Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2301/2019 ALİ MƏHKƏMƏ İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə Açar söz: icra icraatına xitam verilməsi. GİRİŞ HİSSƏ 11.09.2019 Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 Alnağı oğlunun və iddiaçıların vəkili Vəkil, üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 və nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1-nin və İddiaçı2 Alnağı oğlunun cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı “icra vərəqəsi üzrə icra işinə xitam verilməsi və s.” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 Alnağı oğlu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 09.08.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli icra vərəqi üzrə icra işinə xitam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların vəkili Vəkil Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli icra vərəqi üzrə icra işinə xitam verilməsi, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci, 79-cu və 81-ci maddəsinə əsasən 7 faizi həcmində icra ödənişinin alınmasının qanunsuz hesab edilməsi və iş üzrə icraata xitam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3725/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3725/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul e dilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadı ilə üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3725/2018 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçılar əvvəlcə hazırkı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi isə 31.07.2018-ci il tarixli cavab məktubu ilə iddiaçılara 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinə müraciət etmələrini tövsiyə etmişdir. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi onların iddia tələbini mümkün saymamışdır. Kassator Azərbayc an Respublikası İPM-nin 2.2.3, 34.1, 35.1, 82-ci maddələrinə və MPM-nin 386, 417.3, 418.1-ci maddlərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılamasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və iddiaçıların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/ 2019 saylı 12 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 və nümayəndəsi X4 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razı laşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respu blikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müə yyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasın a nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun müddəalarında da irəli gəlir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli Qərarındakı əks olunmuş hüquqi mövqeyə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyi ilə əlaqədar icra sənədini verən məhkəməyə müraciət edilməlidir. Hazırkı iş üzrə iddiaçıya inzibati-iqtisadi məhkəmələr tərəfindən icra sənədi verilmədəyindən işə inzibati icraat qaydasında baxılması yol verilməzdir. “İnzibati məhkəmə icraatında iddianın mü mkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətləri və hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən,ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu baxımdan belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından. hərəkət və hərəkətsizliklərindən şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilir. Beləliklə, iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2013-cü il tarixli icra vərəqi üzrə icra işinə xitam verilməsi ilə bağlı iddia tələbi ilə icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə müraciət etməli olduğu halda inzibati-iqtisadi məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçıların “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci, 79-cu və 81-ci maddəsinə əsasən 7 faizi həcmində icra ödənişinin alınmasının qanunsuz hesab edilməsinə dair iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş materialları ilə icra məmurunun iddiaçılardan 7 faizi həcmində icra ödənişinin alması sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə də mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətl əri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İ nzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1-nin və İddiaçı2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)117/2019 saylı 12 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2301/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2301/2019
11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver