Məhkəmə qərarları › İş №2-1(102)-23/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-23/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-23/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi, iddianın qeyri-mümkünlüyü, iddia qaldırmaq səlahiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar 59 saylı Mənzi l-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1234/2023 nömrəli qərardadından İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1974-cü ildə istismara verilmiş ünvan 1 ünvanında yerləşən 59 saylı MənzilTikinti Kooperativinin yaşayış binasının 190,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişa fı haqqında” xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na əsasən dövlət əmlakı hesab edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının registrində kod 825, registr nömrəsi ***-*******1 olmaqla qeydiyyata alınmışdır.

2. Bundan sonra, 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından hazırkı iş üzrə iddiaçılar qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına deyil, kooperativin üzvlərinin vəsaiti ilə inşa edildiyini, kooperativ üzvlərini n şərikli mülkü olduğunu bildirərək, həmin qeyri-yaşayış sahəsinə dair dövlət əmlakının registrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişlər.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Göstərilənlər nəzərə alınaraq sahəsi 190,2 kv.metr olan həmin qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində o lan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, kooperativ üzvlərinin şərikli mülkü olan, 192 kv.metr sahəsi olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin (xeyir-şər zalının) tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmadığından, habelə həmin tikili kooperativ üzvlərinin şərikli mülkü olduğundan onun dövlət əmlakı hesab edilməsi və dövlət əmlakının registrində qeydiyyata alınması əsassızdır və registr qeydiyyatı ləğv olunmalıdır. Belə ki, ünvan 1 ünvanında (keçmiş 3-cü Zavodskaya 2) 1969-cu ildə 99 nəfərdən ibarət 59 saylı (keçmiş JCK BQİ № 59) Kooperativin keçmiş sovet Nümunəvi Nizamnaməsi əsasında yaranması, təsis olunması və fəaliyyətə başlaması barədə ümumi iclas keçirilmişdir. 9 mərtəbəli 2 bloklu kooperativ binanın ümumi smeta dəyəri (mənzillər, zirzəmi, bloklar, 1-ci mərtəbədə xeyir-şər zalı, həyatyanı ərazinin yaşıllaşdırılması, su nasosların və gözətçi otaqlarının, yanğın hovuzunun, 2 ədəd liftin quraşdırılması və elektrik yarımstansiyası da daxil olmaqla) 99 nəfər təsisçinin arasında bö lünmüşdür. 1974cü ildə 99 payçıdan ibarət kooperativin 9 mərtəbəli 2 bloklu yaşayış binası tam şəkildə tikilmiş, istismara verilmiş və hal-hazırda şərikli mülkiyyət hüququ əsasında fəaliyyət göstərir. Heç bir dövlət qurumu 59 saylı Mənzil-Tikinti Kooperativinin 9 mərtəbəli binasının inşaatında iştirak etməmiş, binanın və onun birinci mərtəbəsində yerləşən xeyir-şər zalının tikintisinə dövlət tərəfindən heç bir vəsait xərclənməmişdir. Bundan əlavə, 59 saylı MənzilTikinti Kooperativinin yerli icra hakimiyyəti orqanlarının sərəncamına heç bir aidiyyəti yoxdur. Onların binasında yerləşən qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2011-ci il tarixli, 365 nömrəli cavab məktubunda bildirilmişdir ki, “araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bina Kooperativin balansındadır. Mənzil-tikinti kooperativləri evlərinin istismarı və təmir-abadlıq xərcləri kooperativlərin vəsaiti hesabına maliyyələşdirilir. Dövlət vəsaiti hesabına isə yalnız dövlət mənzil fondunda olan binalarda bu və ya digər təmir-abadlıq işləri aparılır. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildirilir ki, bina kooperativ üzvlərinin mülkiyyətidir”. Eyni məzmunda, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən onlara verilmiş xx.xx.2018-ci il tarixli, 181 nömrəli cavab məktubunda bildirilmişdir ki, həmin ünvanda 9 mərtəbəli çoxmənzilli bina 1974-cü ildə payçıların şəxsi maliyyə vəsaiti hesabına inşa olunmuş kooperativ binadır və dövlət mənzil fon dunun balansına daxil deyil. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarında deyilir: “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsinə əsasən mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binanın inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir.” Cavabdeh nə 59 saylı Mənzil-Tikinti Kooperativinin razılıq ərizəsini, n ə həmin qeyri-yaşayış sahəsinin dövlət hesabına tikilməsini təsdiq edən sənədləri, nə də binanın 1-ci mərtəbəsində sahəsi 192 kv.metr olan və kooperativin üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının hansı ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisəsinin və idarəsinin balansında olması və həmin qeyri-yaşayış sahəsinin 1974-cü ildən bugünə kimi tikilməsi üçün aparılmış dövlət ödənişlərinin bank qəbzləri və kimin hesabına köçürülməsi barədə sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən binanın 1-ci mərtəbəsində yerləşən xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınması qeyri-qanunidir.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddia 59 saylı MənzilTikinti Kooperativi tərəfin dən qaldırılmış və həmin kooperativin təsisçiləri adından İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən imzalanmışdır. Lakin nə “59 saylı MənzilTikinti Kooperativi” adlı hüquqi şəxsin mövcud olması, nə də adları çəkilən şəxslərin həmin kooperativin adından iddianı imzalamaq səlahiyyətinə malik olması barədə iddia ərizəsinə hər hansı mötəbər sənəd əlavə olunmamışdır. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş “59 saylı MTK-nın xx.xx.2018-ci il tarixli ümumi iclasının protokolu” hüquqi sənəd kimi qəbul edilə bilməz. Belə ki, “59 saylı Mənzil-Tikinti Kooperativi” adında hüquqi şəxs mövcud olmadığından, onun təsisçiləri adından keçirilmiş hər hansı iclas qanuni sayıla bilməz. Eyni zamanda, həmin hüquqi şəxs tərəfindən qaldırılmış iddiaya da məhkəmə tərəfindən baxıla bi lməz. 59 saylı Mənzil-Tikinti Kooperativi o halda hüquqlara, o cümlədən məhkəmədə iddia qaldırmaq hüququna malik ola bilər ki, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış olsun. Lakin 59 saylı Mənzil-Tikinti Kooperativi adlı hüquqi şəxsin mövcud olması barədə işin materiallarında heç bir mötəbər sübut yoxdur. Digər tərəfdən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən, mənzil-tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, hab elə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Eyni zamanda, Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-4886/2018 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun tanınması barədə iddiaçıların iddia tələbi təmin edilməmişdir. Beləliklə, qeyd edilən binada yerləşən qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən, həmin sahə dövlət mülkiyyətindədir v ə bu barədə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında Əsasnamə”yə uyğun olaraq dövlət əmlakının registrində qeydiyyat aparılmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 17 yanvar 2019-cu il tarixli, 2-1(082)-342/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq qeyri-yaşayış sahəsinə dair dövlət əmlakının registrində aparılmış qeydiyyat MTK üzvü kimi hazırkı iddiaçıların dolayısı ilə ayrı-ayrılıqda mənafelərinə toxunsa da, hazırkı iddia hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmiş MTK tərəfindən, eləcə də müvafiq etibarnamə v ə nizamnamə ilə onun adından çıxış etmək səlahiyyəti olan şəxs (və ya şəxslər) tərəfindən irəli sürülə bilər. Hazırkı iddiaçılar hətta təsisçi olsalar belə, qeyd olunan səlahiyyətə malik olmadığından, iddia mümkün sayıla bilməz.

9. İddiaçı2 Əsgər oğlu apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: İlham Əhmədov /sədrlik edən və məruzəçi/, Səriyyə Seyidova və Vidadi Məmmədov) 23 aprel 2019-cu il tarixli, 2-1(103)-1018/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2-1(082)342/2019 n ömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, fərqli subyektlərlə (iddiaçılarla), lakin eyni obyektlə (qeyri-yaşayış sahəsi) bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları (14 iyul 2017-ci il və 27 iyun 2018-ci il tarixli) mövcuddur. Qeyd edilmiş qərarlarda isə iddiaçıların hazırkı iddia obyektinə subyektiv hüququnun olması öz əksini tapmışdır. Beləliklə, iddiaçıların hazırkı sözügedən qeyriyaşayış sahəsinə dair subyektiv hüququnun olmasına dair sənədlər məhkəməyə təqdim edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbini subyektiv hüququn müəyyən olunmaması əsası ilə m ümkün saymamaqda haqlı olmamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: Zakir Quliyev /sədrlik edən və məruzəçi/, Rahib Nəbizadə və İlqar Hüseynov) 10 iyul 2019-cu il tarixli, 2-1(102)-2238/2019 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayətinin verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. birinci instansiya məhkəməsində ikinci icraat

15. İddiaçı2 vəfat etdiyinə görə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata ona aid hissədə xitam verilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim: Pərviz Hüseynov) 05 mart 2021-ci il tarixli, 2-1(112)-505/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, ünvan 1 ünvanında yerləşən 59 saylı MTK-nın yaşayış binasının birinci mərtəbəsində olan 190.2 kv.metr qeyri-yaşayış sahəsi dövlət əmlakının registrində (kod: 825, registr nömrəsi: 010- ********) qeydiyyata alınmışdır. Hazırda iddiaçılar qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olan əmlak kimi dövlət əml akının registrində qeydiyyata alınmasının ləğv edilməsini tələb edirlər. Lakin məhkəmədə araşdırılan sübutlarla müəyyən edildi ki, həmin qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına inşa edilmişdir və dövlət mülkiyyətindədir. İddiaçı tərəf qeyd olunan registrdə qeydiyyatın ləğv edilməsini tələb etsə də, həmin qeydiyyatın qanunsuz və əsassız olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmadı, habelə registrdə qeydiyyatın aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Həmin əmlak dövlət mülkiyyəti hesab edildiyi üçün dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.

18. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə sorğuları göndərilmişdir.

20. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə təqdim olunmuş məktublardan görünür ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 192 kv.metr olan qeyri-yaşayış sahəsinə dair X2 mülkiyyət hüququ ləğv edilmişdir. Məktublara qeyri-yaşayış sahəsinin X3 v erilməsi ilə bağlı sənədlər də əlavə olunmuşdur. Sorğuya cavab məktublarında o da qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Mənzil-Kooperativ Tikintisinin sonrakı inkişafı haqqında” xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarının 2-ci hissəsinə əsasən MTK-nın razılığı ilə onların binalarında qeyri-yaşayış sahələri tikilərsə, həmin tikili işlərinin maliyyələşdirilməsi müvafiq dövlət və ictimai təşkilatlara əsaslı inşaat üçün ayrılan pul hesabına aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na əsasən həmin binada yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan əmlak hesab edilir. Eyni zamanda sözügedən qeyri-yaşayış sahəsinin dövlət vəsaiti hesabına inşa edilməsini təsdiq edən sənədlərin-yaşayış binasının mərtəbələr üzrə planının və digər sənədlərin əldə edilməsi məqsədilə aidiyyəti üzrə Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur.

21. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 59 saylı MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki 192 kv.metr qeyriyaşayış sahəsinin (xeyir-şər zalının) dövlət vəsaiti hesabına inşa edilməsi barədə hər hansı bir sənəd əldə etmək imkan xaricindədir.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik ed ən və məruzəçi/, Mirzə Tağızadə və Aytən Oruczadə) 27 aprel 2022-ci il tarixli, 2-1(103)-138/2022 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-505/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli kooperativ binanın 1ci mərtəbəsində yerləşən sahəsi 192 kv.metr olan kooperativ üzvlərinin şərikli mülkü olan xeyir-şər zalının dövlət mülkiyyətində olan əmlak kimi dövlət əmlakının registrindəki qeydiyyatının (kod: 825, registr nömrəsi: ***-*******1) ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıların qeydiyyatının ləğv olunmasını tələb etdiyi xeyir-şər zalına dair registrdəki qeydiyyatın aparılması üçün əsas olan sənədləri məhkəməyə təqdim edə bilməmişdir, bununla yanaşı iş üzrə mübahisələndirilən qeydiyyatın aparılması üçün əsas olan sənədlər təqdim olunmadığı üçün həmin qeyri-yaşayış obyektinin dövlət vəsaiti hesabına inşa edilməsi halı iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qətnamələrini iş üzrə üçüncü şəxs qismində iştirak etməsinə baxmayaraq yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişdir. Bu fakt həm işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9820/2018 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinin tərəflərə, o cümlədən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməsi barədə xx.xx.2018-ci il tarixli məktubu, həm də kassasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-890/2019 nömrəli qərarında (i.v. 242-243) göstərilənlərlə öz təsdiqini tapır. Belə ki, adı çəkilən kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdi ki, “.......eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ümumiyyətlə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi nəzərə alınmamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş mülki işlər üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnamələri i lə mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi binanın kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikildiyi, həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübutun mövcud olmaması və həmin əmlakın kooperativ üzvlərinin ümumi mülkiyyəti sayıldığı müəyyən edildiyindən, həmin qətnamələr də işdə üçüncü şəxs qismində iştirak etmiş - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən mübahisələndirilmədiyindən sözügedən məhkəmə qətnamələrində əks olunmuş, araşdırılmış və qiymətləndirilmiş faktların yenidən mübahisələndirilməsi və sübut edilməsi hazırkı işdə yolverilməzdir.

24. Cavab deh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) 18 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1702/2022 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-138/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə i ddiaçılar öz adlarından deyil, 59 saylı MTK-nın təsisçiləri adından iddia qaldırdıqlarını bəyan etdikləri üçün iddiaçıların səlahiyyəti araşdırılmalıdır. Belə ki, prosessual qanunvericilikdə təmsilçinin səlahiyyətini təsdiq edən sənəd qismində etibarnamənin verilməsi nəzərdə tutulduğu halda, hazırkı işdə iddiaçılar belə səlahiyyətə malik olduqlarını təsdiq edən sübut kimi 59 saylı MTK-nın xx.xx.2018-ci il tarixli ümumi iclasının protokolunu təqdim etmişlər. Lakin həmin protokolun tərtib edilməsi səlahiyyətinin və protokolun təsdiq edilməsi üçün istifadə edilmiş möhürün əldə edilməsi şəraitinin müəyyən olunmaması, protokolda təsisçilərin kimliyinin qeyd edilməməsi protokola şübhə ilə yanaşmağa və əlavə araşdırma aparılmasına əsas verdiyi halda, həmin şübhələrin aradan qaldırılması istiqamət ində məhkəmə tərəfindən prosessual hərəkətsizliyin edilməsi qənaətinə gəlmək mümkündür. Bu isə, öz növbəsində həm sübutların qiymətləndirilməsi, həm də xidməti vəzifəsinə uyğun olaraq məhkəmənin araşdırma aparmalı olması barədə vəzifəsinin icrasız qaldığına dəlalət edir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Rəşid Səmədov) 02 iyun 2023cü il tarixli, 2-1(103)-1234/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)505/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə əla və edilmiş “59 saylı MTK-nın xx.xx.2018-ci il tarixli ümumi iclasının protokolu”nun iddiaçıları iddia qaldırmağa səlahiyyətləndirə biləcək sənəd olmadığı prosessual qanunvericiliyin tələblərindən də aydındır. Belə ki, prosessual qanunvericiliyə görə nümayəndənin səlahiyyətini təsdiq edən sənəd etibarnamədir. Hüquqi şəxs etibarnaməni öz möhürü ilə təsdiq etdiyi halda, fiziki şəxs notariat qaydasında təsdiq edilmiş etibarnamə verir. Etibarnamənin veriləcəyi şəxslərin dairəsi də qanunvericiliklə müəyyən edilmişdir. Hüquqi şəxs işçisinə və vəkilə etibarnamə verə bilər. Hazırkı iş üzrə iddiaçılar kimi adları qeyd edilən şəxslərin hazırda hansı səlahiyyətlə, kimi və kimləri təmsil etdikləri aydın deyildir. İddiaçılar kooperativ təsisçilərinin və ya kooperativin nümayəndələri olaraq iddia qaldırd ıqlarını bildirsələr də, qanunvericiliyə uyğun etibarnamə təqdim etməmişdirlər.

29. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçılar iddia irəli sürmək səlahiyyətinə malik olduqlarının əsası kimi 59 saylı MTK-nın xx.xx.2018-ci il tarixli ümumi iclasının protokolunu göstərsələr də, həmin protokolda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, həmin protokolda kimlərin təsisçi olması qeyd edilməmiş, möhürün necə və haradan əldə edilməsi, möhürün mövcudluğu halında ondan istifadə edilməsinin qanuni olub-olmaması, neçə nəfər üzvün olması, üzvlərdən neçəsinin iştirak etməsi, neçəsinin iştirak etməməsi, müzakirəyə çıxarılan məsələ ilə əlaqədar üzvlərin münasibətləri müəyyən edilmir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı yanında Mənzil Kommunal Təsərrüf atı Departamentinin xx.xx.2011-ci il tarixli, 365 nömrəli, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2018-ci il tarixli, 181 nömrəli və Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı cavabdeh) xx.xx.2018-ci il tarixli, **********65 nömrəli məktubunda 59 saylı MTK-nın müxtəlif məzmunlu müraciətlərinə cavab verildiyi müəyyən edilsə də, həmin müraciətlər edilərkən MTK-nın səlahiyyətini təsdiq edən sənədlərin əlavə edilib təqdim edildiyi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə inzibati orqan tərəfindən riayət edilibedilmədiyi araşdırılmamışdır. Bu araşdırmaya zərurət vergi orqanı tərəfindən 59 saylı MTK-nın qeydiyyatdan keçməməsinə dair məhkəmənin sorğusuna verdiyi cavab əsas yaratmışdır. Cavab məktubları o halda MTK-nın mövcudluğunu təsdiq edə n sübut kimi qəbul edilə bilər ki, iş materiallarında kooperativin hüquqmüəyyənedici sənədləri mövcud olsun. İş materiallarında belə bir sənədlər mövcud olmadığından məhkəmə MTK-nın mövcudluğuna şübhə ilə yanaşmağa haqlıdır.

30. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı iş üzrə MTK-nın mövcudluğu da şübhəli məqamdır. Belə ki, iddiaçılar 59 saylı Mənzil-Tikinti Kooperativinin 1974-cü ildən mövcud olmasını bildirsələr də, Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********346300 nömrəli məktubunda həmin adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı qeyd edilmişdir (cild 1, i.v. 225). İddianın mümkünlüyü ilə bağlı olaraq qeyd edilməlidir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1968-ci il tarixli, 3 s aylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSRin ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndən göründüyü kimi, kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ müəyyən edilməmişdir. Həmin Qərara əsasən Kooperativin İdarə Heyətinin vəzifəsi kimi məhkəmədə, dövlət arbitrajında, dövlət və ictimai idarə və təşkilatlarda kooperativin təmsil edilməsi göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qismində çıxış edən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərini təsdiq edən etibarnamələrini məhkəməyə təqdim etmədiklərindən, iddiaçıların adından çıxış etdiklərini bildirdikləri 59 saylı Mənzil-Tikinti Kooperativinin mövcudluğu işin şübhəli halı olduğundan, eyni zamanda hazırkı iş üzrə iddiaçıların 59 saylı Mənzil-Tikinti Kooperativinin üzvləri olması halı öz təsdiqini tapsa belə, kooperativ üzvlərinin məhkəmədə ayrıca iddia qaldırmaq hüququ Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1968-ci il tarixli, 3 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-in ərazisində yaşayış evi (evləri) tikən mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”ndə müəyyən edilmədiyindən, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş, iddiaçının iddia tələbi rədd edilmişdir.

32. İddiaçı3 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

33. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdi r. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Azərbaycan Respublikas ının İnzibati Prosessual Məcəlləsi Maddə 26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkə mə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 38. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırl ar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iş tirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddia çı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ

41. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

43. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

44. Hazırkı iş üzrə 59 saylı MTK-nın təsisçiləri adından məhkəməyə iddia ərizəsi ilə müraciət edən iddiaçıların hüquqi marağı, mübahisəli qeyri-y aşayış sahəsinin keçmiş sovet dövründə onların təsis etdikləri kooperativ tərəfindən öz vəsaitləri hesabına inşa edildiyinə və həmin qeyri-yaşayış sahəsinin onların şərikli mülkiyyəti olduğuna istinadən cavabdeh tərəfindən registrdə aparılmış qeydiyyatın ləğvinə nail olmaqdan ibarətdir.

45. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

46. Bu baxımdan, iddianın məhkəmə tərəfin dən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

47. İddianın prosessual qanunvericiliklə nəzərdə tutulmuş ümumi mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddianın mümkün sayılması üçün iddiaçıların da iddia qaldırmaq səlahiyyətinə malik olması zəruridir.

48. İş üzrə materiallardan iddiaçıların 59 s aylı MTK-nın təsisçiləri adından iddia qaldırdıqları və səlahiyyətlərinin əsası kimi 59 saylı MTK-nın xx.xx.2018-ci il tarixli ümumi iclasının protokoluna istinad etdikləri görünür.

49. Bununla bağlı qeyd olunmalıdır ki, hazırkı məhkəmə icraatında iddiaçı qismində əslində adıçəkilən şəxslər deyil, əlahiddə olaraq MTK-nın özü çıxış edə bilərdi. Adıçəkilən şəxslər isə prosesdə iddiaçı kimi öz adlarından deyil, yalnız təmsil etdikləri həmin MTK-nın (hüquqi şəxsin) adından və onun maraqlarını qorumaq üçün qanunla müəyyən olunmuş qaydada onun verdiyi səlahiyyət əsasında məhkəmədə iddia qaldıra bilərdilər. Başqa sözlə, hüquqi şəxsin adından hər hansı şəxsin təmsilçilik qaydasında iddia qaldırması həmin şəxsə iddiaçı statusu qazandırmır.

50. Nəzərə almaq lazımdır ki, hər bir halda yalnız təmsil o lunan şəxs, yəni hazırkı mübahisəyə münasibətdə 59 saylı MTK iddiaçı qismində çıxış edə bilərdi (onun təsisçiləri və ya təmsilçiləri deyil). Bunun üçün isə 59 saylı MTK hüquq və fəaliyyət qabiliyyətinə malik olmalıdır, başqa sözlə, hüquqi şəxs statusuna malik olmalıdır. Belə ki, subyektin hüquqi şəxs statusu qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçdiyi vaxtdan yaranır və həmin hüquqi şəxs qeydiyyat anından hüquq və fəaliyyət qabiliyyəti əldə edir. Yəni hazırkı mübahisəyə münasibətdə 59 saylı MTK-nın əvvəlcə hüquqi şəxs statusunun mövcudluğu (hər hansı təşkilati-hüquqi formada) müəyyən olunmalı, bunun müəyyən olunduğu təqdirdə isə onun tərəfindən təmsilçilik səlahiyyətlərinin, o cümlədən məhkəmədə iddia qaldırmaq səlahiyyətinin qanunla nəzərdə tutulmuş qaydada və müvafiq formada tər tib olunmuş sənədlə adıçəkilən şəxslərə verildiyi təsdiq olunmalıdır. Yalnız bu halda adıçəkilən şəxslər sözügedən MTK-nın adından və onun maraqlarının qorunması məqsədi ilə iddia qaldırmaqda haqlı sayıla bilərdilər.

51. Kassasiya şikayətində iddiaçıların fərqli subyektlərlə, lakin eyni obyektlə (qeyriyaşayış sahəsi ilə) bağlı mülki işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının (14 iyul 2017 və 27 iyun 2018-ci il tarixli) mövcud olduğu, həmin qərarlarda isə iddiaçıların, yəni 59 saylı MTK-nın payçılarının hazırkı iddia obyektinə subyektiv hüquqlarının olmasının öz əksini tapdığı qeyd edilmişdir.

52. Kassasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının heç biri hazırkı iş üzrə tərəflər arasında keçirilmiş məhkəmə icraatı nəticəsində qəbul edilməmişdir.

53. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

54. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş olmalıdır; bu fakt həmin işdə iştirak edən şəxslərin işt irak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır.

55. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərə bağlıdır. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv komponentlərinin müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv komponenti əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv komponentini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

56. Hazırkı mübahisəyə münasibətdə bu qərarın 48-54-cü bəndlərində qeyd olunan xüsusatların mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, adıçəkilən şəxslər iddia qaldırmaq səlahiyyətinə malik olmadıqlarından və iddianın mümkünlük şərtləri ödənilmədiyindən hazırkı iddia mümkün sayıla bilməz.

57. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

58. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlan ılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-1234/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar