ay 12 gün) Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda kolxozçu işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər (10 ay 20 gün) Sumqayıt şəhəri 44 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır. xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər (2 ay 5 gün) 17 nömrəli Tikinti İdarəsində dülgər işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (2 il 17 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər (7 il 4 ay 21 gün) Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda koxozçu, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər (7 ay 26 gün) Bakı şəhəri Nərimanov rayonu rabitə poçt şöbəsində poçtalyon, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər (4 ay 8 gün) “Azərnefttikinti” trestinin İstehsal texnoloji komplektləşdirmə idarəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər (2 ay 3 gün) “Abadlıq” trestinin təmir-tikinti sahəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər (2 ay 21 gün) “Bakı” istehsalat-kommersiya kiçik müəssisəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində dülgər, xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə qədər (13 il 1 ay 29 gün) "xxxx" QSC-də yol xidmətində dülgər işləmişdir. Beləliklə, onun xx.xx.2005-ci ilə 25 il 6 ay 15 gün ümumi iş stajı, 13 il 1 ay 29 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Hal-hazırda da "xxxx" QSC-də əmək fəaliyyətini davam etdirir. xx.xx.2021-ci ildə 60 yaşı tamam olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin xx.xx.2006-cı ilə kimi azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını topladığından 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Onun işlədiyi dülgər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (********),
1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) hissəsinin (kod ********), a) fəhlələr bəndinin (kod 2290100a), dülgərlər yarımbəndinə (kod 2290100a-16671) aiddir.
7. Cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinə qədər ümumi iş stajı 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1978xx.xx.1979, xx.xx.1979-xx.xx.1979, xx.xx.1979-xx.xx.1981, xx.xx.1989- xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1991-xx.xx.1991) dövrlər və 6 il 9 ay 14 gün kolxozda işlədiyi dövr) təşkil edir. Qeyd olunan hal nəzərə alınaraq, ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmiş, xx.xx.2021-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəmə sinin (hakim: Miminat Hacıbəyova) 16 noyabr 2022-ci il tarixli, 2-1(112)-6388/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur və xx.xx.2006-cı il tarixinə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu və peşə təhsili aldığı dövrlər də nəzərə alınmaqla 25 ildən çoxdur, həmin tarixə zərərli peşələrdə iş stajı isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. Cavabdehin imtina məktubundan müəyyən olunur ki, cavabdeh iddiaçının xx.xx.1991-xx.xx.1991-ci illərdə (2 ay 21 gün) “Bakı” istehsalat kommersiya kiçik müəssisəsində və xx.xx.1991-xx.xx.1992-ci illərdə (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində işlədiyi dövrləri əmək fəaliyyəti dövrü kimi qəbul etmir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1991xx.xx.1991-ci illərdə (2 ay 21 gün) “Bakı” istehsalat kommersiya kiçik müəssisəsində və xx.xx.1991-xx.xx.1992-ci illərdə (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində işləmişdir. Cavabdeh əmək kitabçasında göstərilən həmin qeydləri təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, məhkəmə internet vergi idarəsinin məlumatından müəyyən etmişdir ki, iddiaçının əmək kitabçasında “Sevda” kiçik müəssisəsində işləməsi göstərilən dövrdə həmin adda kiçik müəssisə vergi ödəyicisi kimi (VÖEN: **********) Bakı şəhərində fəaliyyət göstərmişdir. Cavabdeh idd iaçının xx.xx.1991xx.xx.1991-ci illərdə (2 ay 21 gün) “Bakı” istehsalat kommersiya kiçik müəssisəsində və xx.xx.1991-xx.xx.1992-ci illərdə (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində işləməsini təkzib edən sübutları əldə etmədiyi halda, həmin dövrləri sığorta stajı kimi nəzərə almaqdan imtina etmişdir. Hal-hazırda işə baxılan zaman da cavabdeh iddiaçının təqdim etdiyi əmək kitabçasındakı mübahisələndirdiyi qeydlərin mötəbər olmadığını təsdiq edən sübutları təqdim etmədiyi üçün məhkəmə cavabdehin etirazının əsassız olması nəticəsinə gəlmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruc zadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 01 iyun 2023cü il tarixli, 2-1(103)-1986/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən, xx.xx.1992-ci il tarix dən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də işlədiyi dülgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hü ququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.... Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxi l edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların möt əbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.... Maddə
46. Sübutların təqdim edilməsi və tələb olunması... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 22901000 –
1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) 2290100a – a) fəhlələr 2290100a—16671 – dülgərlər
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər a) fəhlələr: dülgərlər
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellya siya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi q aydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun o laraq təyin edilir.
33. Bu qərarın 16-17-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
34. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar ından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
35. Həmçinin, iddiaçının metropoliten sahəsində işlədiyi dülgər vəzifəsinin bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
36. Cavabdehin dəlili iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən az olması ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan onun xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (2 ay 21 gün) “Bakı” istehsalat kommersiya kiçik müəssisəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində işlədiyi dövrlər mübahisələndirilir.
37. İddiaçının əmək kitabçasında qeyd olunan həmin dövrləri nəzərə almamasına baxmayaraq, cavabdeh məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, aşağı instansiyası məhkəmələr haqlı olaraq həmin dövrlərə dair iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
38. Həmçinin, cavabdehin iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək (2 ay 21 gün) “Bakı” istehsalat kommersiya kiçik müəssisəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.199 2-ci il tarixədək (1 il 11 gün) “Sevda” kiçik müəssisəsində işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Başqa sözlə, 1 yanvar 2002-ci il tarixədək əmək fəaliyyətinin əmək stajına daxil edilməsi üçün qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmiş olması tələbi nəzərdə tutulmamışdır.
39. Cavabdeh kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, iddiaçının əmək kitabça sına əsasən, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" QSC-də işlədiyi dülgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur.
40. Cavabdeh nə imtina məktubunda, nə iddiaya qarşı etirazında və nə də apellyasiya şikayətində belə bir dəlil irəli sürmədiyindən cavabdehin kassasiya şikayətinin həmin dəlilinə kassasiya icraatı qaydasında münasibət bildirilməsinə zərurət olmasa da, məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 21-22-ci bəndlərində qeyd edilənlərdən göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən, xx.xx.1992-ci il tarixdən xx.xx.2005ci il tarixədək (13 il 1 ay 29 gün) "xxxx" QSC-də işlədiyi dülgər peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur.
41. Eyni zamanda, bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən onun adına güzəştli iş stajı barədə arayış verilmişdir ki, hə min arayışın da mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
42. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
43. Qeyd edilənlərə əsasən, iddiaçı 57 yaşdan güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 21(103)-1986/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.