Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2296/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-665/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 7 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçı tərəfindən idxal olunmuş qarabaşaq və düyünün gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərinin, vaqonları dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablatdırmaqları ilə bağlı hərəkətlərinin, qarabaşağın gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara eyni tarixli, eyni saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməkləri ilə bağlı, həmin Bəyannamə ilə bağlı onlardan artıq pul - 1.894,46 manat almaları ilə bağlı hərəkətlərinin, idxal etdikləri düyünün rəsmiləşdirilməyərək əsassız olaraq saxlamaları ilə bağlı hərəkətlərinin, onlardan artıq pullar tələb etmələri ilə bağlı hərəkətlərinin, 2018-ci il 5 yanvar tarixli saxta protokol tərtib etmələri ilə bağlı hərəkətlərinin, yükün sənədlərinin Təhqiqat şöbəsinə vermələri ilə bağlı hərəkətlərinin, yükün sənədlərinin İstintaq idarəsinə vermələri ilə bağlı hərəkətlərinin, düyünün gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara eyni tarixli, eyni saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməkləri ilə bağlı, həmin Bəyannamə ilə bağlı onlardan artıq 6.013,41 manat pul almaları ilə bağlı hərəkətlərinin, mənbəyi onlara bəlli olmayan düyünü DGK-nin X6 İdarəsinin Laboratoriyasına göndərərək rəy almaları ilə bağlı hərəkətlərinin, DGK-nin X6 İdarəsinin Laboratoriyasının saxta rəyi əsasında “müəyyən etdiyi” düyünün Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilməsi bağlı hərəkətlərinin, Məhkəmə Ekspertiza Mərkəzinin BBGİ-nin sualına cavab olaraq müəyyən etdiyi rəqəmləri idxal etdikləri düyünün gömrük dəyərinin hesablanmasına tətbiq edərək yeni gömrük dəyəri müəyyən etmələri ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, Azərbaycan Respublikası Dəmir Yolunun onlara hesabladığı 2.786,03 manat cərimənin, qarabaşağın rəsmiləşdirilməsi ilə bağlı onlardan artıq olaraq almış olduqları 1.894,46 manatın, düyünün rəsmiləşdirilməsi ilə bağlı onlardan artıq olaraq almış olduqları 6.013,41 manatın, onlara vurmuş olduqları mənəvi zərərə görə 100.000 manatın, eləcə də, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasının Altay əyalətinin Barnaul şəhəri, OOO “Planeta Krup”-dan iddiaçıya 2018-ci il 8 yanvar tarixində gəlmiş 25 kiloqramlıq, 2700 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan, ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67.500 kiloqram qarabaşaq məhsuluna görə gömrük dəyəri 26.394,05 manat olmaqla, 5.022,33 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra qarabaşağın gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 1.894.46 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, Bakı Baş Gömrük İdarəsinin idxal etdikləri qarabaşağı vaqonlarda dəmir yolunda saxlayaraq onlara Azərbaycan Respublikası Dəmir Yo lu tərəfindən 2.786,03 manat cərimə hesablatdırdıqları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 30 manatın, eyni zamanda qanunazidd əməlləri nəticəsində ona vurmuş olduqları mənəvi zərərə görə 50.000 manatın iddiaçının xeyrinə tutulmasına dair, həmçinin Qazaxstan Respublikasının Kızılorda şəhəri, TOO “X”-dən iddiaçıya 2018-ci il 5 yanvar tarixində gəlmiş 25 kiloqramlıq, 2720 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan ümumi qiyməti 13.600 ABŞ dolları təşkil edən 68.000 kiloqram düyü məhsuluna görə gömrük dəyəri 24.416,84 manat olmaqla, 4.666,43 manat gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 6.013,41 manat əla və pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsinə dair, bunlarla yanaşı qanunazidd əməlləri nəticəsində ona vurmuş olduqları mənəvi zərərə görə 50.000 manatın iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla TOO “X” arasında bağlanmış Kontraktla və Spesifikasiyaya əsasən, TOO “X” Qazaxıstan Respublikasının Kızılorda şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə, “xxxx” Şirkətinin ünvanına, 25 kiloqramlıq 2720 ədəd polietilen kisələrə yığılmaqla, ümumi çəkisi 68 ton, 1 tonunun qiyməti 200 ABŞ dolları olmaqla ümumi dəyəri 13.600 ABŞ dolları olan bölünmüş düyü göndərmişdir. 2018-ci il 5 yanvar tarixində iddiaçı tərəfindən **********1580 saylı, 2018-ci il 5 yanvar tarixli GB ilə bəyan olunan 2720 yerdən ibarət, cəmi çəkisi 68000 kq bölünmüş düyü gömrük orqanına bəyan edilmiş və gömrük haqları ödənilmişdir. Lakin, gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmişdir ki, həmin düyü tam doğranmış deyil, içərisində bütöv düyülər də olmaqla qarışıq haldadır. Bu barədə gömrük orqanına məlumat verilmiş və cavabdeh tərəfindən araşdırma aparılmışdır. Yekunda Gömrük Komitəsi İstintaq İdarəsi tərəfindən 2018-ci il 27 fevral tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən ikinci dəfə yeni bəyannamə tərtib etdirilərək iddiaçıdan daha artıq məbləğdə gömrük rüsumu alınmışdır. Həmçinin, iddiaçı ilə Rusiya Federasiyasının Altay əyalətinin Barnaul şəhəri, OOO “Planeta Krup” arasında bağlanmış müqaviləyə əsasən, həmin şirkət iddi açıya 25 kiloqramlıq, 2700 ədəd kisələrə doldurulmuş, 1 tonunun qiyməti 200 ABŞ dolları olan ümumi qiyməti 15.525 ABŞ dolları təşkil edən 67500 kiloqram Qarabaşaq məhsulu göndərmişdir. Həmin məhsulun gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmişdir ki, idxal olunan malın dəyəri düzgün şəkildə göstərilməmişdir. Bu barədə cavabdeh tərəfindən araşdırma aparılmışdır. Yekunda cavabdeh tərəfindən ikinci dəfə yeni bəyannamə tərtib etdirilərək iddiaçıdan daha artıq məbləğində gömrük rüsumu alınmışdır. Həmçinin, cavabdehin qanunazidd əməlləri ilə iddiaçıya mənəvi ziyan vurulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209-cu “Gömrük ödənişlərinin ödənilməsind ən yayınma” maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqinin 2018-ci il 27 fevral tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan görünür ki, gömrük ödənişlərindən yayındırılmış 5.978,01 manat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209-cu maddəsinin tərkibini yaratmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, iddiaçı hazırkı şikayətdə gömrük ödənişlərinin hesablanma qaydasından, hesablanmış məbləğdən narazılığını bildirir. Lakin şirkətin direktoru İ.R.X10 Komitəsinin istintaq idarəsinə rüsumları ödədikləri üçün cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir. Bununla da şirkət hesablanmış rüsumlarla razılaşmış, onları ödəmiş və özü cinayət işinin başlanılmasının rədd edilm əsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 noyabr tarixli 2-1(81)3783/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən xaricdən idxal olunmuş malları gömrük orqanının müvəqqəti saxlanc anbarlarında ödənişsiz olaraq saxlanmasını həyata keçirmək hüququ olmuş, lakin bu hüquqdan istifadə edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-665/2019 nömrəli qərardadı ilə iddia “mənəvi zərərə görə 50.000 manat məbləği ndə pulun tutulması” hissəsində mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs qismində çıxış edən iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsi, yəni ona qarşı törədilməsini iddia etdiyi qanunsuz hərəkətin və ya hərəkətsizliyin müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi və ya fiziki əzab çəkməsi mümkün deyildir. İddiaçı həmin qərardadı mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-665/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı “mənəvi zərərin tutulması” hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin q ərarının dəyişdirilmədən saxlanılması hissəsində həmin məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 30 aprel tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 29 may tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmamış, cavabdehin tərtib etdiyi, həqiqəti əks etdirməyən, hazırkı hallara uyğun gəlməyən sənədlərə istinad etməklə əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iddia tələbində göstərilmiş xüsusatlara əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermis, tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmiş, nəticədə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş “Hüquq və azadlıqların məhkəmə təminatı” hüquqlarını, eləcə də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı və 13-cü maddələrində nəzərdə tutulan hüquqlarını pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə icla sında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş ((Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların tə qdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansi yası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi aşağıdakı hallara istinad etmişdir. Qazaxıstan Respublikasının Kızılorda şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə, 24473738 nömrəli vaqonda, “xxxx” Şirkətinin ünvanına, üm umi çəkisi 68 ton, 1 tonunun qiyməti 200 ABŞ dolları olmaqla ümumi dəyəri 13.600 ABŞ dolları olan düyü bölünmüş düyü adı ilə göndərmişdir. 2018-ci il 5 yanvar tarixində İddiaçı tərəfindən **********1580 saylı, 2018-ci il 5 yanvar tarixli GB ilə bəyan olunan 2720 yerdən ibarət, cəmi çəkisi 68000 kq bölünmüş düyü yükü gömrük orqanına bəyan edilmiş, düyü müvafiq sənədlər olmaqla gömrükdə rəsmiləşdirilmiş, gömrük haqları ödənilmişdir. Lakin, sonradan idxal olunmuş malın doğranmış düyü yox, qarışıq düyü olması müəyyən edilmişdir. Bu əsasdan həmin hala dair Komitə tərəfindən araşdırma aparılmış və təhqiqat başlanılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin 2018-ci il 27 fevral tarixli qərarı ilə “xxxx” Şirkətinin törətmiş olduğu əməldə cinayət tərkibi olmadığ ından cinayət işinin başlanmasının rədd edilməsi və İXM-nin 505-ci maddəsinin 2ci qeydinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduğunun nəzərə alınması, şirkətin ünvan 3 ünvanında yerləşən anbarında gömrük təminatı altında saxlanılan düyü yükünün “xxxx” Şirkətinin sərəncamına verilməsi qərara alınmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2018-ci il 4 iyul tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 2018-ci il 27 fevral tarixli qərarının ləğv olunması barədə “xxxx” Şirkətinin şikayəti təmin edilməmiş, 2018-ci il 27 fevral tarixli qərar qanuni hesab edilmişdir... Həmin qərardan görünür ki, gömrük ödənişlərindən yayındırılmış məbləğ 5978.01 mana t təşkil etmiş, həmin məbləğdə gömrük ödənişlərindən yayınma CM-in 209-cu maddəsinin tərkibini yaratmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı gömrük rüsumu aldıqdan, yükü onlara təhvil verdikdən sonra qarabaşağın gömrük rəsmiləşdirilməsi ilə bağlı onlara həmin tarixli, həmin saylı 2-ci Gömrük Bəyannaməsini tərtib etdirməklə onlardan 1894.46 manat əlavə pullar almaları ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir. Gömrük Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya k əmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir; Həmin Məcəllənin: -121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir; -121.3-cü maddəsinə əsasən mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər; -121.7-ci maddəsinə əsasən bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiy i əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir; -121.10-cu maddəsinə əsasən malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal və ya gömrük bəyannaməsinə istinad etməlidir; -146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; -221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir; -221.2- ci maddəsinə əsasən bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir; -221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır; İşdən görünür ki, iddiaçı hazırkı şikayətdə gömrük ödənişlərinin hesablanma qaydasından, hesablanmış məbləğdən narazılığını bildirir. Lakin, şirkətin direktoru İ.R.X10 Komitəsinin istintaq idarəsinə rüsumları ödədikləri üçün cinayə t işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı tələbində əlavə gömrük ödənişlərinin ödənilməsinə əsas olmuş ikinci bəyannamələrin tərtib edilməsini gömrük orqanının təsiri altında icra etdiklərini iddia etsə də də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir... Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıdakı istinadları və qənaətləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsi Gömrük Məcəlləsinin yuxarıda qeyd edilən normalarına istinad etsə də, həmin normaların hər hansı tələbinə iddiaçı tərəfindən əməl olunmadığını, və əksinə, həmin normaların tələblərinə cavabdeh tərəfindən əməl olunduğunu qərarda əsaslandırmamışdır. İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsasland ırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlillərinə qiymət verərkən, gömrük qanunvericiliyində təkcə iddiaçıya münasibətdə nəzərdə tutulan məcburi tələblərin deyil, həm də gömrük ərazisinə gətirilmiş, gömrük nəzarətinə təqdim olunmuş mallara (hazırkı halda, yükə) münasibətdə cavabdehə aid vəzifələri (qanunla ona verilmiş səlahiyyət və öhdəlikləri), həmin vəzifələrin icrasına gömrük orqanı (onun vəzifəli şəxsi) tərəfindən nə dərəcədə əməl olunduğunu da nəzərə almalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını işin hallarının araşdırılması prinsipinin, habelə İPM-in 58.7-ci maddəsinin tələbinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi məlumatları işin digər halları, o cümlədən, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla yoxlamalı və onlara qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, cinayət işinin başlanmasından imtina haqqında qərar, habelə müəssisə rəhbəri tərəfindən rüsumların (könüllü və ya məcburi) ödənilməsi səbəbi ilə inzibati xəta haqqında icraatın başlanmasından imtina olunması bu iş üzrə iddiaçı hüquqi şəxsi hazırkı məzmunda iddia irəli sürmək, həmin ödənişlərin, inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin yaxud qərarlarının qanuniliyini mübahisələndirmək, həmin hərəkət və ya hərəkətsizlik yaxud qərarların nəticəsində vurulmuş zərərin əvəzini ödəməyi tələb etmək imkanından (hüququndan) məhrum etmir. Cavabdehin yuxarı orqanının rəhbəri 2018-ci il 6 fevral tarixli, 18/02-22/001795 nömrəli məktubunda təsdiq edi r ki, iddiaçının ünvanına vaqonla daxil olmuş və idxalatçı tərəfindən 2018-ci il 8 yanvar tarixli **********3222 nömrəli gömrük bəyannaməsi əsasında bəyan olunan ümumi çəkisi 67500 kq qarabaşaq yükü mövcud gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsindən keçirilmiş və 2018-ci il 17 yanvar tarixdə sərbəst dövriyyəyə buraxılmışdır (İ cild, iş v.231, 232). Apellyasiya instansiyası məhkəməsi 2018-ci il 8 yanvar tarixdə gömrük bəyannaməsi əsasında bəyan olunan qarabaşaq yükünün 2018-ci il 17 yanvar tarixədək gömrük nəzarətində saxlanmasının səbəblərini araşdırmamış, onlara qiymət verməmişdir. Belə ki, iddiaçı idxal etdiyi qarabaşağın daşındığı vaqonların dəmir yolunda məhz cavabdeh tərəfindən saxlandığını, bu səbəbdən də ona Azərbayca n Respublikası Dəmir Yolu tərəfindən 2.786,03 manat cərimə hesablandığını bildirərək, bununla bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini iddia etmişdir. İPM-in yuxarıda qeyd edilən maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi tələb olunduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının “mənəvi zərərin tutulması”na aid hi ssədə ləğv edilməsinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə 2019-cu il 3 aprel tarixli qərardadı ilə iddianı “mənəvi zərərə görə 50.000 manat məbləğində pulun tutulması” hissəsində mümkün saymamış (bu qərardadla eyni zamanda birinci instansiyası məhkəməsinin qərarını həmin hissədə ləğv etməli olduğuna, lakin bunu etmədiyinə baxmayaraq), iddiaçı həmin qərardadı mübahisələndirməmiş, apellyasiya instansiyası məhkəməsi isə, artıq mümkünsüz hesab etdiyi iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin qərarını hazırda mübahisələndirilən qərarla ləğv etmişdir. Beləliklə, “mənəvi zərərə görə 50.000 manat məbləğində pulun tutulması” məzmunda iddianın mümkünsüzlüyü, barəsində müstəqil qaydada şikayət verilə bilən, lakin mübahisələndirilməyən və qanun i qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunduğundan şikayət həmin tələbə aid hissədə təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 aprel tarixli 2-1(103)-665/2019 nömrəli qərarı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Q ərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2296/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2296/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver