Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-230/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: döyüş bölgəsinə ezam olunmuş tərcüməçiyə müharibə veteranı adı və vəsiqəsinin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-731/2020 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 28.09.20N-cu il tarixli 1/M-13265 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin arayışına əsasən, ezamiyyətin məqsədi təyin olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xa hiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 23.12.N93-cü il tarixdən N.05.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən N nömrəli hərbi hissəyə daxilolma və həmin hərbi hissədən çıxma barədə hərbi hissə komandirinin əmrləri mövcuddur. Bununla bağlı məlumatlar Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsi tərəfindən verilmiş arxiv arayışında qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh onun müraciətinin təmin olunmasından əsassız olaraq imtina etmişdir.
4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının N nömrəli hərbi hissədən ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmadığından Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın imtina qərarı əsaslı olmuşdur.
5. Bakı İ nzibati Məhkəməsinin 2-1(112)-1669/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialının) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilmədiyindən iddiaçının tələbi əsaslıdır.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-731/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və M.N.Tağızadə) apellyasiya şika yəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1669/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus sənədlərdə onun N nömrəli hərbi hissədə xidmət etməsi təsdiq olunur. Lakin, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı andan hərbi əməliyyatlar apa ran hərbi hissələrin” siyahısında qeyd edilən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçının Beyləqan rayonuna ezamiyyətlərə getməsi N nömrəli hərbi hissə komandirinin 17.12.N93cü il tarixli 133 nömrəli, 02.02.N94-cü il tarixli 21 nömrəli, 17.03.N94-cü il tarixli 46 nömrəli, 21 nömrəli və N.05.N94-cü il tarixli 66 nömrəli əmrlərindən çıxarışda öz təsdiqini tapsa da, onun ezamiyyətlərə getməsi döyüş tapşırığı və döyüş təminatının yerinə yetirməsi ilə əlaqədar olmamışdır. Belə ki, ezamiyyətin məqsədinin döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı olması bilavasitə hərbi hissə komandirinin əmrində birbaşa göstərilməlidir. İddiaçının adına tərtib edilən Arxiv Arayışında vəzifəsi hərbi tərcüməçilərin siyahısında manqa komandirinin müavini kimi qeyd edilsə də, tər cüməçilik döyüş təminatına daxil deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim e dildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən c inayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (ya ralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildi yi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarı: “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər han sı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlum atlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsi nin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində irəli sürülən və mahiyyətcə apelyasiya şikayətində qeyd olunmuş eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli sayaraq, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının döyüş zonalarına qeyd edilən ezamiyyətləri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. İddiaçının döyüş əməliyyatları gedən bölgələrə ezam olunması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıq ların yerinə yetirilməsi məqsədi daşımamışdır.
23. Cavabdehin kassasiya şikayətinin bu dəlilinin əsassız olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, iddiaçının döyüş əməliyyatları bölgəsinə ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində tərcüməçi fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Qeyd edilənlər işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır.
24. Belə ki, iş materiallarına əlavə olunmuş 30.08.20N-cu il tarixli, 9/2-12100 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin arayışından görünür ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 18.12.N93-cü il tarixli əmrinə əsasən, tərcüməç ilər manqasının komandir müavini vəzifəsinə təyin edilməklə 1 il 6 aylıq həqiqi hərbi xidmət keçmək üçün ehtiyatdan çağırılmış baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin 23.12.N93-cü il tarixli, 138 №-li əmri ilə 18.12.N93-cü ildən sayılmaqla hərbi hissəyə qəbul edilərək şəxsi heyət siyahılarına daxil edilmiş və bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 17.12.N93-cü il tarixli, 133 nömrəli əmri ilə İddiaçı döyüş əməliyyatları bölgəsinə ezam edilmişdir. N nömrəli hərbi hissə komandirinin 02.02.N94-cü il tarixli, 21 №li əmri ilə 18.12.N93-cü il tarixdən 31.01.N94-cü il tarixədək, 17.03.N94-cü il tarixli, 46№li əmri ilə fevral N94-cü il tarixdə, N.05.N94-cü il tarixli, 66 №li əmri ilə 01-30.04.N94-cü il tarixlərdə döyüş əməliyyatları bölgəsində iştirak etdiyi üçün 3 (üç) qat əmək haqqı ödənilmiş hərbi tərcüməçilərin siyahısında manqa komandirinin müavini, baş leytenant İddiaçı adı qeyd edilmişdir. Müdafiə nazirinin 13.04.N95-ci il tarixli əmrinə əsasən, 18-ci maddənin “Q” bəndinə (ştatların ixtisarına görə) istinadla, tərcüməçilər manqasının komandir müavini, baş leytenant Ə.B. Məmmədov N nömrəli hərbi hissə komandirinin N aprel N95-ci il tarixli, 70 №li əmrilə ehtiyata tərxis edilmişdir. 15.04.N95-ci ildən sayılmaqla şəxsi heyət siyahılarından çıxarılaraq bütün növ təminatlardan azad edilmişdir.
25. İş materiallarına əlavə edilmiş 035457 №li hərbi biletə əsasən, iddiaçı hərbi tərcüməçidir, N nömrəli hərbi hissənin tərkibində 18.12.N93-cü ildən 01.02.N95-ci ilə qədər Beyləqan və Füzuli rayonlarında hərbi əməliyyatlarda iştirak etmişdir.
26. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi açıq-aşkar qeyd edilmişdir.
27. Nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödə nilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tərcüməçi xidməti göstərmək məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə tərcüməçi xidməti üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.
28. Cavabdeh orqanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəz ərdə tutulmuşdur.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda barəsində şikayət verilən qərarının ləğv olunması üçün əsas hesab edilə bilməz. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1 03)-731/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.