Məhkəmə qərarları › İş №2-1(102)-2300/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2300/2019

24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2300/2019 24.07.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-2300/19 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-2437/2018 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xxxx 1979-cu il tarixdən xxxx 1981-ci il tarixədək Azərbaycan Radio və Televiziya Mərkəzində işıqçı, xxxx 1994-cü ildən xxx 1997-cii lədək Sumqayıt şəhərindəki 33 saylı yanacaqdoldur ma məntəqəsində operator işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2576/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-2437/2018 saylı qərarı nəticə hissəsinə, “... ona yaşa görə” sözlərindən sonra “xxxx 2018-ci il tarixdən” sözləri əlavə ed ilməklə, dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2576/2018 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2576/2018 saylı qərarı cavabdehə xxxx 2018-ci il tarixdə təqdim edilmiş, xxxx 2018-ci il tarixdə həmin qərardan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdehtərəfindən xxxx 2019-cu il tarixdəkassasiya şikayəti poçta təqdim edilmiş və xxxx 2019-cu il tarixdə kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə ərizə verilməmiş, bununla da qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət cavabdehtərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi və vəkili Vəkil xxxx 2019-cu il ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə dəvət edilsələr də, sonuncular hər hansı səbəb bi ldirmədən iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-c ü maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar