Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2017 31.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-230/2017) Bakı şəhəri 31 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X3 ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X9-bundan sonra üçüncü şəxs) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə cavabdehin 27.11.2015-ci il tarixli 17 saylı qərarının qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(106 )-248/2016 saylı, 31 avqust 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 31 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin 27 noyabr 2015-ci il tarixli qərarı ilə - Astara rayonunun Ərçivan qəsəbə sakinləri X4 0,06 ha, X7 0,12 ha, X11 0,10 ha, X10 0,09 ha, X2 (iddiaçının oğlu-üçüncü şəxs) 0,12 ha, X1 0,03 ha, X12 0,12 ha torpaq sahəsinin ayrılması barədə sonuncuların müraciətlərinin nəzərə alınması və ilkin sənədləşdirmə işlərinə başlanılması, həmin 0,63 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması məqsədilə müvafiq rəylərin alınması üçün aidiyyəti orqanlara müraciət olunması qərara alınmışdır. İddiaçı 18 yanvar 2016-cı il tarixdə cavabdehə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 1996-cı il tarixdən istifadəsində olan torpaq sahəsinin ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının dövlət orqanlarına müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, müraciətə bir ay müddətinədək, əla və öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15-gün ərzində baxılmalıdır. Qanunların bu tələblərinə baxmayaraq cavabdeh 1996-cı ildən iddiaçının istifadəsində olan və orada şəxsi vəsaiti hesabına tikdiyi fərdi yaşayış evinin olmasına baxmayaraq həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair ərizəsinə bəhanələrlə cavab vermir. İddiaçı cavabdehə ilk dəfə 02 dekabr 2015-ci il tarixdə, ikinci dəfə isə 23 dekabr 2015-ci il tarixdə ərizə ilə müraciət etmiş ki, istifadəsində olan torpaq sahəsini alqı-satqı yolu ilə ona satsın, lakin ərizəsinin təmin və ya rədd olunması barədə cavab verilməmişdir. İddiaçı qeyd edir ki, ailə başçısı odur, yaşadığı həyətyanı sahəsinə yaxın olan kol-kos basmış istifadəyə yararsız olan torpaq sahəsini 1996-ci ildə kollardan təmizləyib çəpərə alıb, orada öz hesabına fərdi ev tikmişdir. İstifadəsində olan torpaq sahəsində ev tikərkən uşaqları azyaşlı olmuşlar. Burada onların heç bir zəhməti əməyi olmayıbdır. Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-ci il tarixli 2 nömrəli qərarının 16-cı bəndində göstərilir ki, “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun qüvvəyə minənə kimi, fərdi yaşayış və bağ evlərinin, qarajlarının, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadıqda, bu torpaq sahələri vergiyə cəlb edilməkdə, qanunvericilikdə müəyyən olunmuş qaydada onlardan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və icarəsinə verilə bilər. Həmin qərarın 10-cu bəndinin 3-cü abzasında qeyd edilir ki, “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş yəni bu qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun satılır”. Səlahiyyətli bələdiyyələr 2001-ci il 01 yanvardan etibarən həyata keçirdikləri üçün, 2001-ci ilin yanvar ayının 1-nədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi tikmək, həyətyanı və bağ sahələri üçün verdikləri torpaqlar bələdiyyələr tərəfindən geri tələb oluna bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hüququ və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar, ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin 27 noyabr 2015-ci il tarixli qərarının üçüncü şəxsə aid hissədə ləğv olunmasını xahiş etmişdir Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2016-cı il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim X13, 2-1(86)-321/2016 saylı iş) 05 may 2016-cı il tarixli qərarı ilə idd ia təmin edilərək cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 27 noyabr 2015-ci il tarixli, 17 saylı qərarı üçüncü şəxsə aid hissədə qismən ləğv olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X15məruzəçi, X8 və X5, 2-1(106)-248/2016 saylı iş) 31 avqust 2016-cı il tarixli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 may 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. İddiaçı 03 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haq qında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsi qərardadını formal baxımdan lazımı qaydada əsaslandırmamış və orada ancaq şikayətçinin tələbi göstərilmişdir. Məhkəmə eyni zamanda qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməmiş, məhkəmənin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin h allarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bundan başqa kassasiya şikayətinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 2, 14, 21, 24 və 62-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Üçüncü şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına teleqram göndərərək bildirmişdir ki, kassasiya şikayəti əsassızdır, ona görə də Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 31 avqust 2016-cı il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. əsaslandırma h issəsi: Tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət ə sassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı torpaq sahəsinin ayrılması istiqamətində ilkin sənədləşmə işlərinə başlanılması barədə cavabdeh inzibati orqanın 2015-ci ilin noyabrında qəbul etdiyi qərarı mübahisələndirir. İddiaçının mübahisə açdığı qərardan görünür ki, həmin qərar üçüncü şəxs və digər şəxslərin müraciətinə əsasən bələdiyyəyə məxsus torpaq sahələrinin ayrılması istiqamətində ilkin sənədləşmə işlərinin aparılması və həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanması məqsədilə qəbul edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 5-ci bəndinə görə torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsinin ümumilikdə bələdiyyəy ə məxsus olması mübahisə olunmasa da, həmin torpaq sahəsinin iddiaçıya, üçüncü şəxsə, yaxud digər şəxsə satılması üçün onun daşınmaz əmlakın dövlət reyestrində bələdiyyənin hüququnun qeydə alınması qanunvericiliyə əsaslanır. Belə hüquq qeydə alınmadığı təqdirdə, bələdiyyənin həmin torpaq sahəsi barədə sərəncam vermək hüququ istisna olunur. Odur ki, hazırkı vəziyyətdə bələdiyyə (cavabdeh) hələ ki, torpaq sahəsinin ayrılması istiqamətində ilkin sənədləşmə işlərinə başlanılması barədə aralıq inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.9-cu maddəsində qeyd edilir ki, aralıq inzibati akt-konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Həmin Qanunun 71.3-cü maddəsinə əsasən yalnız aşağıdakı hallarla bağlı aralıq inzi bati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər:71.3.1. səlahiyyətlə bağlı;71.3.2. etirazla bağlı;71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı;71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, qanunverici hazırkı vəziyyətdə həmin aktdan şikayət nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, iddiaçının mübahisə açdığı qərar torpaq sahəsinin ayrılması barədə cavabdehin ona edilən müraciət üzrə yekun iradə ifadəsi deyil, qərar iddiaçının hüquq və mənafeyinə toxunmamaqla, onun üçün hər hansı hüquqi nəticə də yaratmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı ilə cavabdeh arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. İnzibati icraatda iddianın müvafiq suby ektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi və bu zaman cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının konkret şəkildə əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtləridir. Cavabdehin qanunla üzərinə düşən hansı vəzifələrinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98. 1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının iddianın mümkün sayılmaması barədə 2-1(106)-248/2016 saylı, 31 avqust 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-230/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-230/2017
31.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver