Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-23/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (ərizəçinin istinad etdiyi hal yeni açılmış hal kimi qiymətləndirilə bilməz). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan və ölçünün, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbləri barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1844/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin xxxx saylı xx.xx.2006-cı il tarixli sərəncamı və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli xxxx saylı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0.12 ha olanxxxx bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahi ş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xxxx saylı xx.xx.2006-cı il tarixli sərəncamı və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli xxxx saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0.12 ha olanxxxx bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(81)-37/2018 saylı ( hakim: T.Ə.Əsədova) qərarı ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-1844/2019 nömrəli qərarı (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilməsi məqsədi ilə icra məktubu tərtib edilərək, icra edilməsi üçün cavabdeh AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə müraciət etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi ərizə ilə məhkəmədən ərizənin təmin edilməsini və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, vəsatətlə isə məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində və müvafiq daşınmaz əmlaka texniki baxış keçirilərkən əvvəlcədən məlum olmayan hallar və yeni sübutlar aşkar edilmişdir. Belə ki, sonradan müəyyən edilmişdir ki, müvafiq bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Bundan əlavə, göstərilən bağ sahəsinə dair digər fiziki şəxsin adına Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Qeyd olunan səbəblər müvafiq məhkəmə qərarının icrasını mümkünsüz edir. Yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmadığından, məhkəmə qərarlarında öz əksini tapmamışdır. Bu səbəbdən də, DƏDRX-nin Bakı şəhə r Ərazi İdarəsinin qənaətinə görə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Ərizənin hüquqi əsasları kimi AR İnzibati Prosessual Məcəlləsinin 100, 101, 102, 106.2, 107.1-ci, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 11, 23-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)- 37/2018 saylı qərardadı ilə (hakim: T.Əsədova) ərizə və vəsatət təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçinin istinad etdiyi hal yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hala istinad edilməklə məhkəmə qərarının qanuniliyinə şübhə edilə bilməz. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1844/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)- 37/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərardadının ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(81)-37/2018 saylı qərarının ləğv edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin, həmçinin göstərilən bağ sahəsi X2 mülkiyyətində olduğundan X2 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismind ə cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, həmçinin şikayətdə qeyd olunan digər hallar qanunamüvafiq qaydada araşdırılmamışdır. Belə ki, aparılmış təkrar araşdırmalar nəticəsində, həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış təkrar yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, müvafiq bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Bundan əlavə, göstərilən bağ sahəsinə dair digə r fiziki şəxsin (X3) adına “JN-21942” saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan əlavə, müvafiq daşınmaz əmlakda İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2019-cu il tarixə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq torpaq sahəsinin sərhədlərinin 3 tərəfi hasar, yol tərəfi isə şərtidir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi sxematik xəritədə 353, 354 və 355-lə başlayan bağların ərazisidir. Həmçinin, göstərilən əraziyə digər fiziki şəxs tərəfindən də müraciət edilmişdir və sözügedən torpaq sahəsi mübahisəlidir. Yuxarıda qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Lakin qeyd olunan ye ni açılmış hallar birinci instansiya və apelyasiya instansiya məhkəmələri tərəfindən əsassız olaraq nəzərə alınmamış, qeyd olunan hallar araşdırılmamış və nəticədə əsassız olaraq İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə ədalətsiz qərarlar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kol legiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 103.1-c i maddəsinə əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətinə verilə bilər. 104.2-ci maddəsinə əsasən, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, yeni sübutlar və hallar yeni açılmış hallar üzrə icraatın təzələnməsi üçün əsas kimi o zaman çıxış edə bilər ki, həmin sübut və hallar obyektiv səbəbdən, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərdən məhkəməyə təqdim edilməsin. Əgər həmin sübutların və halların məhkəməyə təqdim edilməməsi proses iştirakçısının subyektiv davranışından asılı olaraq (yəni onun təqsiri ucbatınd an) məhkəməyə təqdim edilməmişdirsə, həmin sübut və hallar yeni açılmış hallar üzrə icraatın başlanması üçün əsas ola bilməz. Hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə istinad edilən hallarla bağlı isə hər hansı sübut təqdim olunmamışdır. Cavabdeh ərizəsində qeyd etmişdir ki, 1 saylı Bakı İİM-nin xx.xx.2018-ci tarixli, 2-1 (81)-37/2018 nömrəli qərarında qeyd olunan daşınmaz əmlakla bağlı idarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yenidən araşdırma aparılarkən və mövcud sənədlərin ətraflı və dəqiq araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, ərizədə müvafiq bağ nömrəsinin sxematik xəritədə aşkar edilmədiyi; göstərilən bağ sahəsinə dair digər fiziki şəxsin (X3) adına JN-21942 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildiyi; müvafiq torpaq sahəsinin sərhədlərinin 3 tərəfi hasar, yol tərəfi isə şərti olduğu; idarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin sxematik xəritədə 353 və 354 ilə başlayan bağların ərazisi olduğu; həmçinin, göstərilən əraziyə digər fiziki şəxs tərəfindən də müraciət edildiyi və sözügedən torpaq sahəsinin mübahisəli olduğu kimi hallar göstərilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin göstərdiyi hallar birinci instansiya və apelyasiya məhkəməsində araşdırma predmeti olmuş və buna dair məhkəməyə sübut təqdim e dilmişdir. Eyni zamanda AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli müraciətinə əsasən mübahisəli obyektə baxış keçirilmiş və aparılmış araşdırma nəticəsində mütəxəssis rəyi hazırlanmışdır. Çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək kameral şəraitdə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin elektron baza məlumatlarına və iş materiallarına əsasən müqayisələndirilərək, mübahisələndirilən torpaq sahəsinin işə əlavə edilmiş JN-21942 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 23028 saylı ekspert rəyi ilə mübahisələndirilən torpaq sahəsinin işə əlavə edilmiş JN-21942 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98- ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(103)-1844/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-23/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-23/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver