Məhkəmə qərarları › İş №2-1(102)-2299/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2299/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2299/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: üçüncü şəxs qismində cəlbetmə üçün əsas olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli, 2-1(105)-522/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etd i. İŞİN HALLARİ

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli 5(001)676/2019 nömrəli “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* №-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 ha. torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli 5(103)-26/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha. torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilmiş, təqdimat həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı məhdudiyyətin götürülməsi məqsədilə 31.08.2020-ci il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 07.09.2020-ci il tarixli **********86 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 say lı Abşeron Ərazi İdarəsi üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi belə əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli, 5(001)-676/2019 nömrəli, “Əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* №-li cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli, 5(103)-26/2020 nömrəli Qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha torpaq sahəsi üzərinə həbsin qo yulması hissəsində ləğv edilmişdir. O, Bakı Apellyasiya Məhkəməsinin qərarını və İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyət barədə 31.08.2020-ci il tarixli ərizəni cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubla bildirmişdir ki, İddiaçı məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 22.07.2020- ci il tarixli ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Cavabdehin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin məktubu ilə daşınmaz əmlak üzərinə məhdudiyyət qoyması qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Pro sessual Məcəlləsinin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. İstinad olunan normanın tələbinə görə məhkəmənin qərarı olmadan daşınmaz əmlak üzərinə məhdudiyyət qoyula bilməz. İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Eyni zamanda bildirir ki, 14.09.2020-ci il tarixdə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim e dilmiş, 02.11.2020-ci il tarixdə hakim Elvin Əliyevin məsləhəti ilə iddia ərizəsi geri götürülərək aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş, buna görə hesab edir ki, cavabdehin 07.09.2020-ci il tarixli, **********86 nömrəli məktubuna dair iddia ərizəsinin müddəti ötürülməmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, araşdırma zamanı İddiaçı məxsus, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubuna əsasən məhdudiyyət qoyulması müəyyən edilmişdir. Sözügedən əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli, ********* saylı məktubunda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili üzrə məhkəmə qərarı alınanadək sərəncam vermək hüquqlarının məhdudlaşdırılması qeyd edilib.

7. Sumqayıt İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(118)-464/2021 nömrəli qərarına əsasən (hakim İsmayıl Quliyev) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin yaranmasının əsasını Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrups iyaya qarşı Mübarizə İdarəsindən daxil olan sənədlər təşkil edir. Məhdudiyyət iddiaçının mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikili ilə bağlıdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli 2-1(105)-522/2021 nömrəli qərarına əsasən (sədrlik edən Rəşadət Ağayev, hakimlər İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-1(118)-464/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.25 ha. torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi vəzifəsi cavabd ehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə əmlak üzərinə məktub əsasında həbs qoyulmasının mümkünlüyü anlayışı yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı ilə qoyulmuş həbs, Bakı Apellyasiya Məhkəməsinin 21.07.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, bundan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 22.07.2020-ci il tarixli məktubu cavabdeh İdarəyə daxil olduqdan sonra həmin əmlakla bağlı hər hansı bir həbs qərarı cavabdeh İdarəyə daxil olmamışdır.

12. Məhkəmə qərarı cavabdeh 20.09.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh 20.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-c i il tarixli 2-1(105)-522/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 22.07.2020-ci il tarixli ********* nömrəli məktubuna əsasən məhdudiyyət qoyulmuşdur. Sözügedən daşınmaz əmlak üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 09.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur. Göründüyü kimi, əmla k üzərində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktublarına əsasən məhdudiyyət qoyulmasına baxmayaraq, apellyasiya məhkəmə icraatı zamanı sözügedən idarə 3-cü şəxs qismində işə cəlb olunmamış və ya həmin idarədən məhdudiyyətin qoyulmasına əsas olan hər hansı sorğu ünvanlanmamışdır. Bununla da məhkəmə İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 28.1-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Tərəflərin mülahizələri

16. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

17. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayət inin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

18. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Cinayət Prosessual Məcəllənin 249.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.

20. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda.

21. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2— 177.5-ci maddələrində nəzərdə tutulmuş t ələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər.

22. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.

23. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsat əti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

24. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Hazırkı işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 22.07.2020-ci il tarixli məktubuna əsasən cavabdeh tərəfindən həmin əmlak üzərinə həbs qoyulmuşdur. Halbuki, hazırkı qərarın 19-22-ci bəndlərində göstərilən prosessual normaların tələblərindən görünür ki, əmlak üzə rinə həbs yalnız məhkəmənin qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən qoyula bilər.

32. İşin müəyyən edilmiş hallarından da məlumdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tariixli, 5(001)-676/2019 nömrəli “əmlak üzərinə həbs qoyulması barədə” qərarı ilə ********* nömrəli cinayət işi üzrə İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Novxanı kəndində 0,25 ha. torpaq sahəsi üzərində həbs qoyulmuş, qərarın icrası Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21.07.2020-ci il tarixli, 5(103)-26/2020 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.08.2019-cu il tarixli qərarı İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində 0,25 ha. torpaq sahəsi üzərinə həbsin qoyulması hissəsində ləğv edilməklə təqdimat həmin hissədə təmin edilməmişdir.

33. Beləliklə, sözügedən əmlak üzərinə həbs qoyulması barədə məhkəmə qanuni qüvvəyə minmiş qərarı olmadığından cavabdehin hərəkətləri qanunsuzdur. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

34. Kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, apellyasiya məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi üçüncü şəxs qismində işə cəlb olunmamışdır. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.

35. Belə ki, əmlak üzərinə həbsin qanunsuz olaraq qoyulması məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir. Bu halda Azərbaycan Respublikası nın Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin üçüncü şəxs qismində işə cəlb edilməsi mübahisənin həllində heç bir rol oynamır. Hazırkı qərarın 23-24-cü bəndlərində göstərilən normaların tələbləri baxımından da həmin İdarənin inzibat iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi üçün heç bir zərurət yoxdur.

36. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli 21(105)-522/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.09.2021-ci il tarixli 21(105)-522/2021 nömrəli qərarı dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar