Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2297/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: düzgün cavabdehin müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (hazırda 14 saylı regional ərazi filialı) qarşı (üçüncü şəxs: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-365/2021 nömrəli, 01.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 02.11.1983-cü ildən 27.06.1988-ci ilədək İsmayıllı rayon 63 nömrəli SMDdə, 01.11.1988-ci ild ən 16.03.1990-cı ilədək “Xidmət” kooperativində, 01.06.1998-ci ildən 02.07.2009-cu ilədək "xxxx" Gəmi təmiri şirkətində və 01.10.2013-cü ildən 01.10.2016-cı ilədək "xxxx" MMC-də əl ilə elektrik qaynaqçısı işləmişdir.
2. Cavabdeh orqan tərəfindən iddiaçıya 19.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 07.09.2020-ci il tarixli qərarla güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır.
3. Cavabdeh orqan iddiaçıya ünvanladığı 16.09.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydə əsasən qaynaqçı vəzifəsində işləsə də, qanunvericilikdə əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbindən həmin dövrlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02.11.1983-cü ildən 27.06.1988-ci ilədək İsmayıllı rayon 63 nömrəli SMD-də, 01.11.1988-ci ildən 16.03.1990-cı ilədək “Xidmət” kooperativində, 01.06.1998-ci ildən 02.07.2009-cu ilədək "xxxx" Gəmi təmiri şirkətində və 01.10.2013-cü ildən 01.10.2016-cı ilədək "xxxx" MMC-də əl ilə elektrik qaynaqçısı işləmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya 19.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 07.09.2020-ci il tarixli qərarla güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı F.M.X1 rayon şöbəsi (hazırkı 14 saylı regional ərazi filialı) tərəfindən hüququ yarandığı 19 noyabr 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İsmayıllı rayon filialında aparılan araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanı n Əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olmaması aşkarlanmışdır. Belə ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 35-ci bölməsinə bəndinə əsasən, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və s. vəzifələrdə çalışmış şəxslərin Əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə “əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının” “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmaları səbəbindən İddiaçı 02.11.1983 - 27.06.1988-ci illərdə İsmayıllı rayon 63 nö mrəli SMD-də, 01.11.1988-16.03.1990-cı illərdə “Xidmət” korperativində, 01.06.1998-ci il tarixdən 02.07.2009-cu il tarixədək "xxxx" Gəmi Təmiri Şirkətində və 01.10.2013-01.10.2016-cı illərdə "xxxx" MMC-də “elektrik qaynaqçısı” işlədiyi müddətin güzəştli iş stajının tərkibinə daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv edilməsinə və yaşa görə əmək pensiyasının təyin olunmasına dair 09.09.2020-ci il tarixli qərar qəbul olunmuşdur.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-265/2021 saylı, 18 may 2021-ci il tarixli qərarı ilə (hakim-İ.Cabbarov) iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır. Pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması məhkəmə qərarının gələcəkdə icra olunması baxımından çəkinlik yaratmayacaq. Belə ki, hazı rkı mübahisəli qərar qəbul edilmədiyi halda, iddiaçının pensiya ödənişi cavabdeh tərəfindən, təhvil-təslimdən sonra isə 3-cü şəxs tərəfindən həyata keçirilməli idi.
9. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-365/2021 nömrəli, 01.09.2021-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və E.Hüseynov) cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-265/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını və işin təkrar araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətlərinin dəlilləri:
13. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə iddiaçıya təyin edilmiş pensiyanın ləğvi ilə bağlı 07.09.2020-ci il tarixli qərar ləğv edilməklə yanaşı, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyas ının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi qoyulmuşdur. Halbuki, DSMF publik hüquqi şəxsinin 23.07.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialın səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə prosesində cavabdehin əvəz olunmasına dair vəsatət təqdim edilməsinə baxmayaraq həmin vəsatət təmin edilməmiş, XŞT üzrə Mərkəz filial üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin üzərinə q oyulmuş öhdəlik cavabdehin səlahiyyəti xaricindədir, qərarın icrası qanunvericiliyə ziddir, həmçinin qeyri-mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. c) Tərəflərin mülahizələri
15. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
16. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq etiraz vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
17. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQU Q 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarı: Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 23.07.2020-ci il tarixli **********1 nömrəli qərarı: Bənd 7.3. “Əmək pensiyalarl haqqında” Qanunun 9 və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən həyata keçirilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcb ur etmə haqqında qərar qəbul edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hal larda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. İşin apellyasiya instansiya məhkəməsi tərə findən araşdırılan halları ilə müəyyən edilir ki,
25. Cavabdeh orqan tərəfindən iddiaçıya 19.11.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan 07.09.2020-ci il tarixli qərarla güzəştli şərtlərlə təyin edilmiş pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasının səbəbi kimi isə aparılan araşdırma zamanı iddiaçının güzəştli iş stajının olmaması göstərilmişdir.
26. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehin pensiyanın dayandırılması barədə 07.09.2020-ci il tarixli qərarının ləğvi ilə yanaşı pensiyanın dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi, başqa sözlə pensiya ödənişinin bərpa edilməsidir.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 23.07.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı haqqında Əsasnamə təsdiq edilmişdir. Sözügedən qərarın 7.3-cü bəndinə əsasən “Əmək pensiyalarl haqqında” Qanunun 9 və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən həyata keçirilir.
28. Bundan əlavə, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı haqqında Əsasn amənin 3.1.8-ci bəndinə əsasən də “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, pensiyanın bir növündən digərinə keçirilməsi və ödənilməsi, yenidən hesablanması, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılması və xitamını həyata keçirmək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının vəzifəsidir.
29. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən nəzərə almamışdır ki, hazırkı iş üzrə cavabdeh Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) pensiyanın dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsi, başqa sözlə pensiya ödənişinin bərpa edilməsi səlahiyyəti yoxdur. Bu səlahiyyət 23.07.2020-ci il tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına, başqa sözlə iş üzrə üçüncü şəxsə aiddir.
30. Göründüyü kimi, işə baxan aşağı instansiya məhkəmələri hazırkı iş üzrə cavabdehin iddia tələbinə cavab verməli olub-olmaması məsələsinə qiymət verməmiş, cavabdehin bu məsələ ilə bağlı vəsatətini araşdırmamış, iş üzrə cavabdehin üzərinə icrası onun səlahiyyətinə aid olmayan öhdəlik qoymuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi ilə razılaşmayaraq hesab edir ki, maddi və prose ssual hüquq normalarının pozuntusuna yol vermişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
32. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla işə baxmalıdır.
33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-365/2021 nömrəli, 01.09.2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.