Məhkəmə qərarları › İş №2-1(102)-230/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-230/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı iş üzrə Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Xəlilov Hikmət Əjdər oğlunun və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə tə yinat idarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2478/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1956-cı ildə Gədəbəy rayonunda doğulmuşdur və hazırda Bakı şəhəri, Nobel pr-ti, ev.41/1A ünvanında yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək suvaqçı-rəngsiz, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək 5 saylı Tikinti Trestində 2-ci dərəcəli su vaqçı işləmiş, xx.xx.1977 - xx.xx.1978-ci illər ərzində təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1980ci ilədək «Russkiy dizel» zavodunda 26 saylı sexdə 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş, xx.xx.1980-ci ildən Qafqaz enerjimontaj idarəsində Abşeron montaj idarəsinin Mingəçevir m/sahəsində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildən 4-cü dərəcəli boruçu, xx.xx.1991-ci ildən isə 5-ci dərəcəli texnoloji boruların montajçısı dərəcəsi verilmiş, xx.xx.2002-ci ildə öz xahişi ilə vəzifədən azad edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək “xxxx” Birgə Müəssisəsinə boruçu peşəsində, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxx” ASC-də boru quraşdırıcısı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 4-cü dərəcəli boruçu vəzifəsində işləmişdir. İddiaçı DSMF-in Xüsusi Ş ərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya xx xxxx 2017-ci il tarixli məktubla cavab verərək onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmadığını, bu əsasla pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını x ahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü tarixdən əmək fəaliyyətinə başlamışdır və qanunla tələb olunan 25 il ümumi və müvafiq güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək toplamışdır. Ona güzəştli şərtlərlə pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh in üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddələrinə müvafiq olaraq iddiaçının xx xxxxxx 2006-cı il tarixədək 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və 25 ildən artıq ümumi iş stajı olduğundan, onun həmin Qanunun tələblərinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)281/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abıyeva) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan da cavabdehin nümayəndəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasnın xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmə həmin qərarında qeyd etmişdir ki, iddiaçı 1974-1977-ci illərdə suvaqçı və rəngsaz peşəslərində Leninqrad İcraiyyə Komitəsinin Baş Leninqrad Tikinti İdarəsinin 5 saylı Trestində işləmişdir və 2 №-li Siyahıda bu peşələr, yalnız Metropoliten, yer qurğularını n tikintisi və təmiri üzrə yeraltı işlərdə icra olunarsa, zərərli peşə sayılır. İddiaçının işlədiyi çilingər-boru quraşdırıcısı, boruçu və ya boru kəmərlərinin quraşdırıcısı peşələrdə 2 №-li Siyahıda göstərildiyi kimi İİİ Metallurgiya istehsalatı (qara metallar), İV Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, borutökmə, fittinq, balon) və sinkləmə sexlərində deyil, metallurgiya sahəsinə aid olmayan «Kavqazenerqomontaj» trestində, “Enerji quraşdırma KEM” ATSC-də, “xxxx” Birgə müəssisəsində və sair müəssisələrdə işləmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, işçinin peşəsinin müvafiq Siyahılarda nəzərdə tutulmasını myəyyən etmək üçün həmin peşənin Siyahıda göstərilməsi kifayət deyil, bu peşəyə müvafiq sahə də uyğun gəlməlidir. Eyni peşə bir neçə sahədə və ya iş şərai tində icra oluna bilər, lakin onun zərərli olması Siyahılarda göstərilən sahəyə və ya iş şəraitinə (məs. yer altında) uyğun olmalıdır. Lakin araşdırılan qərardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi bu hallara lazımi diqqət yetirməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2478/2019 saylı, xx.xx.2019-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), S.Seyidova və İ.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixdən doldurulan əmək kitabçası və iş yerləri “xxxx” B.M. və “xxxx” ASC tərəfindən verilm iş xx.xx.2019-cu il tarixli AZF-2019/50-K nömrəli və xx.xx.2019-cu il tarixli 16/K nömrəli arayışlarla onun 1980-2002, 2002-2004, 2006 və 2016-2017-ci illərdə çalışdığı işlərin 1993-cü il Siyahısında 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a-19233 - sənaye dəmir beton borularının boruçəkənləri, 2007-ci il Siyahısında

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri - peşəsinə uyğun gəldiyi təsdiq olunur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2478/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar çıxarılmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının işlədiyi iş yerləri bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyətlə məşğul olmalı idi. Lakin məhkəmə tərəfindən həmin idarələrin tam olaraq hansı fəaliyyətlə məşğul olması araşdırılmamış, onların nizamnamələrinə baxış keçirilməmiş, fəaliyyət istiqamətləri müəyyənləşdirilməmişdir. İddiaçı həmin sahələrdə məhz sənaye dəmir beton borularının boruçəkəni olaraq işləmiş olmalı idi. Halbuki, əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı həmin illərdə çilingər, quraşdırıcı-çilingər, montajçı, kran sürücü kimi peşələrdə işləmişdir. Məhkəmə tərəfindən İddiaçının məhz boruçu kimi işləmiş olduğu illər hesablanmamışdır. Üstəlik, boruçu işlədiyi illərdə onun məhz sənaye dəmir beton borularının boruçəkəni olması müəyyənləşdirilməmişdir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili Xəlilov Hikmət Əjdər oğlu kassasiya şiayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli iş materialları yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı onun 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır o lan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixdən doldurulan əmək kitabçası və iş yerləri “xxxx” B.M. və “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZF-2019/50-K nömrəli və xx.xx.2019-cu il tarixli 16/K nömrəli arayışlarla onun 1980-2002, 2002-2004, 2006 və 2016-2017-ci illərdə çalışdığ ı işlərin 1993-cü il Siyahısında 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a-19233 - sənaye dəmir beton borularının boruçəkənləri, 2007-ci il Siyahısında

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri - peşəsinə uyğun gəldiyi təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Lakin kollegiya hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının 1980-2002-ci illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahında «2290000a-19233-sənaye dəmir beton borularının boruçəkənləri», Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» peşəsində çalışması barədə nəticəyə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara görə o, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək suvaqçı-rəngsiz, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək 5 saylı Tikinti Trestində 2-ci dərəcəli suvaqçı işləmiş, xx.xx.1977 - xx.xx.1978-ci illər ərzində təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1980ci ilədək «Russkiy dizel» zavodunda 26 saylı sexdə 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş, xx.xx.1980-ci ildən Qafqaz enerjimontaj idarəsində Abşeron montaj idarəsinin Mingəçevir m/sahəsində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə 4-cü dərəcəli boruçu, xx.xx.1991-ci ildən isə 5-ci dərəcəli texnoloji boruların montajçısı dərəcəsi verilmiş, xx.xx.2002-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək “xxxx” Birgə Müəssisəsinə boruçu peşəsi üzrə, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxx” ASC-də boru quraşdırıcı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 4-cü dərəcəli boruçu peşəsində işləmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının Qafqaz enerjimontaj idarəsində Abşeron montaj idarəsinin Mingəçevir m/sahəsind ə xx.xx.1980-ci ildən xx.xx.1982ci ilə kimi işlədiyi 3-cü dərəcəli çilingər, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə kimi işlədiyi boruçu, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilə qədər işlədiyi texnoloji boruların montajçısı işini 2 №-li Siyahıda əksini tamış «2290000a-19233-sənaye dəmir beton borularının boruçəkənləri» və 2007-ci ildə təsdiq edilmiş Siyahıda əksini tapmış «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» işlərinə uyğun hesab etmişdir. Lakin işin halları bu nəticəyə gəlməyə əsas verən dərəcədə aydınlaşdırılmamışdır. Çünki iddiaçının işlədiyi boruçəkən peşəsi 2 №-li Siyahıda və 2007-ci ildə təsdiqlənmiş Siyahıda göstərilən işlərlə tutuşdurulduqda görünür ki, Siyahıl arda boruçəkən peşəsinin adı çəkilir. Həm də aydın şəkildə görünür ki, bütün boruçəkənlər deyil, «sənaye dəmir-beton borularının boruçəkənləri» zərərli peşə sayılır. Bu halda işin düzgün həlli üçün iddiaçının Qafqaz enerjimontaj idarəsində xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə kimi boruçu işləyərkən məhz sənaye dəmirbeton borularını çəkməsi müəyyən olunmalı idi. xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlav ə olunur. Məhkəmə iddiaçının iş yeri olaraq Azərbaycan Respublikası «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 16/k saylı məktubunu əlavə etmişdir. Həmin məktubda göstərilmişdir ki, Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ var. Məhkəmə kollegiyası hesab edir ki, bu arayış, iddiaçının boruçu işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj kimi qəbul olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki əvvəla, həmin arayışda iddiaçının boruçu kimi icra etdiyi işi «sənaye dəmir-beton borularının çəkilməsi» kimi xarakterizə etməyə əsas verən məlumatlar qeyd olunmamış, çəkilən boruların dəmir borular və ya dəmir-beton boruların o lması əksini tapmamışdır. Arayışda «iddiaçının işlədiyi sahələrin zərərli olduğu üçün gəzəştli şərtlərlə təqaüd almaq hüququ daşıması» göstərilsə də, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 2007-ci ildə təsdiq olunmuş Siyahıda hansı sahədə əksini tapması konkret göstərilməmişdir. Bundan başqa, arayışda iddiaçının işlədiyi quraşdırıcı çilingər peşəsinin də zərərli peşə olduğu göstərilmişdir. Halbuki, həmin peşə Siyahılarda əksini tapmamışdır. Bundan əlavə, arayışda iddiçıya xx.xx.1991-ci ildə müəssisənin 36A saylı əmrinə əsasən qazla kəsmək üçün 5-ci dərəcə texnoloji boru kəmərlərinin quraşdırılması dərəcəsinin verildiyi göstərilir. «Qazla kəsmək» üsulunun dəmir borularının quraşdırılmasında tətbiq olunan üsul olması bəllidir. İddiaçıya bu işə görə dərəcənin verilməsi daha ç ox onun dəmir boruların quraşdırılması ilə məşğul olduğu barədə nəticəyə gəlməyə əsas verir. Lakin dəmir-beton borularının quraşdırılmasında da bu üsulun tətbiq olunmaması barədə hər hansı sübut yoxdur. Nəzərə alınmalıdır ki, xx xxxxxx 2017-ci ildə təsdiq edilmiş yuxarıda göstərilən Qaydaların 2 saylı Əlavəsinin 2.4.1-ci bəndində qeyd olunan «şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalaşmasına dair iş yerinin arayışı»nın alınmasında əsas məqsəd, həm də məhz bu cür qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıyır. Lakin təqdim olunmuş arayış, iddiaçının gördüyü işin Siyahıda göstərilən «sənaye dəmir-beton borularının boruçəkənləri» ilə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici texnoloji məlumatları (məsələn, müəssisənin sənaye dəmir-bet on quraşdırılması sahəsində fəaliyyət göstərməsi və iddiaçının da məhz bui şi icra etməsi) əks etdirmir. Bu hallar məhkəmədən əlavə araşdırma aparılmasını, iddiaçının əmək funksiyasına «sənaye dəmir-beton borularının çəkilməsi» və ya dəmir boruların çəkilməsinin aid olmasını müəyyən etməyi tələb edirdi. X1 Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdi r ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Qafqaz enerjimontaj idarəsində xx.xx.1980-ci ildən xx.xx.2002-ci ilə qədər işlədiyi dövrün güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən staj kimi qəbul olunmasına əsas verən yetərli sübut yoxdur. İşin halları, işin yenidən apelyasiya instansiyası məhkəməsində araşdırılmasına zərurət yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2478/2020 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edil sin. İş materialları yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar