Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-23/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) və X2 (xx.xx.1989-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə (üçüncü ş əxs X10 (xx.xx.1980-ci il təvəllüdlü; FİN: 19KVUSW)) qarşı “xəstəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2379/2022 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Rəşad Xəlilovun xəsarət alması faktı üzrə aparılmış xidməti araşdırmanın nəticəsinə dair” Binəqədi RPİ rəisinin ŞHİÜ köməkçisi, polis polkovnik-leytenantı M.Abbasov tərəfindən tərtib edilmiş rəyə əsasən, polis leytenantı Rəşad Xəlilov xx.xx.2016-cı il tarixdə, saat 20:00 radələrində əməliyyat qrupunda növbədə ol an zaman bölmənin növbətçi hissəsinə Binəqədi rayonu, Yusifzadə küçəsində münaqişə baş verməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupunun digər üzvləri ilə birlikdə növbətçi hissənin xidməti avtomaşını ilə hadisə yerinə getmişdir. Hadisə yerində müəyyən olunmuşdur ki, bölmənin polis sahə inspektorları polis mayoru X5 və polis kapitanı X1 rayonu, Yusifzadə küçəsində ət satışı ilə məşğul olan iddiaçının barəsində antisanitariya qaydalarını pozduğuna görə inzibati protokol tərtib edən zaman aralarında münaqişə baş vermişdir. Polis əməkdaşları iddiaçını, oğlunu (digər iddiaçını) və ətrafına yığılmış tanışlarını nizam-intizama dəvət etsələr də, onlar məhəl qoymayaraq uca səslə nalayiq ifadələr işlədərək nizam-intizam qaydalarını pozmuşdur. Rəşad Xəlilov onları sakitləşdirmək məqsədi ilə iddiaçıya yaxınlaşıb onu 5-ci PB-nə dəvət etmiş, lakin iddiaçı manqalın üstündə olan şişləri, sonuncunun oğlu (digər iddiaçı) isə maşanı götürərək polis əməkdaşlarına müqavimət göstərmiş, nəticədə Rəşad Xəlilov kürək nayihəsinin deşilmiş yarası xəsarəti aldığından təcili yardımla 1 saylı X13 aparılmış, orada həkim tərəfindən müayinə olunaraq qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, ayağının əzilməsi və kürəyinin deşilmiş yarası xəsarətləri aldığı bildirilmiş, həmin gecəni həkim nəzarəti altında keçirmiş, xx.xx.2016-cı il tarixdə isə DİN-in hospitalına gətirilib cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilmişdir. Rəşad Xəlilov xx.xx.2016-cı il tarixədək hospitalda stasionar müalicə almış, sonra müalicəni ambulator qaydada davam etdirmək üçün DİN-in 2 saylı Po liklinikasına göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X8 verilmiş 3340 saylı xəstənin tibb kartasından çıxarışda üçüncü Rəşad Xəlilovun qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, ənsə və sol kürək nahiyələrinin zədələnməsi xəsarəti ilə xəstəxanaya daxil olduğu qeyd edilmişdir. DİN-in A.Heydərov adına hospitalının 3269 nömrəli xəstəlik tarixli epikrizin çıxarışında onun hospitala qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsi, döş qəfəsinin hər iki bilək, hər iki aşağı ətrafların küt travması, sol kürək nahiyəsinin deşilmiş yarası və dərialtı hematoması diaqnozu ilə astenik vəziyyətdə daxil olduğu, yerli keyləşdirmə ilə xəstənin cərrahi əməliyyat olunduğu və xx.xx.2016-cı il tarixədək hospitalda stasionar müalicə aldığı göstərilmişdir. Rəşad Xəlilo vun xidmət vaxtı xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi Binəqədi rayon prokurorluğunda istintaq edilmiş, aparılmış xidməti araşdırma zamanı onun xəsarəti xidmət vaxtı aldığı müəyyən edilmişdir.
2. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 1(001)104/2017-ci il tarixli hökmünə əsasən, iddiaçılar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə iddiaçılara təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. 3. xx.xx.2017-ci il tarixli, 510 nömrəli “Xəs təlik haqqında şəhadətnamə”nin 12-ci bəndi ilə Rəşad Xəlilova təyin edilmiş diaqnoz aşağıdakı kimi müəyyən olunmuşdur: “(XBT-10)-S06.6 “Qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik vəziyyət (xx.xx.2016). Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə) ocaqlı simptomatik, Vestibulyar ataksiya. Hipertoniya xəstəliyi İİ mərhələ. Hipertnik angiopatiya. Aşağı ətrafların xroniki venoz xəstəliyi”. Travma daxili işlər orqanlarında xidməti vəzifələrinin icrası zamanı alınmışdır.
4. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, Rəşad Xəlilov ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədardır. Diaqnoz: kəllədaxili travmaların nəticələri, qapalı kəllə-beyin travmasından sonr akı asteno-nevrotik vəziyyət (xx.xx.2016), kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik, vestibulyar ataksiya, digər neqativ pozuntular, astenonevrotik vəziyyət, essensial hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, xroniki periferik venoz çatışmamazlıq, aşağı ətrafların xroniki venoz xəstəliyi.
5. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən, Rəşad Xəlilovun xəsarəti xidməti vəzifələrinin icrası zamanı aldığı müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, ********** saylı ödəniş sənədinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Rəşad Xəlilova 48.590 ma nat məbləğində kompensasiya ödəmişdir.
6. Füzuli rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(064)-731/2021 nömrəli qətnaməsinə əsasən, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Binəqədi RPİ 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı X7 xx.xx.2016-cı il tarixdə xidməti vəzifələrinin icrası zamanı baş vermiş hadisə nəticəsində xəsarət aldığı üçün ona dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ödənilmiş 48.590 manat məbləğində birdəfəlik kompensasiyanın təqsirli şəxslər İddiaçı1 və İddiaçı2 reqress qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üçüncü şəxs barəsində tərtib etdiyi 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndinin (diaqnozunun) üçüncü şəxsin əlilliyə səbəb olan xəstəliyinin xx.xx.2016-cı il tarixdə aldığı yüngül xəsarətlərlə bağlı olması – “Travma DİOda xidməti vəzifələrinin icrası zamanı alınmış” hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən keçmiş polis əməkdaşı – üçüncü şəxs müayinə edilmiş, müayinənin nəticəsində 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” tərtib edilmiş və ona aşağıdakı diaqnoz qoyulmuşdur: (şəhadətnamənin 12-ci bəndi): (XBT-10) S06.6 “Qapalı kəllə-beyin travmasından sonrakı astenonevrotik vəziyyət (xx.xx.2016). Epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik. Vestibulyar ataksiya. Hipertoniya xəstəliyi İİ mərhələ. Hipertonik angiopatiya. Aşağı ətrafların xroniki venoz xəstəliyi”; travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır”. Göründüyü kimi, cavabdeh üçüncü şəxsdə olan göstərilən xəstəliyin səbəbini onun xx.xx.2016-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı iddiaçılar tərəfindən yetirilmiş xəsarətlərə (sol kürəkaltı, təpə və gicgah nahiyəsində) bağlamışdır. Cavabdehin 510 nömrəli “Xəstəlik haqqında şəhadətnaməsi” əsasında xx.xx.2017-ci il tarixdə üçüncü şəxsə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ə lilliyin səbəbi “DİO-da xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd edilməklə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən üçüncü şəxsin xəstəliyinin xx.xx.2016-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı iddiaçılar tərəfindən yetirilən xəsarətlərlə (sol kürəkaltı, təpə və gicgah nahiyəsində) bağlı olması, həmin xəsarətlərlə səbəbli əlaqədə olması barədə şəhadətnaməsi (diaqnozu) etibarsızdır, üçüncü şəxsin xəstəliyi qeyd olunan xəsarətlərlə səbəbli əlaqədə deyil, həmçinin həmin xəstəliklə aldığı xəsarətlərin səbəbli əlaqədə olmasını müəyyən etmək cavabdehin səlahiyyətlərinə aid deyil. Cavabdehin 510 nömrəli “Xəstəlik haqqında şəhadətnaməsi” (diaqnozu) iddiaçıların maraqlarına toxunur, onlara qarşı mülki iddiaların başladılmasına səbəb olmuşdur. Belə ki, həmin hadisə zamanı Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X4 kürəkaltı, təpə və gicgah nahiyəsində xəsarətlər almışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2016-cı il tarixli, 767 nömrəli rəyində göstərilmişdir ki, üçüncü şəxsin bədəni üzərində aşkar olunmuş xəsarətlər – təpə, gicgah nahiyələrinin hematomaları və baş-beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Üçüncü şəxsdə olan xəstəliyin onun xx.xx.2016-ci il tarixdə baş vermiş hadisə zamanı aldığı yüngül xəsarətlərlə birbaşa səbəbli əlaqədə olması cavabdehin diaqnozu və şəhadətna məsi ilə müəyyən edilə bilməz. Eləcə də, üçüncü şəxsin xəstəliyi, yəni DİO-da xidməti vəzifələrini yerinə yetirməyə imkan verməyən xəstəliyi onun xx.xx.2016-ci il tarixdə baş vermiş hadisə zamanı aldığı yüngül xəsarətlərlə birbaşa səbəbli əlaqədə deyil. Belə ki, üçüncü şəxsdə xəstəlik daha öncədən mövcud olmuşdur. Üçüncü şəxs barəsində verilmiş elə həmin 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, DİN-nin 1 saylı poliklinikasında xx.xx.2006-cı il tarixdən tibbi qeydiyyata alınmışdır. Onun şikayətləri baş ağrısı, baş gicəllənməsi, halsızlıq, ətraflarda olan zəiflik, keyləşmə, yerişin çətinləşməsi, yaddaş zəifliyi, əsəbilik, tez-tez baş verən qıcolma tutmalarından, səthi yuxudan olmuşdur. Üçüncü şəxs xx.xx.2015-xx.xx.2015-ci ildə DİN-nin hospitalında stasionar müalicədə olm uşdur. xx.xx.2015-ci ildən “Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə “D” nəzarətindədir. xx.xx.2016-cı il tarixdə xidməti vəzifəsini icra edərkən aldığı travmadan sonra xx.xx.2016-xx.xx.2016-cı, xx.xx.2016-xx.xx.2016-cı ildə stasionar müalicədə olmuş və diaqnoz “Asteno-nevrotik vəziyyət vegetativ əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsindən sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ dərəcə. Sağ tərəfli pnevmaniyanın qalıq əlamətləri. Bronxit. Xroniki hepatoxolesistit” qoyulmuşdur. Xəstə sonrakı dövrlərdə də stasionar müalicədə olmuş, 2015-ci ildən başlayan eyni xaraktetli xəstəliklərin diaqnozu qoyulmuşdur. Üçüncü şəxsə verilən sosial arayışdan görünür ki, o, 2-ci qrup əlildir, əlilliyi epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsilə (G40-G41.9) bağlıdır. Bu xəstəlik üçüncü şəxsdə 2006-cı ildən olmuşdur. Belə olan halda, xx.xx.2016-cı il tarixdə aldığı xəsarətlərlə onun əlilliyi arasında hər hansı bir səbəbli əlaqə yoxdur. Həmin əlilliklə hadisə zamanı üçüncü şəxsin aldığı xəsarətlərin səbəbli əlaqədə olmasına dair müvafiq məhkəmə-tibb ekspertizası keçirilməmişdir. Əgər hadisə zamanı alınmış xəsarətlərlə əlillikdən ibarət olan nəticə arasında ekspert rəyi ilə səbəbli əlaqə müəyyən edilərsə, əlilliyin səbəbi həmin hadisə zamanı alınmış xəsarətlərə bağlana bilər. Göründüyü kimi, Rəşad Xəlilovun xx.xx.2016-cı ildə aldığı yüngül xəsarətlər epilepsiya və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsinə səbəb ola biləcək xəsarətlər deyil. Lakin, cavabdehin diaqnoz qoyarkə n xəstəliyin səbəbini xx.xx.2016-cı il tarixdə onun aldığı yüngül xəsarətlərə bağlaması, həm həmin idarələrin səlahiyyətlərinə aid deyil, həm də, üçüncü şəxsin 2006-cı ildən başlayan xəstəliyi ilə bağlıdır.
9. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-5346/2022 nömrəli qərardadı (hakim A.A.Abdullayeva) ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə mübahisə predmetini təşkil edən 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” iddiaçılara münasibətdə hər hansı bir hüquqi nəticəyə malik olmayıb, yalnız üçüncü şəxsə münasibətdə müəyyən hüquq və vəzifələr yaratdığından (sosial təminat), həmin şəhadətnamə əsasında iddiaçıların hər-hansı bir hüquqlarının pozulmasından və ya hüquq və qanunla qorunan maraqlarının məhdudlaşdır ılmasından söhbət gedə bilməz. İddiaçıların hazırki iddia tələbinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilir.
11. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsinə və iddianın mümkün sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2379/2022 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-5346/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki işdə iddiaçılar tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğunu təsdiq edə biləcək sübut təqdim olunmamışdır. 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin verilməsinə əsas olmuş sənəd XHK-nın yararlılıq haqqında qərarı olmuşdur və hazırda sözügedən qərar qüvvədədir.
14. İddiaçılar kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsinə və iddianın mümkün sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətini n dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kass asiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakç ılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya m əhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxsə aid xəstəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı iddianın mümkünlüyü məsələsi apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, kassasiya şikayətinin dəl illərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəs inə görə yoxlamağa borcludur.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddia çının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
30. Hazırkı mübahisəyə münasibətdə iddiaçıların iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik olduqları işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2017ci il tarixli, 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də üçüncü şəxsin xəstəliyi barədə məlumatlar öz əksini tapmış və travmanın DİO-da xidməti vəzifələrinin icrası zamanı alındığı qeyd edilmişdir. Yəni travmanın xidməti vəzifələrin icrası zamanı alınmasının həmin şəhadətnamədə qeyd edilməsi həmin travmanın yalnız və məhz iddiaçılar tərəfindən yetirilmiş xəsarət nəticəsində alması kimi qiymətləndirilə b ilməz.
31. Bununla bağlı nəzərə almaq lazımdır ki, mübahisələndirilən 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” iddiaçılara münasibətdə hər hansı bir hüquqi nəticə yaratmır və onların üzərinə hər hansı öhdəlik qoymur. Başqa sözlə, onlara münasibətdə hər hansı hüquqi təsir imkanına malik deyildir. Bu baxımdan iddiaçıların hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi anlamında mümkün iddia kimi qəbul edilməsi istisna edilir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Lakin hazırkı mübahisəyə münasibətdə iddiaçıların etibarsız hesab olunmasını tələb etdikləri xəstəlik haqqında şəhadətnamə onlara münasibətdə hər hansı hüquqi təsirə malik olmadığı və hər hansı hüquqi və faktiki nəticə yaratmadığı üçün belə ehtimalın mövcudluğu da istisna olunur.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 21(103)-2379/2 022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.