Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2297/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq borcu. GİRİŞ HİSSƏ Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X3, X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbay can Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)707/2019 saylı iş üzrə 27 mart 2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 sentyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə müraciət edərək Şuşa rayon sakini kimi 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisindən aparı lan döyüş əməliyyatlarında iştirak etdiyini bildirməklə müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi 01 iyun 2018-ci il tarixli, 483 saylı məktubunda həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarının və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3 mart 2016-cı il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş Təlimatın tələblərinə uyğun gəlmədiyindən, yəni döyüş əməliyyatı aparılan illərə aid arxiv sənədləri, əmrlərdən çıxarışlar olmadığı üçün təqdim edilmiş sənədlər geri qaytarılır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazır kı tələblə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 fevral 1988-ci il tarixdən 1991-ci ilin oktyabr ayının 9-dək könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni döyüşçülərinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirakı Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 13 sentyabr 2017-ci il tarixli, 22/516 saylı arayış ilə təsdiq olunur. Bundan başqa ona könüllü özünümüdafiə dəstəsinin tərkibində iştirakı ilə bağlı 2 aprel 1992-ci il tarixli 000760 nömrəli vəsiqə də verilmişdir. Həmin vəsiqədən aydın olur ki, o, könüllü özünümüdafiə dəstəsinin tərkibində əsgər kimi iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına istinad etsə də, həmin qərarı mübahisəyə düzgün tətdiq etməmiş, təqdim edilmiş döyüşlərdə iştirakı təsdiq edən və müharibə veteranı vəsiqəsinin verilməsinə əsas təşkil edən sənədləri əsassız olaraq nəzərə almamışdır. Birinci instansiya məhkəməsindəki icraatda iştirak edən cavabdehin nümayəndəsi iddiaçının döyüş əməliyyatlarında iştirakına dair sübut təqdim edilmədiyini nəzərə almaqla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-707/2019 saylı, 27 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – C.A.Yusifov və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzabti-İqtisadi Məhkəməsinin 2-1(82)-2972/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərаrı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2019-cu il tarixli qərarını ləğv edib iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının özünümüdafiə dəstəsinin tərkibində iştirakı ilə bağlı 2 aprel 1992-ci il tarixli 000760 nömrəli vəsiqə verilmişdir. Həmin vəsiqədən aydın görünür ki, o, könüllü özünümüdafiə dəstəsinin tərkibində əsgər kimi iştirak etmişdir. Eyni zamanda, Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov tərəfindən verilmiş 13 sentyabr 201 7-ci il tarixli, 22/516 nömrəli arayışdan da aydın görünür ki, İddiaçı həqiqətən 01 fevral 1988-ci il tarixdən 1991-ci ilin ilin oktyabr ayının 9-na kimi özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarına istinad etsələr də, həmin qərarı düzgün təfsir etməmişlər. Həmin qərarda göstərilir ki, 1988-ci ilin fevralın 1- don 1991-ci il oktyabrın 9-dək erməni millətçi quldur dəs tələrinə qarşı Ermənistanla həmsərhəd ərazi bölgələrində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla),keçmiş DQMV ərazilərindən, habelə Laçın, Qubadlı Zəngilan (Seyidlər kəndi daxil olmaqla),Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Xanlar, Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa Qazax (Sofulu, Barxudarlı, Yuxan Əskipara kəndləri daxil olmaqla),rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları və hərbi hissələr, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya)alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə i ştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmələr istinad olunan Qərarda hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında da “müharibə veteranı" adı və vəsiqəsinin verilməsinin mümkünlüyünü nəzərə almamışlar. İddiaçı hərbi döyüşlərdə iştirakını sübut edən 2 aprel 1992-ci il tarixli vəsiqə və Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov tərəfindən verilmiş 13 sentyabr 2017-ci il tarixli, 22/516 nömrəli arayış aydın şəkildə təsdiq edir ki, o, döyüşlərdə iştirak etmişdir. Lakin naməlum səbəblərdən həmin vəsiqə və arayış sübut kimi nəzərə alınmamışdır. Ona görə də, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi ni xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndər ilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə bo rcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmi n iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya məhkəməsi tərəfindən sözügedən müddəaların tələblərinə riayət edilməmişdir. Belə ki, məhkəmələr ilk növbədə iddianın düzgün cavabdehə qarşı qaldırılmadığı məsələsinə əhəmiyyət verməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 03.03.2016-cı il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş Təlimatın 4.2, 4.3 və 4.5-ci bəndlərində təsbit edilmişdir ki, vəsiqələrin verilməsi üçün tələb olunan sənədlərin toplanması (hazırlanması) işinin təşkili müvafiq olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəi slərinə həvalə edilir. Vəsiqə almaq üçün müraciət etmiş şəxslərin ərizələri əsasında onların qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən digər sənədləri toplanır. Adlı siyahılar, ərizə və veteran adı almaq üçün əsas verən sənədlərin təsdiq olunmuş surətləri baxılması üçün müşayiət məktubu ilə Xidmətin Aparatına təqdim edilir. Göründüyü kimi qanunvericiliyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi səlahiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir. Ona görə də, iddiaçı da özünümüdafiə dəstəsinin tərkibində iştirakına istinad etdiyi üçün onun barəsində müharibə veteranı adı və müvafiq v eteran vəsiqəsinin verilməsi və ya bundan imtinaya dair qərarın qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə deyil, məhz Xidmətinə özünə məxsus səlahiyyət olmuşdur. Xidmətin Şuşa rayon bölməsi vəsiqənin verilməsi üçün tələb olunan sənədlərin toplanması (hazırlanması) işinin təşkil etməli, bununla bağlı zəruri digər sənədləri toplamalı və sənədləri baxılması üçün müşayiət məktubu ilə Xidmətin Aparatına təqdim etməlidir. Başqa sözlə, Xidmətin bölmələrinin müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciəti mahiyyəti üzrə həll etmək, yəni vəsiqəni vermək və ya onun verilməsindən imtina etmək haqqında qərar qəbul etmək səlahiyyətləri yoxdur. Azərbaycan Respublikası Səfərbərli k və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 03.03.2016-cı il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş Təlimatda da Xidmətin bu məsələ üzrə malik olduğu qərar qəbul etmək səlahiyyəti Xidmətin bölmələrinə səlahiyyətin deleqasiyası qaydasında ötürülməmiş və ya həvalə edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsi 01 iyun 2018-ci il tarixli, 483 saylı məktubla iddiaçının təqdim etdiyi sənədləri geri qaytarmaqla faktiki olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinaya dair qərar qəbul etmiş, bununla da, səlahiyyətinə aid olmayan məsələni həll etmişdir. Məhkəmələr isə Xidmətin Şuşa bölməsinin müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsində qərar qəbul etmək hüququna mali k inzibati orqan olmadığını nəzərə almamış, səlahiyyəti olmayan orqan tərəfindən işə baxıldığına əhəmiyyət verməyərək qaldırılmış iddiada da düzgün olmayaraq onu cavabdeh kimi qəbul etməklə mübahisəyə mahiyyəti üzrə baxmışlar. Odur ki, məhkəmə təkrar baxışda ilk növbədə hazırkı iddiaya cavab verməli olan orqanı qanunvericiliyin müvafiq normalarını rəhbər tutmaqla dəqiq müəyyən etməlidir. Bununla bağlı olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin müxtəlif statusda olan şəxslərə bir sıra müxtəlif aidiyyəti dövlə t orqanları tərəfindən verilməli olduğu təsbit edilmişir. Buna görə, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilir. Digər şəxslərə isə hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq adiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Az ərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilir. Bununla bağlı olaraq işin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 19 dekabr 2018-ci il tarixli arayışında göstərilmişdir ki, Müdafiə Nazirinin 15 iyul 1992-ci il tarixli 274 saylı əmrində Şuşa könüllülər batalyonunun şəxsi heyətinin siyahısında İddiaçı 17.02.1992-08.05.1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat var. Lakin Şuşa batalyonu komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Kollegiya qeyd edir ki, göstərilən arayışdan irəli gələn halla rın hərtərəfli və dəqiq araşdırılmasını təmin etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi icraata üçüncü şəxs qismində cəlb edilməli və ilk növbədə iddiaçının Müdafiə Nazirliyinin tabeliyində olmuş hərbi qulluqçu olub-olmadığı halı dəqiq müəyyənləşdirilməlidir. Bu hal ona görə əhəmiyyət kəsb edir ki, hərbi qulluqçu olmuş şəxslərə münasibətdə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyi tərəfindən verilməlidir. Beləliklə, təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə baxmalı olan və müvafiq olaraq iddia qaldırılacağı halda cavabdeh kimi çıxış etməli olan səlahiyyətli orqanı müəyyən etməlidir. Bundan sonra isə məhkəmə iddiaçının ilkin olaraq həmin orqana müvafiq tələb lə müraciət edibetməməsinə qiymət verməlidir. Məhkəmə İPM-in 33.3-cü maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə cavabdeh inzibati orqan üçün iddiaçının müraciətinə baxılması ilə bağlı müddət təyin edə bilər. Məhkəmə eyni zamanda, yeni cavabdehin apellyasiya instansiya məhkəməsində işə qoşulmasının mümkünlüyünə də qiymət verməli, bunu prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz hesab etdikdə, birinci instansiya məhkəməsi tərəfindən zəruri hüquqi yardımın göstərilmədiyini nəzərə almaqla işin hallarının hərtərəfli araşdırılmasının təmin edilməsi və iddiaçıya zəruri hüquqi yardımın göstərilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını müzakirə etməlidir. Mübahisənin mahiyyəti üzrə həlli zamanı isə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar işin hall arı ilə əlaqədə tam və hərtərəfli araşdırılmalıdır. Xüsusən, Şuşa şəhər İcra Hakimiyyəti və Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə onlar tərəfindən təqdim edilmiş arayışların hansı sənədlərə əsasın verildiyi müəyyən edilməli və onlar tələb edilməklə tədqiq olunmalıdır. Yalnız bundan sonra məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə tələb olunan halların hazırkı iş üzrə mövcudluğunun müəyyən edilibedilmədiyindən çıxış etməklə iddiaçının tələbi üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir. Beləliklə, kassasiya şikayəti qərarın ləğvi hissəsində əsaslıdır. Yuxarıda sadalanan hallar isə tam araşdırılıb müəyyən edilmədiyindən şikayət iddia tələbinin təmin edilməsinə dair yeni qərarın çıxarılmasına dair hissədə təmin edilə bilməz. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-707/2019 saylı iş üzrə 27 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2297/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2297/2019
17.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver