Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2298/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi (bağ) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1949-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Re spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Maraqlı şəxs və X13) qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-899/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan SSR X4-üzvi X8 müxtəlif vəzifələrdə işləmişdir.
2. Bakı şəhər X6 xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarı ilə bağçılıq yoldaşlığının yaradılması üçün Azərbaycan SSR X4- üzvi X11 Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır.
3. Azərbaycan SSR X4-üzvi X9 kollektivinin üzvləri tərəfindən yaradılmış “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokolu ilə iddiaçıya Dübəndi bağ massivi, 14-cü Cənub küçəsində yerləşən, ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi ayrılmış və iddiaçıya 74/358 nömrəli bağçının üzvlük kitabçası verilmişdir.
4. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********53 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, idarənin arxivində mövcud olan “Neorqanik” bağçılıq-yoldaşlıq təsərrüfatının 2 nömrəli, xx.xx.1988 -ci il tarixli protokolundan görünür ki, iddiaçıya 74 nömrəli bağ sahəsinin əvəzinə 65 nömrəli bağ sahəsi ayrılmış və həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınaraq sonradan X2 adına özgəninkiləşdirilmişdir. Bundan əlavə iddiaçı tərəfindən göstərilən faktiki ərazi digər fiziki şəxslər olan X10 (73/366 nömrəli bağ sahəsi kimi) və X5 (72/368 nömrəli bağ sahəsi kimi) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 14-cü Cənub küçəsində yerləşən, ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə işlədiyi Milli X4Üzvi və Fiziki-Kimya İnstitutunun nəzdində olan “Neorqanik” bağçılıq-yoldaşlığına üzv qəbul edilmişdir və Əzizbəyov (indiki Pirallahı) rayonu, Dübəndi bağ massivində, 14-cü Cənub küçəsində sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi ona daimi istifadə üçün verilmişdir. Həmin bağ sahəsi həmin vaxtdan 34 ildir onun sahibliyində və daimi istifadəsindədir. O, həmin bağ sahəsinin faktiki mülkiyyətçisidir. Sahə onun tərəfindən mişar daşı ilə hasara alınmış, ev tikilmiş, ağac və kollar əkilmiş və s. işlər görülmüşdür. Ailəsi ilə birlikdə həmin bağ sahəsində yaşayır, istirahət edir. 74 nömrəli sahəni istifadəyə yararlı etmək üçün çoxlu vaxt, enerji və maliyyə vəsaiti sərf etmişdir. Bağ sahəsi onun istifadəsində olsa da, həmin bağ sahəsini özəlləşdirə bilməmişdir. Həmin bağ sahəsini öz mülkiyyətinə keçirmək istəyir, lakin cavabdeh ona verilmiş 74 nömrəli torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.
8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki ərazi digər fiziki şəxslər olan X10 (73/366 nömrəli bağ sahəsi kimi) və X5 adına (72/368 nömrəli bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(112)-5497/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 14-cü Cənub küçəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolda iddiaçıya 74 nömrəli sahənin ayrılması göstərilmiş, habelə bağçının üzvlük kitabçasında da iddiaçının istifadəsind ə olan bağın nömrəsi 74 göstərilmişdir. Cavabdehin imtinasında istinad etdiyi 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolda isə iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi 74 göstərilsə də, sonradan “yetmiş dörd nömrəli bağ əvəzinə 65 nömrəli bağ” sözləri əlavə edilmişdir, eyni zamanda “74” rəqəmindən sonra kəsr xətti qoyulmuş və “65” rəqəmi yazılmışdır, lakin həmin sözlərin və rəqəmlərin kim tərəfindən və nə vaxt əlavə edilməsi qeyri-müəyyən olduğu üçün qeyd edilən sözlərin protokola əlavə edilməsi iddiaçıya 65 nömrəli bağ sahəsinin ayrılmasını təsdiq etmir. İddiaçının 65 nömrəli bağ sahəsini özəlləşdirməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması barədə cavabdehin bildirdiklərinə gəldikdə isə həmin 65 nömrəli bağ sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsinin qanunauyğunluğ unun müzakirə edilməsi hazırki məhkəmə mübahisəsinin predmeti deyildir.
11. Cavabdehin etirazında iddiaçı tərəfindən göstərilən faktiki ərazinin digər fiziki şəxslərin – X10 (73/366 nömrəli bağ sahəsi kimi) və X5 (72/368 nömrəli bağ sahəsi kimi) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə göstərilənlər isə işin faktiki halları ilə təsdiq edilmir. Belə ki, cavabdehin qeyd edilən hala dair – yəni iddiaçının adına qeydə alınması tələb olunan bağ sahəsi ilə həmin qeydiyyatdan keçmiş bağ sahələrinin eyni koordinatlara malik olmasına dair cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən bağ həqiqətən də iddiaçının istifadəsindədir, hasar ilə əhatə olunm uşdur, bağ sahəsində iddiaçının istifadəsində olan fərdi yaşayış evi də mövcuddur.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-899/2023 nömrəli qərarı (hakimlər: İ.S.Şirinov /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və E.C.Kazımov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(112)-5497/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən 74 saylı bağ sahəsi kimi iddia olunan ərazinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində 72/368, digər hissəsi isə 73/366 bağ sahəsi kimi qeydiyyata alınmışdır. Belə ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 72/368 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ X7 məxsusdur. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Neorqanik” bağçılıq yoldaşlığı 73/366 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ məhkəmə icraatı dövründə X12 məxsus olmuş və xx.xx.2022-ci il tarixli, 4Ə-1560 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs (iddiaçının əri) adına özgə ninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlardan göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində digər şəxslərin mülkiyyət hüququ qeydiyyata alınmış, lakin iddiaçı tərəfindən həmin qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinin tələbləri baxımından məhkəmə qaydasında mübahisələndirilməmişdir.
17. İddiaçı xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli ərizə ilə müraciət edərək Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Dübəndi bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmişdir. Ərizəsinə surəti Azərbaycan Milli Elmlər X1 İnstitutu tərəfindən təsdiq edilmiş xx.xx.1988- ci il tarixli, 2 nömrəli protokol əlavə etmişdir. Həmin Protokola əsasən iddiaçı bağçılığa qəbul edilmiş və “74 nömrəli bağ əvəzinə 65 nömrəli bağ sahəsi” onun istifadəsinə ayrılmışdır. Ərizə icra olunaraq 65 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daha sonra İddiaçı ilə X3 arasında bağlanmış dəyişdirmə müqaviləsi əsasında tərəflər 65 nömrəli bağ sahəsi ilə 63/386 bağ sahəsini dəyişdirmiş və həmin bağ sahələri üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı hal-hazırda bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən təsdiq edilmiş xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokolu təqdim edərək 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir. Halbuki iddiaçı xx.xx.2007-ci il tarixində eyni nömrəli, eyni tarixli protokolu tə qdim edərək 74 nömrəli bağ əvəzinə 65 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Belə ki, qeyd olunan hallardan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair Qanunun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədi mövcud deyil. Çünki o, bu hüququndan artıq bir dəfə istifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsi ilə bağlı ekspertiza təyin edilməmiş, torpaq sahəsinin hüquqi statusu və hüquqi vəziyyəti araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 2-1(103)-899/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xah iş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət ba ğçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət r eyestrini aparan dövlət orqanı tərəfindən verilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəs i göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual M əcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsi nə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması bar ədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelly asiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən iddiaçıya mübahisələndirilən torpaq sahəsi əvəzinə 65 nömrəli bağ sahəsi verilmiş, eyni zam anda həmin bağ sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində 72/368, digər hissəsi isə 73/366 bağ sahəsi kimi qeydiyyata alınmışdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 14-cü Cənub küçəsində yerləşən 74 nömrəli bağ sahəsi iddiaçıya məxsus olduğundan, qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 500 kv.m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil.
29. Belə ki, həmin bağ sahəsi “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokoluna əsasən iddiaçıya verilmişdir. Həmin aktın ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur.
30. Bununla belə, iddiaçıya mübahisələndirilən torpaq sahəsi ilə bağlı 74/358 nömrəli bağçının üzvlük kitabçası da verilmişdir. 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həm “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokolu, həm də 74/358 nömrəli bağçının üzvlük kitabçası iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.
32. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir.
33. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni sözüge dən bağ sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində 72/368, digər hissəsinin isə 73/366 bağ sahəsi kimi qeydiyyata alınması hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərilən bağ həqiqətən də iddiaçının istifadəsindədir, hasar ilə əhatə olunmuşdur, bağ sahəsində iddiaçının istifadəsində olan fərdi yaşayış evi də mövcuddur.
35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq heç bir inzibati icraat aparmadan, iddiaçının müraciəti üzrə müvafiq araşdırma aparmadan sadəcə mübahisəli bağ sahəsi üzərində digər şəxslərin hüquqlarının qeydə alındığını bildirmiş, l akin bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.
36. Cavabdehin imtinasının əsasını təşkil edən digər dəlilinə – iddiaçının 74 nömrəli bağ əvəzinə 65 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokolu (həmin protokol ilə iddiaçıya 74 nömrəli bağ sahəsi ayrılmışdır) və iddiaçıya məxsus 74/358 nömrəli bağçının üzvlük kitabçası halhazırda qüvvədədir və həmin sənədlərin mötəbərliyinə hər hansı şübhələr müəyyən edilməmişdir.
37. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokoluna əlavə edilmiş “yetmiş dörd nömrəli bağ əvəzinə 65 nömrəli bağ” sözlərinin kim tərəfindən və nə vaxt əlavə edilməsi qeyri-müəyyən olduğu üçün qeyd edilən sözlərin protokola əlavə edilməsi iddiaçıya 65 nömrəli bağ sahəsinin ayrılmasını təsdiq etmir. Bundan başqa, iddiaçı tərəfindən 65 nömrəli bağ sahəsinin özəlləşdirilməsinin qanunauyğunluğunun müzakirə edilməsi hazırki məhkəmə mübahisəsinin predmeti deyildir.
38. Belə olan halda, apellyasiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyi əsaslı olmuşdur.
39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcbure tmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 21(103)-899/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.