Məhkəmə qərarları › İş №2-1(102)-2295/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2295/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2295/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) 25.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığorta ödənişlərinin hesablandığı 2006-cı ilin yanvar-may aylarındakı dövrə aid edilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsinə dair Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(103)-2154/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının (2,57 manat) sığorta ödənişlərinin hesablandığı 2006-cı ilin yanvar-may aylarındakı dövrə aid edilməsinə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İş üzrə birinci instansiya məhkəməsinin iclasında cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, inzibati işi n ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

3. Cavabdehin vəsatəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 22-1-ci maddələrinə əsasən, yaşa görə əmək pensiyası hüququ olmadığından iddiaçıya Fondun Naxçıvan şəhər idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə təyin olunmuş yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Qeyd olunanlara əsasən inzibati iş ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməlidir.

4. Bakı İnzibati Məhkəməsinin (hakim: Tural Məlikov) 22 fevral 2022-ci il tarixli, 21(112)-1400/2024 nömrəli qərardadı ilə cavabde hin vəsatəti təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələb üzrə məqsədi 2003-2008-ci illərdə "xxxx" ASC-də işlədiyi dövr üzrə ödənilmiş və cavabdeh tərəfindən 2023-cü il üzrə fərdi hesabına daxil edilmiş sosial sığorta ödənişinin 2006-cı ilin yanvar-may aylarındakı dövrə aid edilməsindən ibarətdir. Qaldırılan iddia öhdəliyin icrası haqqında iddialara aid olduğundan İPM-in 8.1.2-ci maddəsinin tələbləri ilə uzlaşır. İş materiallarında olan Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 55 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, BöyükŞor daş karxanası, 166A ünvanında faktiki olaraq qeydiyyatsız yaşayır və c avabdeh inzibati orqanla bütün yazışmaları həmin ünvan vasitəsilə aparmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, mübahisəyə iddiaçının olduğu yer üzrə müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Nəzərə almaq lazımdır ki, inzibati mübahisələrdə işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığının, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir. 6. “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərarda dının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqların pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir. Göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, cavabdehin vəsatəti təmin edilməməlidir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və vəsatə tinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Şərafət Məmmədova) 23 aprel 2024-cü il tarixli, 2-1(103)-2154/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxsin yaşayış yerini müəyyən edən sənədlərin siyahısı qanunvericilikdə tam göstərilmişdir və həmin sənədlərdən biri də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İş materiallarında olan şəxsiyyət vəsiqəs i (AA*******) məlumatlarından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Qanunvericiliyin qeyd olunan tələbinə əsasən iddiaçının qeydiyyatda olduğu yer onun yaşayış yeri hesab olunur. Göründüyü kimi, iddiaçının yaşayış yeri Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəridir. İddia tələbi üzrə cavabdeh hazırda Dövlət Sosial Müdafiə Fondudur və Dövlət Sosial Müdafiə Fondunun səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, cavabdeh orqan səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, iddiaçının yaşayış yeri isə Naxçıvan Muxtar Respublikası Naxçıva n şəhəri olduğundan və Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan, hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində baxılmalıdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, yaşayış yeri üzrə Naxçıvan şəhərində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır. İPM-in 8.1.2-ci maddəsində işə şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsi tərəfindən baxıla bilməsi qeyd edilər ək şəxsə məhkəmənin seçilməsində dispozitiv imkan yaradılmışdır. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddia ərazi aidiyyəti tələblərinə riayət edilərək Bakı İnzibati Məhkəməsində qaldırılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərb aycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə

3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Maddə

10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket doldurar aq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8.1 və 8.1.2. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik n ümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası mə hkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

15. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələ ndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə funda mental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında i ddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının (2,57 manat) sığorta ödənişlərinin hesablandığı 2006-cı ilin yanvar-may aylarındakı dövrə aid edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə olan halda, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir. 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

26. Həmin Qanunun 3-cü maddəsinə görə, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

27. Həmin Qanunun 10-cu maddəsinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğ u yer üzrə qeydiyyata almalıdır.

28. İş üzrə materiallardan görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. İddiaçı isə şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən, Naxçıvan şəhərində yaşayış yeri üzrə qeydiyyatdadır və onun olduğu yer üzrə qeydiyyata alınmasına dair iş materiallarında hər hansı sənəd (sübut) yoxdur. Bu baxımdan, iddiaçının yaşayış yeri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan, hazırkı mübahisəyə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

29. Beləliklə, yuxarıda is tinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 21(103)-2154/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar