Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2296/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətsiz əlilliyin təyin edilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Eks pertiza və Reabilitasiya Agentliyinə qarşı “2- ci dərəcə “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(107)-41/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilmiş, ona 4326 003AAA44 saylı Forma 88 əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İİ dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1993-cü ildə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. İddiaçı bir çox vaxtlarda tibb müəssisələrində müayinə və müalicələrdə olmuş, səhhətində olan ağır xəstəliklərlə bağlı ona əlillik təyin edilməsi üçün tibb müəssisəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona İİ dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Bu məqsədlə ona xx.xx.2018-ci ildən etibarən pensiya və təqaüd təyin edilmiş və ödənilmişdir. Lakin, xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron sistemə baxarkən ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona təyin edilmiş müddətsiz əlillik müdaxilə edilərək xx.xx.2023-cü ilədək təyin edilməsi göstərilmişdir. Onun əlilliyinin mü ddəti əsassız olaraq dəyişdirilmişdir, çünki, o, əvvəl qiymətləndirilmiş və ona müddətsiz əlillik təyin edilmişdir. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, ddiaçının əlillik vəziyyətinə Bakı 39 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” Gözdən əlilliyi olan şəxs; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95- J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.1 - Xroniki respirator çatmamazl...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələ nmələr, Qarnın və döş qəfəsinin dəlib keçən, sol ss idin kor güllə yaralanmasından vəziyyət, Döş qəfəsinin yaralanmasından sonra ağciyərlərə nüfuz edən güllə yaralanması,sol saidin arxa səthinin və döş qəfəsinin yad cismi. Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin asteno nevrotik sindrom. Xroniki respirator çatmamazlıq, Ağ ciyərlərin funksiyasının əhəmiyyətli dərəcədə pozulması. Tənəffüs çatmamazlığı İİ dərəcə, xroniki obstruksiya xəstəliyi. İkincili hipertenziya, Arterial hipertenziya İİİ mərhələ əlavə risk faktoru İV. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU hipertonik angiopatiya. Ürəyin xroniki işemik xəstəliyi, Ü.İ.X. Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası F.S-İİİ. Ürək çatmamazlığı, Xroniki koronar çatmamazlıq İİİ. Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9J35-J37.1 J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2018-ci il tarixdə olmuş və ona 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsas sız və qanunsuzdur.
6. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1534/2023 nömrəli qərarı (hakim X3) ilə iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırma zamanı nəticəsi mübahisələndirilən göndərişi təqdim edən Bakı şəhəri 39 nömrəli şəhər poliklinikasına sorğu verilmişdir. Sorğu nəticəsində iddiaçının müraciəti əsasında poliklinikada, cərrahi kabinetdə, HMK-nin qeydiyyat jurnalında və arxivdə hər hansı qeydiyyat aparılmadığı bildirilmişdir. Məhkəməyə əlillik altsistemindən hazırkı vəziyyətə dair çıxarış göndərilmişdir. Verilmiş sorğuya əsasən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən də iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcə əlilliyin xx.xx.2023-cü i l tarixində başa çatdığı qeyd olunan məlumat göndərilmişdir. Cavabdeh inzibati orqana verilmiş sorğulara əsasən TSERA-nın TSEK-in xx.xx.2018-ci il tarixli xxxxxxx0003 saylı qərarı məhkəməyə təqdim edilmişdir. Həmin qərarda iddiaçıya xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin təyin edildiyi, xx.xx.2023-cü il tarixinədək qüvvədə olduğu əks olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi əlillik altsistemindən çıxarışın mötəbərliyini sübut edən sənəd aşkar olunmamış, həmin sənədin həqiqiliyinin yoxlanılması mümkün olmamışdır. Əldə olunan çıxarışlar əlilliyin beş il müddətinə təyin olunmasını sübut etmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(107)-41/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X5 və X6) ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə Konstitusiyaya, “İnzibati icraat haqqında” Qanunun 2, 13-cü maddələrinə, istinad edə rək qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, qərar əsaslandırılmamış, işin halları ətraflı şəkildə təhlil edilməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsin ə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömr əli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş hə ddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN H ƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlar ında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişd ir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının çatmaq istədiyi hüquqi nəticə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsinə yönəlmişdir.
24. Məhkəmələr iddiaçının iddia tələbini əsassız hesab edərək qeyd etmişlər ki, iddiaçının əlillik vəziyyəti 39 nömrəli şəhər poliklinikasının 4326003AAA44 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarix də qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2023-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Yalnız texniki nöqsan nəticəsində e-sosial platformasında əlillik təyinatı ilə bağlı şəxsi kabinetində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydi əks olunmuşdur. Belə olan halda cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
25. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Qanunverici əlilliyi müddətli və müddətsiz olmaqla 2 qrupa bölür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi üçün
1. Xəstəliyin özü müddətsiz əlilliyin müəyyən edilməsi üçün əsas olmalı; 2. ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətində müəyyən edilməli; 3. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatmalıdır.
27. Hazırki iş üzrə iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan xəstəliklər X1nda J96, J31-32.9, J35-J37.1 kodu ilə qeyd edi lmişdir ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən bu tip xəstəliklər ikinci dərəcə müddətli əlilik üçün əsas verir.
28. Müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi üçün ikinci tələb şəxsin 10 il fasiləsiz olaraq əlilliyin müəyyən edilməsidir. İş materiallarından, eləcə də iddiaçının iddia tələbindən də göründüyü kimi xx.xx.2018-ci il tarixdə aparılan qiymətləndirmə ilkin qiymətləndirmə olmuşdur.
29. Müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı üçüncü tələb isə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatmaqdır. Hazırkı iş üzrə iddiaçının yaşa görə pensiya hüququn mövcud deyildir, yaşa görə sosial müavinətin təyini ilə bağlı isə hər hansı məlumat yoxdur. 3
0. Beləliklə, iddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyini ilə bağlı tələblərə uyğun olmadığından iddiaçının tələbi əsassızdır.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya müddətli əlilliyin təyini ilə bağlı mövqeyi qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır.
32. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(107)-41/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.