Məhkəmə qərarları › İş №2-1(102)-2295/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2295/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2295/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İlqar Hüseynovdən ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 24 aprel 2019-cu il tarixli 2-1(103)-1124/2019 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 iyul 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh tərəfindən 20.04.2013-cü ildə Bakı şəhərində anadan olmuş övladları Leylanın doğum haqqında akt qeydlərində və ona verilmiş doğum haqqında şəhadətnamədə atası kimi X2 ilə bağlı aparılmış qeydlərin ləğv olunması, qızları Leylaya yeni doğum haqqında şəhadətnamənin verilməsi və ona veriləcək doğum haqqında şəhadətnamədə atasının İddiaçı1, anasının İddiaçı2, doğum yerinin Azərbaycan Respublikasının Bakı şəhəri, doğum tarixinin 20.04.2013-cü il, valideynlərinin və özünün milliyyətinin azərbaycanlı yazılması vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə vəzifə olaraq qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansi ya məhkəməsinin 04 fevral 2019-cu il tarixli iş № 2-1(82)-734/2017, (sədrlik edən hakim X.İmanov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24 aprel 2019-cu il tarixli iş № 2-1(103)-1124/19 (hakimlər M.Tağızadə sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04 fe vral 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçılar kasasiya şikayətini onunla əsaslandırmışdırlar ki,iddiaçılar Sabunçu rayon məhkəməsinə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvafiq iddia ərizələri ilə müraciət etməmişdən əvvəl qızı Leylanın atasının İddiaçı1 olması ilə bağlı atalığının müəyyən edilməsi üçün birgə ərizə yazmaqla 2 dəfə Cavabdehnə müraciət etmişlər. Ancaq hər iki dəfə də Cavabdeh atalıq faktını müəyyən etməyə tam səlahiyyətli olduğu halda, atalığın müəyyən edilməsindən əsassız olaraq imtina etmiş və ərizəyə cavab olaraq məhkəməyə müraciət etmələri barədə cavab vermişdir. İddiaçılar da Cavabdeh hərəkətini qanunsuz hesab etdikləri üçün hazırkı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişlər. Ailə Məcəlləsinin 44.4-cü maddəsinin mənasına görə atalıq faktı məhkəməyə müraciət etməklə iddia icraatı qaydasında o halda müəyyən olunur ki, konkret şəxsin uşağın atası olması haqqında mübahisə olur, özünü uşağın atası hesab edən şəxs sağdır, lakin atalığın qeydə alınmasından yayınır və eyni zamanda Ailə Məcəlləsinin 44.4-cü maddəsində göstərilən hallar mövcud olur. Hazırkı işdə isə belə halların heç biri yoxdur.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar apelyasiya instansiyası məhkəməsinin 24 aprel 2019-cu il tarixliqərardadının ləğv edilməsini və iddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi haqqında yeni qərardadın qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə müb ahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 24 aprel 2019-cu il tarixli, 21(103)-1124/2019 saylı qərardadla apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04 fevral 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 305.1.7, 339, 339.2-ci maddələrinə, Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qə rarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”na əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir belə ki, iddiaçılar faktiki nikahdan doğulmuş uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişlər, lakin qeydiyyat şöbəsi 20.04.2013-cü ildə uşağın doğulduğu zaman İddiaçı2 X2 ilə nikahın pozulmasından 300 gün keçmədiyinə və iddiaçıların rəsmi nikahda olmadıqlarına istinadən uşağa Elşən Şahbazovun soyadı və adı yazılmaqla 16.01.2014-cü ildə doğum haqqında şəhadətnamə vermişdir. İddiaçılar həmin vaxt qeydiyyat şöbəsinə etirazlarını bildirsələr də qeydiyyat şöbəsi uşağın yalnız bu şəkildə doğum haqqında şəhadətnamənin verilməsinin və gələcəkdə İddiaçı1 uşağın bioloji atası olmasının məhkəmə yolu ilə müəyyən etdikdən sonra uşağın doğum haqqında şəhadətnamədə aparılmış qeydlərin dəyişmək mümkün olduğunu bildirmiş, iddiaçılar da başqa çıxış yolları olmadıqlarına görə uşağın X1 ata adı və soyadı yazılmış doğum haqqında şəhadətnamə almağa məcbur qalmışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 6.2-ci bəndinə görə atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. İş materiallarından göründüyü kimi hazırkı halda tərəflər arasında atalıq barədə mübahisə olmasa da qeydiyyat zamanı uşaq ananın əvvəlki nikahın ləğv edilməsindən 10 ay keçməmiş doğulmuş, uşağın anası ilə bioloji atası arasında rəsmi nikah olmamış, eləcə də tərəflər qeydiyyat zamanı atalığın müəyyən edilməsi qeydiyyat orqanına ata qrafasında uşağın bioloji ata adının qeyd edilməsi ilə bağlı birgə ərizə ilə müraciət etməmiş, qeydiyyat orqanı da uşağı atası qrafasında ananın keçmiş ərinin adını qeyd etmiş, tərəflər həmin şəhadətnaməni 2014-cü ildə almışlar və hazırkı iddia ilə 2018-ci ildə məhkəməyə müraciət etmişlər. Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, doğum haqqında qeydlər atalığın müəyyən olunması faktı məhkəmə qaydasında müəyyən olunmadan inzibati orqanın hərəkət və hərəkətsizliyi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 305.1.7-ci maddəs inə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarının 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunan normalardan müəyyən olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılmasından imtina olunması və ya həmi n qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələrə isə mülki məhkəmə icraatı qaydasında baxılır. Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşağın atalığının məhkəmə qaydasında müəyyən olunduqdan sonra qeydiyyat orqanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında qeydə düzəliş etməkdən imtina etdikdə inzibati orqanın imtina ilə bağlı hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə və yaxud Mülki-Prosessual Məcəllənin 339-cu maddəsinə əsasən “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müə yyən edilməsi barədə” ərizə ilə ümumi məhkəməyə müraciət edə bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsində konkret və birmənalı şəkildə deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının dəyişməz mövqeyi ondan ibarətdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılması üçün mübahisələrin məhkəmə icraatına qəbul edilməsində n dərhal sonra ilk olaraq araşdırılmalı olan hüquqi məsələ qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olub-olmaması məsələsidir. Bu baxımdan hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi publik (ümumi) hüquq münasibətlərindən deyil, xüsusi hüquq (mülki hüquq) münasibətlərindən irəli gəldiyindən hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalı, kasasiya şikayəti apelyasiya instansiya məhkəməsi qərardadının ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlan ılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 24 aprel 2019-cu il tarixli 2-1(103)-1124/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: ` Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar