Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili vəkil, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq AR ƏƏSMN yanında DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 20.03.1989-cu il tarixdən 10.10.2015-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət etmiş, onun xidmətdən xaric edildiyi tarixə xidməti təqvimi 28 il 9 ay 13 gün, imtiyazlı 36 il 1 ay 12 gün təşkil etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən əmək pensiyası təminatı üçün İddiaçı haqqında məlumat vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş, həmin məlumat vərəqəsinə əsasən iddiaçının təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, digər növ əlavələrdən və məharət dərəcəsinə görə əlavədən ibarət olmuş, xidmət illərinə görə əlavə 40 faiz məbləğində hesablanmışdır. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən məlumat vərəqəsinə əsasən onun cəmi xidmət ilinin 36 il 1 ay 12 gün olması, bu göstəricilərə əsasən əmək pensiyasının təyin edilməsi, hazırda təminat xərcliyinin 765,75 manat təşkl etməsi, 36 il xidmət illərinə və yaşa görə əmək pensiyası təminat xərcliyinin 100 faizi, yəni 765,75 manat məbləğində hesablanaraq ödənilməsi barədə İddiaçı 25.10.2017-ci il tarixli məktub ünvanlanmışdır. İddaçı fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqə sinin hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 04.12.2017-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət müddətinin 20.03.1989-cu ildən 10.10.2015-ci ilədək təqvimi hesablama ilə 26 il 6 ay 20 gün təşkil etdiyindən, fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 40 faizi məbləğində əlavə ödəniş hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmət illərinin 36 il 1 ay 12 gün olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabin etinin 20.04.2000-ci il tarixli 73 nömrəli qərarının 1-ci əlavəsini rahbər tutaraq fasiləsiz xidmət ilinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində qanunda nəzərdə tutulmuş qaydada hesablanmasını, əmək pensiyasına daxil olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2-1(81)584/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilməsi vəzifəsi AR Daxili İşlər Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdehin vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2-1(81)584/2018 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, 50 faiz hesablamaq üçün, iddiaçının fasiləsiz (imtiyazlı yox) xidmət illəri 28 il, 4 ay, 28 gün deyil, 30 ildən yuxarı olmalıdır. Qeyd olunan 36 il, 1 ay, 12 gün xidmət müddəti - təminat xərcliyinin(pul təminatı) imtiyazlı illəridir. Birinci instansiya məhkəməsi qərarında fasiləsiz xidmət illəri (28 il, 4 ay, 28 gün) ilə imtiyazlı xidmət illərinin (36 il, 1 ay,12 gün) səhv salmış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının fasiləsiz xidmət illəri 36 il 01 ay 12 gün təşkil etməsinə baxmayaraq fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində əlavə hesablanmasından əsassız olaraq imtina edilmişdir. Kass ator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2, 90.2, 91, 96.5, 96.5.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhk əmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1786/2018 saylı 05 sentyabr 2018- ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı 20.03.1989-cu il tarixdən 10.10.2015-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət etməsi, onun xidmətdən xaric edildiyi tarixə xidməti təqvimi 28 il 9 ay 13 gün, imtiyazlı 36 il 1 ay 12 gün təşkil etməsi işin mübahisəsiz hallarına aiddir. İşin mübahisələndirilən yeganə halı iddiaçının təminat xərcliyində xidmət illərinə görə əlavənin faiz dərəcəsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları» təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirl iyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:
1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir: 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5- ci maddəsinə əsasən polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərb aycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qərarında maddi hüquq normalarını səhv təfsir etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, 50 faiz hesablamaq üçün, iddiaçının fasiləsiz (imtiyazlı yox) xidmət illəri 28 il, 4 ay, 28 gün deyil, 30 ildən yuxarı olmalıdır. Qeyd olunan 36 il, 1 ay, 12 gün xidmət müddəti - təminat xərcliyinin(pul təminatı) imtiyazlı illəridir. Birinci instansiya məhkəməsi qərarında fasiləsiz xidmət illəri (28 il, 4 ay, 28 gün) ilə imtiyazlı xidmət illərinin (36 il, 1 ay,12 gün) səhv salmış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Başqa sözlə apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə xidmət illərinə görə əlavə hesablanarkən təqvim hesabı ilə iddiaçının xidmət etdiyi müddət əsas götürülməlidir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydalarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. Hazırkı iş üzrə isə iddiaçının 36 il 1 ay 12 gün güzəştli xidmət illərinin olması işin tərəflər tərəfindən mübahisələndirilməyən hallarına aiddir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək qərar qəbul etmiş və kassatorun “iddiaçının fasiləsiz xidmət illəri 36 il 01 ay 12 gün təşkil etməsinə baxmayaraq fasiləsiz xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində əlavə hesablanmasından əsassız olaraq imtina edilməsi” ilə bağlı dəlili əsaslıdır. Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, İddiaçı kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, İddiaçı fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Şərh edilənlərə əs asən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1786/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla yeni məlumat vərəqəsinin hazırlanaraq DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin.