Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-23/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi Rayon Şöbəsinə qarşı “iş illəri sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-522/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il tarixində anadan olmuş, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək hərbi xidmətdə olmuş, iddiaçı 01,07.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikin ti İdarəsində fəhlə, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işləmişdir.
2. İddiaçıya xx.xx.2018-ci il tarixindən ikinci dərəcəli əlillik (diaqnoz: limfoleykoz İV mərhələ) təyin olunmuşdur.
3. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2018-ci il tarixli 09-2430 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının iş stajını təsdiq edən sənəd - əmək kitabçası olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinə müraciət edərək, iddiaçıya xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iş stajını təsdiq edən müvafiq sənədləri toplamış və cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən sənədin olmamasına istinad edərək əsassız olaraq ona pensiya təmin etməkdən imtina etmişdir. Halbuki, iddiaçı həmin əri zəyə əmək kitabçasının və arxiv arayışlarının surətini əlavə etmişdi. Lakin cavabdeh əsassız olaraq həmin sənədləri mötəbər hesab etməmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)4351/2018 nömrəli qərarı ilə (hakim T.Ə.Əsədova) iddia tələbinin təmin edilməsi, iddiaçıya xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə, xx.xx.1993-cü ildən xx.xx.2004cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müvafiq iş stajı iş materiallarında olan arayışlarla təsdiq olunduğundan iddia tələbi əsaslıdır.
9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-2903/2018 saylı qərarı ilə (sədrlik edən və məruzəçi – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4351/2018 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının tə yin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Hazırkı halda, iddiaçının əmək pensiyasının təyin edilməsi üçün sosial sğıorta stajını təsdiq edən əmək kitabçası mövcud deyil, sözügedən arayışlarda göstərilən sosial sığorta stajının mövcudluğuna dair hər hansı mötəbər sübut təqdim olunmamışdır. Habelə, xx.xx.1993-cü il tarixli arayışda iddiaçının hansı tarixli və saylı əmrlərə əsasən işə qəbul olunması qeyd olunmamışdır.
12. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1127/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)-2903/2018 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi səhv olaraq zəruri sığorta stajını 12 il kimi müəyyən etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə zəruri olan sığorta stajı 9 il təşkil etməlidir. İddiaçı tərəfindən əmək stajına dair təqdim etdiyi arayışlar surətlər olmaql a hər hansı bir qaydada təsdiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin arayışları yalnız müvafiq əmrlərin təqdim edilməməsi əsası ilə sübut kimi qəbul etməmiş, lakin qeyd olunan məsələyə münasibət bildirməmiş, bununla da İPM-in 13-cü maddəsinin tələblərini pozmuşdur. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1312/2019 saylı qərarı ilə (sədrlik edən və məruzəçi – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2-1(81)-4351/2018 saylı qərarının qismən – iddia tələbi iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər və xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsində fəhlə işlədiyi dövr sosial sığorta stajına hesablanması hissəsində rədd edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Kəlbəcər rayonu 6 nömrəli Körpü Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 16 saylı arayış iddiaçının həmin idarədə xx.xx.1983-xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-xx.xx.1993-cü il tarixinədək işlədiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın məzmunundan görünür ki, idarənin bütün sənədləri, o cümlədən iddiaçının əmək kitabçası işğal zonasında qalmışdır. Belə olan halda həmin arayışın hansı sənəd əsasında verildiyi müəyyən olunmur. Buna g örə də məhkəmə hesab etmişdir ki, iddiaçının Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanması hissəsində iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassız olduğundan mübahisələndirilən qərar bu hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.
17. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. d. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2719/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1312/2019 saylı qərarı qismən – sığorta kapitalı hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün məhkəməyə göndərilmiş, qərar qalan hissədə, yəni sosial sığorta stajının hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Belə olan halda, hazırkı halda iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün son tədbir onun İİ dərəcəli əlil kimi yığdığı pensiya kapitalının qanunla müəyyən edilmiş hədd olmasının müəyyən edilməsidir. Apellyasiya instansiy ası məhkəməsi isə qeyd edilən məsələni araşdırmamış, nəticədə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması məsələsi həll olunmadan açıq qalmışdır. e. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-522/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və S.S.Seyidova) cavabdehin apellyasiya şikayətinin rədd edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)4351/2018 nömrəli qərarının “iddiaçıya xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə q oyulsun” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilədək sığorta stajı 13 il 06 ay 06 gün təşkil edir; 51 yaş üçün tələb olunan sığorta stajı 12 il, kapitalı 108,00 manat. Odur ki, “iddiaçıya xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” hissəsində birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslıdır.
22. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
23. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2020-ci il tarixli, 2-1(103)522/2020 nömrəli qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsi və ya inzibati işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə mövcud qanunvericiliklə əlilliyə görə əmək pensiyası təyin etmək üçün iddiaçının nə tələb olunan sosial sığorta stajı, nə də qanunla nəzərdə tutulan pensiya kapitalı olmadığından ona əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Sığortaolunana əmək pensiyası təyin edilməsi üçün onun əmək kitabçasında qeyd olunan iş stajı mütləq qaydada arxiv arayışları əsasında təsdiqlənməlidir. Hazı rkı mübahisə üzrə iddiaçının əmək kitabçasında qeyd edilən sosial sığorta stajını təsdiq edən arxiv arayışında əks olunan iş illəri qanunun tələbini ödəmir. Həmçinin, əmək kitabçası üzrə qeydlərin yerində qarşılıqlı yoxlanılması aparıldığından ona pensiya təyin edilməsindən imtina edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə i şə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunan xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.
28. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİqrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
29. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 30. 2006-cı il 01 yanvar tarixinədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübu t etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
31. Həmçinin, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zə ruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 27-29-cu bəndlərində göstərilən normalardan göründüyü kimi, qanunverici xx.xx.2006-cı ilədək pensiya hüququ qazanmış şəxslərlə həmin tarixdən sonra pensiya hüququ qazınmış şəxslər arasında hər hansı fərq qoymur. Belə olan halda, hazırki halda iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün son tədbir onun İİ dərəcəli əlil kimi yığdığı pensiya kapitalının qanunla müəyyən edilmiş hədd olmasının müəyyən edilməsidir.
38. Apellyasiya instansiyası məhkəməsi də göstərilənlərə uyğun olaraq işin hallarını araşdırmış və müəyyən etmişdir ki, iddiaçı 1985-1987-ci illərdə hərbi xidmətdə olmuş və xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işləmişdir ki, bu hallar da iş materiallarına əlavə edilmiş arayış və hərbi biletlə təsdiq olunur. Beləliklə, işin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək 13 il 06 ay 29 gün sığorta stajı var.
39. Cavabdeh iddiaçın ın əmək kitabçasının olmamasına istinad edərək onun xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövrü də sığorta stajına hesablamamışdır.
40. Cavabdeh kassasiya şikayətində iddiaçının tələb olunan sosial sığorta stajının olmamasına istinad etsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasının olmamasına istinad edərək ona pensiya təyin edilməsindən imtina etsə də, hazırkı qərarın 31-32-ci bəndlərində göstərilən normalardan aydın olur ki, qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qay dasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır.
41. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan halları ilə müəyyən olunur ki, 51 yaş üçün 12 il sığorta stajı, 108,00 manat kapital tələb olunduğu halda iddiaçının xx.xx.2006-cı ilədək 13 il 06 ay 06 gün sığorta stajı və müvafiq sığorta kapitalı vardır.
42. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını “iddiaçıya xx.xx.1993-cü ildən xx.xx.2004-cü ilə qədər “Ulduz” EİBdə yığıcı çilingər vəzifəsində işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirmədən qüvvədə saxlamışdır.
43. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqınd a iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-522/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.