Məhkəmə qərarları › İş №2-1(102)-2300/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2300/2024

01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2300/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; ümumi iş stajı; peşə təhsili müddətinin sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)-1619/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. O, xx.xx.1983 - xx.xx.1985-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər 12 nömrəli Orta Ümumtəhsil Məktəbində “Makinaçılıq və müasir kargüzarlığın əsasları” proqramı üzrə təlim keçmiş, ona “Makinaçı” ixtisası və bu barədə, Azərbaycan SSR Maarif Nazirliyi Bakı şəhər xalq maarif şöbəsi tərəfindən 428 nömrəli şəhadənamə verilmiş, 1985-ci il tarixdə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, 1987-ci ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçı xx.xx.1988-ci il tarixdən Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutun filialında mədə-ezofagial cərrahiyyə şöbəsinə tibb bacısı təyin edilmiş, xx.xx.1988-ci il tarixdən cərrahiyyə şöbəsinə tibb bacısı keçirilmiş, xx.xx.1990-cı il tarixdən ümumi cərrahiyyə şöbəsinə tibb bacısı yerinə keçirilmiş, xx.xx.1994-cü il tarixdən işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdən 5 nömrəli X1 Xəstəxanasının reanimasiya şöbəsində 1 stavka tibb bacısı təyin edilmiş, xx.xx.2021-ci il ta rixdən işdən azad edilmiş, xx.xx.2021-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə X3 Tibb Mərkəzi 5 nömrəli X2 Reanimasiya şöbəsinə tibb bacısı qəbul edilmişdir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən Nizami rayon xalq maarifi şöbəsinin 428 nömrəli şəhadətnaməsində iddiaçının xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər 12 nömrəli Orta Ümumtəhsil Məktəbində təlim keçməsi qeyd olunmuşdur. Göründüyü kimi, sözügedən təlim dövrü yuxarıda qeyd olunan ali orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddətinə aid deyildir. Buna görə də, 01 yanvar 2006-cı il tarixədək iddi açının ümumi iş stajı 20 ildən az (19 il 8 ay 28 gün (xx.xx.1985 - xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçının tələbi hazırkı- qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubda qeyd olunanlar təşkil edir.

7. Bakı İnziba ti Məhkəməsinin (hakim: L.S.Musayeva) 05 dekabr 2023-cü il tarixli, 21(112)-14675/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü olmaqla, 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Odur ki, onun xx.xx.2006-cı il tarixədək əmək stajı nəzərə alınmalıdır.

9. İddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, o, xx.xx.1988-ci il tarixdən hal-hazıradək (zərəli iş stajı xx.xx.2006-cı il tarixinədək hesablanmalı olduğuna görə 10 ildən çox) tibb bacısı peşəsində işləmişdir. İşləd iyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri vərəm və infeksion xəstələrlə daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə 2260000a vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. İddiaçının mübahisələndirilməyən 19 il 8 ay 28 gün əmək stajı mövcuddur. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər 12 nömrəli Orta Ümumtəhsil Məktəbində təlim keçdiyi dövr əyani təhsil müddətinə aid olmadı ğından həmin dövrü onun sığorta stajına daxil etmək mümkün olmamışdır.

10. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həm qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun “ğ” bəndi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndi ilə müəyyən edilmişdir ki, peşə təhsili məktəbində təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir. İddiaçı xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər 12 nömrəli Orta Ümumtəhsil Məktəbində “Makinaçılıq və müasir karküzarlığın əsasları” proqramı üzrə təlim keçərək, “Makinaçı” ixtisası üzrə şəhadənamə almışdır. Odur ki, həmin mü ddət onun sığorta stajına daxil edilməlidir. Həmin müddət iddiaçının siğorta stajına daxil edildikdə isə onun ən azı 20 il ümumi stajının olduğu müəyyən edilir. İddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yaşı (52 yaş), eləcə də xx.xx.2006-ci il tarixədək azı 20 il ümumi iş stajı, bu müddətin azı 10 ilini 2 saylı Siyahı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi nəzərə alınmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) ap ellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 16 aprel 2024-cü il tarixli, 2-1(103)-1619/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, qanunvericiliyin tələbinə əsasən ali, orta ixtisas və texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Lakin iddiaçı Bakı şəhər 12 nömrəli Orta Ümumtəhsil Məktəbində təlim keçmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmadan əsassız olaraq iddiaçının təlim keçdiyi dövrlər təhsil müddəti kimi nəzərə alınmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ail ə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığ orta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.... 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb ): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.... Maddə

67. İş stajına daxi l edilən əmək fəaliyyətinin növləri:... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericil iyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qi ymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş həddinə (52 yaş) çatması və xx.xx.2006-cı il tarixədək 2 saylı Siyahı üzrə azı 10 il güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməməklə iş materialları ilə öz təsdiqini tapır.

28. İşin mübahisələndirilən halı iddiaçının ümumi iş stajı ilə bağlıdır ki, cavabdeh inzibati orqan xx.xx.2006-cı il ta rixədək iddiaçının ümumi iş stajının 20 ildən az (19 il 8 ay 28 gün (xx.xx.1985 - xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğunu bildirir və iddiaçının xx.xx.2006-cı il tarixədək xx.xx.1983 - xx.xx.1985-ci il tarixləri arasındakı dövrdə Bakı şəhər 12 nömrəli Orta Ümumtəhsil Məktəbində təhsil aldığı müddəti onun iş stajına daxil etmir.

29. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan pensiya təminatı ilə bağlı qanunvericilik həmin təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutmuşdur. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən artıq olduğu müəyyən edilir. Odur ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 18-21-ci bəndlərində istinad olunan qanunvericiliyin tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 21(104)-1619/20 24 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar