Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2298/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırılmasının ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına (üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-364/2021 nömrəli iş üzrə 31.08.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 8 dekabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək pensiya ö dənişinin dayandırılması barədə 07.09.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 16.09.2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı kolxozda qaynaqçı vəzifəsində işləsə də, qanunvericilikdə əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçılarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu səbəbindən həmin dövrlərin xüsusi (güzəştli) iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması qənaətinə gəlinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin 07.09.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbini onunla əsaslandırmışdır ki, o əmək fəaliyyətinə 1973cü ildən başlamışdır. Onun əmək fəaliyyəti 1990-cı ildən İsmayıllı rayon “Nikitin” adına kolxozla bağlıdır. İddiaçı 1990-2013-cü ilədək 13 il ərzində İvanovka kolxozunda əl ilə elektrik qaynaqçısı kimi fəaliyyət göstərmişdir. Onun qaynaqçı kimi əmək fəaliyyəti əmək kitabçası və işlədiyi təsərrüfat ın rəsmi arayışı ilə təsdiqini tapmışdır. İddiaçıya 17.11.2013cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin cavabdehin 07.09.2020-ci il tarixli qərarla pensiya ödənişi 01.09.2020-ci il tarixdən dayandırılmışdır.
4. Birinci instansiya məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-291/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın təmin edilməsi, cavabdehin 07 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulması qərara almışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-291/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 2-1(107)-364/2018 nömrəli (hakimlər – Elçin Hüseynov sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qər arı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(116)-291/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad edərək hesab etmişdir ki, iddia qanuni və əsaslıdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsində araşdırma zamanı qərar qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, işdəki faktiki hallar aydınlaşdırılmamış, ziddiyyətlər aradan qaldırlmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İstinad olunmalı hüquq normasına istinad etmədən qərar qəbul etmişdir. İddiaçının 1990-2003-cü illərdə İsmayıllı rayonu Nikitin adına kolxozda qaynaqçı vəzifəsində işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiyindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyası 01.09.2020-ci il tarixdən dayandırılmışdır.
10. İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 09.06.2014-ci il tarixli qərarın həmin şöbənin 07.09.2020-ci il tarixli qərarı ilə ləğv edilməsi qanunidir. Belə ki, 09.06.2014-ci il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. Yaşa görə əmək pensiyasının təyinatının aparılması İs mayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur.
11. Digər nüans ondan ibarətdir ki, məhkəmə qərarının “qərara aldı” hissəsində 14 saylı regional ərazi filialının üzərinə “güzəştli şərtərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv olunduğu tarixdən bərpa edilməsi” öhdəliyi qoyulur. Halbuki Fondunun 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın səlahiyyətlərinə aid edilmişdir.
12. Üçünçü şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 19902003-cü illərdə İsmayıllı rayonu Nikitin adına kolxozda qaynaqçı vəzifəsində işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiyindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyası 01.09.2020-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda, pensiya işində iddiaçının güzəştli iş stajını təsdiqləyən güzəştli iş arayışı mövcud deyildir.
13. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir.
16. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019-cu ildə təsdiq edilmiş əsas naməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.07.2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir.
17. Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, “2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Q anununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın”.
18. «İnzibati icraat haqqında» Qanun: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: Maddə 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; Maddə 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozul ması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibat i aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) y erinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, ha belə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlillərinə görə iddiaçının 1990-2003-cü illərdə İsmayıllı rayonu Nikitin adına kolxozda qaynaqçı vəzifəsində işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiyindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyası 01.09.2020-ci il tarixdən dayandırılmışdır.
24. Lakin iş materiallarında olan 06.10.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1990-cı ildən 2013-cü ilə qədər N.V.Nikitin adına kolxozda əl elektrik qaynaqçısı vəzifəsində işləmişdir.
25. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bu dəlil əsass ızdır, belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları və sair peşələr əksini tapmışdır. İddiaçı da əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir.
26. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, İsmayıllı rayon şöbəsi tərəfindən qəbul edilmiş 09.06.2014-ci il tarixli qərarın həmin şöbənin 07.09.2020-ci il tarixli qərarı ilə ləğv edilməs i qanunidir. Belə ki, 09.06.2014-ci il tarixli qərar həmin dövrdə buna səlahiyyəti olan İsmayıllı rayon şöbəsi tərəfindən qəbul olunmuşdur, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən həmin orqan tərəfindən də ləğv edilməlidir. Yaşa görə əmək pensiyasının təyinatının aparılması İsmayıllı rayon şöbəsinin səlahiyyətlərinə aid olduğundan həmin qərarın qəbulu “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğundur.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır, belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli Əmrinə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 08.02.2019-cu ildə təsdiq edilmiş əsasnaməsinə və Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il ta rixli **********7 nömrəli əmrinin 1-ci bəndinə (hazırkı qərarın 15-17 bəndlərində) əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır.
28. Bundan sonra isə cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Fondunun 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın səlahiyyətlərinə aid edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh özü də etiraf edi r ki, həmin səlahiyyətlər Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına aiddir. “İnzibati icraat haqqında” Qanunun (qərarın 18-ci bəndi) normaların məzmununa görə inzibati aktların mübahisələndirilməsi imkanları da müəyyən edilmişdir. Buna görə müxtəlif əsaslardan çıxış etməklə inzibati aktlar etibarsız sayıla və ya ləğv edilə bilər.
30. Mübahisəli qərarın qəbul olunmasına əsas olan hallarla, yəni qərarın maddihüquqi baxımdan qanuniliyinin yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, qərarın səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilməsi onun maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasını istisna edir və həmin istiqamətdə araşdırılma aparılmasına ehtiyac qalmır.
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddi a tələbi təmin edilməli, cavabdehin 07.09.2020-ci il tarixli qərarı ləğv edilməli və iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 01.09.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
32. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 31.08.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur.
33. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.08.2021-ci il tarixli, 21(107)-364/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.