Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2300/2020 02.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın il tarixli, 2-1(103)982/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 dekabr 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində vahid əmlak kimi iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və texniki pasportun, daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciə t etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsinin İİ qrup əlilidir. 22.12.2004-cü il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzili əldə etmişdir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən bu mənzil 03.02.2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Bu bir mərtəbəli, zirzəmisi olmayan bina 1910-cu ildə tikilmişdir. 1930-cu illərdə həmin bina şərti bölünərək 4 (dörd) ailəyə yaşamaq üçün verilmişdir. Sonradan hər ailə fərdi şəkildə (ayrı-ayrılıqda) yaşadığı sahəsinin girişini tikmiş, dam örtüyünü quraşdırmış (tikmiş), işıq, su qaz xətlərini çəkmişdir. Adı gedən binanın yerləşdiyi yaşayış məntəqəsində mərkəzi kanalizasiya sis teminin olmadığından (hal hazırda da mövcud deyil) hər ailə ayrı-ayrılıqda binanın yaşadığı hissəsinin qarşılığında olan torpaq sahəsində sanitar qovşağını, maye çirkab quyusunu tikmiş və həmin torpaq sahəsinin ətrafında çəpər çəkmişdir (tikmişdir). Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, Binəqədi qəsəbəsi 1 Mədən ünvanında yerləşən ev 16-nın tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı ol mayan konstruksiyaların ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) mövcud olmayıb. 16 saylı evdə mövcud olan dörd mənzildən yalnız iddiaçıya məxsus olan mənzil özəlləşdirilmişdir. Bu dörd mənzil sahibindən yalnız iddiaçı binanın sahə mülkiyyətçisi hüququna malikdir. İddiaçıya məxsus olan mənzilin 715 inventar nömrəli 20.10.2004-ci il tarixli texniki pasportuna əsasən 1910-cu ildə tikilmiş 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmiş həmin mənzilin sanitar qovşağı (hamam-tualet) və kanalizasiya sistemi olmayıb. Birinci instansiya məh kəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin 16.12.2019-cu il tarixli, 2-1(81)-3494/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçının adına ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrinda qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan – 0,07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 1391.1, 180.2, Torpaq Məcəlləsinin 5, 9, 46, 48-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.2, 8.0, 8.0.5, 12.1, 15.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1, 68.1, 68.2-ci maddələrinə əsaslanmışdır.
5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.12.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(103)-982/20 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci inst ansiya məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)-3494/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi maddi və prosessual hüquq normalarına, həmçinin «İnzibati icraat haqqında» Qanunun 30, 30.4, 32.1, 32.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri:
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair çıxarış almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə 10 iyun 2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Lakin apelyasiya şikayətinə əlavə edilmiş X1 İdarəyə ü nvanlanmış ərizəsindən də göründüyü kimi iddiaçı X4 tərəfindən müvafiq ünvanda inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış almaq məqsədilə İdarəyə rəsmi müraciət edilməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi fərdi yaşayış evinə dair hissədə mümkün sayılmamalıdır.
9. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən müvafiq daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Lakin müvafiq mənzilin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
10. Bundan başqa, müvafiq torpaq sahəsi Dövlət Neft Şirkətinə ayrılmış ərazinin sərhədləri daxilində yerləşir.
11. Müvafiq torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
12. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
13. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-982/2020 saylı qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi il tarixli, 2-1(103)-982/2020 saylı qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 5 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində vahid əmlak kimi iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və texniki pasportun, daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyəti kimi 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır, iddiaçı rayon icra hakimiyyətinin sərəncamı əsasında həmin evi sökərək yeni fərdi yaşayış evi inşa etmişdir. İddiaçı hazırda fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 hektar torpaq sahəsinin vahid əmlak kimi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə digər mülkiyyətçilərə məxsus sahədə yerləşməsi əsası ilə daşınmaz əmlakı qeydiyyata almaqdan imtina edir.
19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri əsas sızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçını ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbində haqlı hesab etmişdir.
20. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dai r qəbul olunmuş aktlar; 139-1.1.5. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. 5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
22. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqlar ın dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 1 4-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh sözügedən qanunun 15.1-ci maddəsində müəyyən edilmiş əsasların iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.2.-ci maddəsinə əsasən, daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.
26. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya mə hkəməsi eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ünvan 5 ünvanında yerləşən 0,07 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində tələbi əsassızdır.
27. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsində göstərilmişdir: «1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri – dövlət mülkiyyətində olan torpaq sahələri üzərində – Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində – bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində – Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.»
28. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
29. Həmin Məcəllənin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriya lara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir...
30. Həmin Məcəllənin 46-ci maddəsində göstərilmişdir: «1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dən izinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20–50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpaq lar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.»
31. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.
32. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində alınmasını tələb etdiyi 0,07 hektar torpaq sahəsinin iddiaçının istifadəsi və ya sahibliyində olmasına dair sənədlər təqdim edilməmişdir.
33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-ci maddəsinə görə dövlət mülkiyyətində olan torpaqlara dövlətin müstəsna mülkiyy ətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
34. Eyni zamanda, məhkəmə kollegiyası, kasasiya şikayətində göstərilən iddiaçı tərəfindən müvafiq ünvanda inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış almaq məqsədilə İdarəyə rəsmi müraciət daxil olmaması, bu səbəbdən də iddiaçının iddia tələbi fərdi yaşayış evinə dair hissədə mümkün sayılmaması dəlillərini əsassız hesab edir.
35. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi iddiaçıya ünvanlandığı 08 iyul 2019-cu il tarixli, **********67 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilm əsi ilə bağlı ********** nömrəli, 10 iyun 2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlərin sürətdir. Bununla əlaqədar bildirilmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması qanunvericiliyə uyğun deyildir. Belə ki, torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir.
36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Mə cəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının il tarixli, 2-1(103)-982/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.