Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2296/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2-1(105)-560/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasına, hərbi biletinə və Şabran rayon İcra Hakimiyyətinin “Yaşıllıq və Təmizlik” İdarəsinin məktubuna əsasən iddiaçı 4 iyul 1979-cu il - 4 sentyabr 1979-cu il tarixlərində Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatında fəhlə, xx.xx.1980-xx.xx.1981-ci illərdə TMK-14 saylı tikinti zavodunda fəhlə, xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmət, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək "xxxx" QSC İnfrastrukturlu departamenti Şimal İstiqaməti sahəsinin sinifdən kənar H.Z.Tağıyev çeşidləmə stansiyasında tərtibat təpəsinin operatoru, xx.xx.1985-xx.xx.1989cu illərdə "xxxx" QSC-də teplovoz maşinist köməkçisi, xx.xx.1989-xx.xx.1997-ci illərdə "xxxx" QSC-də teplovoz maşinisti, xx.xx.1998-xx.xx.2006-cı illərdə Siyəzən Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində çalışmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 30 sentyabr 2021-ci il tarixli məktubla mür aciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyindən və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 12 noyabr 2021-ci il tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının xx.xx.1979- xx.xx.1979cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsini, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunmasını, qət namə qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-12279/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1979- xx.xx.2018-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, 04 iyul-04 sentyabr 1979-cu il tarixində Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatında 1-ci dərəcəli fəhlə, xx.xx.1980-xx.xx.1981-ci illərdə TMK-14 saylı tikinti zavodunda fəhlə, xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmət, xx.xx.1984-cü il tarixindən-xx.xx.1985-ci il tarixinədək "xxxx" QSC İnfrastrukturlu departamenti Şimal İstiqaməti sahəsinin sinifdən kənar H. Z.Tağıyev çeşidləmə stansiyasında tərtibat təpəsinin operatoru, xx.xx.1985-xx.xx.1989-cu illərdə "xxxx" QSC-də teplovoz maşinist köməkçisi, xx.xx.1989-xx.xx.1997-ci illərdə "xxxx" QSC-də teplovoz maşinisti, xx.xx.1998xx.xx.2006-cı illərdə Siyəzən Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində çalışmışdır. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri barədə 12 saylı qərarın 21.4-cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında 23001000- 14241.23001000-21250 göstərilmişdir. “Vətəndaşların pensiya təmina tı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatın, vəzifələrin, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 57 yaşa və ən azı 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Əmək kitabçasından və iş yerindən arayışlardan da göründüyü kimi xx.xx.2006-cı ilədək İddiaçı ümumi iş stajı 25 il 1 ay 20 gün, güzəştli iş stajı isə 13 il 7 ay 33 gün təşkil etmişdir. Bundan başqa, İddiaçı keçmiş Dəvəçi rayon Kommunal Müəssisələri Kombinatının 04 iyul 1979-cu il tarixli, 8 saylı əmrinə əsasən 2 ay müddətinə 1-ci dərəcəli fəhlə vəzifəsində çalışsa da, həmin müddət əmək kitabçasında qeyd olunmamışdır və iş stajına daxil edilməmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 11 ay 20 gün), güzəştli iş stajının isə 13 il 8 ay 1 gün olduğu müəyyən edilmişdir. İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19029,83 manat. 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 685,39 manat olmaqla cəmi pensiya kapitalı 19715,89 manat təşkil edir. Bununla əlaqədar olaraq iddiaçının 1 yanvar 2006-cı il tari xinədək olan 24 il 11 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 19029,83 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 19715,89 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 53760,00 manat məbləğində hesablanmışd ır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(118)-986/2022 nömrəli qərarı (hakim: X3) ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1979 - xx.xx.1979cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsi, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması, qərar qanuni qüvvəyə minənədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Dəvəçi rayon Kommunal Müəssisəsi Kombinatında 04 iyul 1979-cu il 04 sentyabr 1979-cu il tarixlərində işləmişdir. İddiaçının Əmrinin və əmək haqqı cədvəllərinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının mübahisə olunan dövr ərzində Dəvəçi rayon Kommunal Müəs sisələri Kombinatında işləməsi öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının 25 il sığorta stajı yaranmış olur. Hazırkı iş üzrə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhk əməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022ci il tarixli, 2-1(105)-560/2022 nömrəli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X1 və X2) ilə Sumqayıt İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilə rin” 2 nömrəli Siyahısı XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—14241) - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—16878) - teplovozlarda maşinist köməkçiləri
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensi ya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmə t siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edil mişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı qərarın 16-20-ci bəndlərində göstə rilən maddi hüquq normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1 2 il 6 aydan çox xüsusi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır. Mübahisənin predmeti iddiaçının xx.xx.1979-xx.xx.1979-cu il tarixlərində işlədiyi ayların sosial sığorta stajına daxil edilməsidir və həmin staj Şabran rayon “Yaşıllıq və Təmizlik” idarəsinin 22 nömrəli, 4 may 2022-ci il tarixli məktubu və ona əlavə edilmiş əmrdə və əmək haqqı cədvəllərində öz təsdiqini tapmışdır.
30. Beləliklə, əmək kitabçasında və hərbi biletində qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla iddiaçının tələb olunan 25 il ümumi iş stajını topladığı və bu baxımdan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apelyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.
31. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi nə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əla və digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
32. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2-1(105)-560/2022 nömrəli qərarı dəyişdirilmədən saxlan