Məhkəmə qərarları › İş №2-1(102)-2301/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2301/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2301/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əlizadə Mahir Məmmədəli oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Əlizadə Mahir Məmmədəli oğlunun (xx.xx.N974-cü il təvəllüdlü; FİN: 0YCCFMR) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-N(N03)-N40/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin Mərkəzi Arxivinin N5 aprel 20N6-cı il tarixli, 9/2-3088 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komadirinin N iyun N-ci il tarixli, 40 nömrəli əmrində iddiaçının adı (əmrdə soyadı Əliyev yazılmış, adı və atasının adı tam yazılmamış, əmr hərbi hissə komandiri tərəfindən bağlanılmamışdır) şəxsi heyətin adlı siyahısında göstərilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (Əliyev Mahir Məmmədəli yazılmış, təvəllüdü qaralanaraq “74” qeyd edilmişdir) 06.92-ci il tarixdə Abşeron RHK-dan çağırılmış 30. 05.74-cü il təvəllüdlü olması barədə qeyd edilmiş, xidməti barədə isə qeydiyyat aparılmamışdır.

2. Cavabdehin İşlər İdarəsi Mərkəzi Arxivinin 2N iyun 20N9-cu il tarixli, 9/2-8485 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında Əliyev Mahir Məmmədəli oğlunun xx.xx.N-ci il tarixdə Abşeron RHK-dan çağırılması, xx.xx.N-ci il tarixdə hərbi hissəyə daxil olması və komandirin xx.xx.N4-cü il tarixli 56 nömrəli əmri ilə 5-ci MAT-a keçirilməsi barədə məlumat vardır. N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli, 40 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) M.M.Əliyevin 500 km-lik nəqliyyatla getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məlumat vardır. Gözətçi bölüyünün sıravi əsgəri Əliyev M ahir Məmmədəli oğlu fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 94 nömrəli əmri ilə əsgər yeməkxanasında yeməklə təmin olunmuşdur. Komendant tağımının ştatdan xaric olunmuş əsgəri Əliyev Mahir Məmmədəli oğlu N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 56 nömrəli əmri ilə hərbi xidmətini davam etdirmək üçün 5-ci moto-atıcı tabora təyin olunmuşdur. N () nömrəli hərbi hissə komandirinin avqust N-ci il tarixli, sentyabr, noyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin N0 fevral 202N-ci il tarixli, 255 nömrəli arayışına əsasən iddiaçı xx.xx.N-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərb i hissədə, mart N3-cü il tarixdən xx.xx.N4cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin 0.08.N4-cü il tarixli, N50 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

4. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202N-ci il tarixli N/Ə-6350 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivinin 2N iyun 20N9-cu il tarixli, 9/2-8485 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissə komandirinin avqust N-ci il tarixli, sentyabr, noyabr N3-cü il tarixli nizami hissə üzrə əmrlər ində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Yaycı kəndində anadan olmuş, erməni faşistlərinin torpaqların işğalından müdafiəsi zamanı döyüş bölgələrində vuruşmuşdur. Belə ki, o, xx.xx.N-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərbi hissədə, mart N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissələrin tər kibində xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, N il 6 ay həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçmişdir. Vəzifəsi ixtisara düşdükdən sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N50 nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyata durmaq üçün Abşeron rayon hərbi komissarlığına göndərilmişdir. Bütün bu qeyd etdiyi faktlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.202N-ci il tarixli, 255 nömrəli arayışda da öz əksini tapmışdır. Onun xidməti dövründə heç bir fərarilik hadisəsi baş verməmişdir. Kitaba bu cür salınmasının səbəbi briqada tərkib ində yerdəyişmələri zamanı onun hərbi biletinin onunla bərabər qeydiyyata salınmadığı üçün iddiaçı hərbi xidmətdə ola-ola onun hərbi biletini fərarilər siyahısına salmışdılar. İddiaçının səyi nəticəsində onun hərbi biletinin tapılmasını tələb edən zaman adı fərarilər siyahısında aşkar olunmuş və bundan sonra həmin siyahıdan çıxarılaraq, əmrlər kitabına salınmışdır. Bunu sübuta yetirmək üçün onun kifayət qədər şahidləri vardır.

7. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan nor manın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin hərbi xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 23 aprel 202N-ci il tarixli, 9/2-3372 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N mart N4-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-xx.x x.N4-cü il tarixli nizami hissə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla da Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 3 mart 202N-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 20 may 202N-ci il tarixli, 2-N(NN2)-554N/202N nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 5 oktyabr 202N-ci il tarixli, 2-N(NN8)N598/202N nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.N-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərbi hissədə, mart N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və həmin hərbi hissələrin tərkibində xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, N il 6 ay həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçmişdir. İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N50 nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdehin etiraz ərizəsində göstərdiyi nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N4-xx.xx.N4-cü il tarixli nizami hissə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında göstərilən N saylı hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N50 nömrəli əmri qanuni əsaslarla verilmişdir. Belə ki, Mahir Əlizadə müddətdən artıq hərbi qulluqçu olduğuna görə müharibə dövründə hərbi xidməti xx.xx.NNci il tarixindən xx.xx.N6-cı il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərarlara uyğun tətbiq etmək düzgün deyildir. Bu səbəbdən də iddiaçı qanunvericiliyin tələblərinə görə hərbi xidmətdən tərxis olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zaman döyüşlərdə iştirak etməsi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi hüququnu q azanmış olur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/33245 nömrəli arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.N-xx.xx.N-ci və xx.xx.N3-xx.xx.N4-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-3208 nömrəli məktubunda göstərilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 40 nömrəli əmrində M.M.Əliyevin 500 km-lik nəqliyyatla yol hərəkətinə ge tməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məlumat vardır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N – iyul N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır.

14. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, NN/2872 nömrəli məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, N nömrəli hərbi hissə müdafiə nazirinin N aprel N-ci il tarixli 0N25 nömrəli əmri ilə yaradılmışdır. N nömrəli hərbi hissə müdafiə nazirinin N noyabr N-ci il tarixli 0389 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bazasında yaradılmış, müdafiə nazirinin N4 oktyabr N3-cü il tarixli 0230 nömrəli əmri ilə təlim mot oatıcı briqada kimi formalaşdırılmış və müdafiə nazirinin 3N mart N4-cü il tarixli 0N02 nömrəli əmri isə motoatıcı kimi yenidən təşkilatlanmışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-N(N05)-N40/2022 nömrəli qərarı (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 5 oktyabr 202N-ci il tarixli, 2-N(NN8)N598/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının fərarilikdən qayıtmağı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işdə olan Azərbaycan Respublikası Müdaf iə Nazirliyinin N7 avqust 202N-ci il tarixli, 4/2-279 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N50 nömrəli əmri ilə öz ərizəsinə əsasən xx.xx.N4-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuşdur.

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh hesab edir ki, Mərkəzi Arxivinin N7 avqust 202N-ci il tarixli, 4/2-279 nömrəli arxiv arayışına əsasən N () nömrəli hərbi hissə komandirinin N iyun N-c i il-N2 dekabr N-ci il və N nömrəli hərbi hissə komandirinin yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Arxiv arayışında həmçinin, iddiaçının fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli 94 nömrəli əmri ilə əsgər yeməkxanasında yeməklə təmin olunduğu qeyd edilmişdir. Qeyd olunan əmrlər əsasında müəyyən edilir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, fərarilikdən qayıtdıqdan sonra N noyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Digər tərəfdən, N nömrəli hərbi hissə N7 mart 2022-ci il tarixli, 4/33245 nömrəli arayışa əsasən 22 aprel N-ci il tarixdən N9 sentyabr N-ci il və 5 dekabr N3-cü il tarixdən N2 may N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin, iddiaçının hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə N nömrəli hərbi hissədə xidməti arxivdə olan əmrlərlə öz təsdiqini tapmır. Belə ki, Mərkəzi Arxivin N7 avqust 202N-ci il tarixli 4/2-279 nömrəli arayışında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının 29 iyun N-ci il tarixdə hərbi hissəyə daxil olması qeyd edilmişdir. Həmin arayışa əsasən, N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli əmrində 500 metrlik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq iddiaçının yeməkxana siyahısından çıxarılması əks edilmişdir. Qeyd olunan əmrdə iddiaçının N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli əmri ilə 500 metrlik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısındən çıxarılmasının qeyd edilməsi məhz N nömrəli hərbi hissəni ehtiva edir. Belə ki, N9 iyul 2022-ci il tarixli N4/2058 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə müdafiə nazirinin N noyabr N-ci il tarixli 0389 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bazasında yaradılmışdır. Həmçinin, N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli əmrində iddiaçının adı və atasının adı tam qeyd edilməməsi əmrin ona aid olmasını təsdiq etmir. Digər tərəfdən, N iyun N-ci il tarixli əmrində 500 metrlik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq əsgər yeməkxanasında çıxarılmaya dair əmr həmin hər bi hissədə iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq etmir. Qeyd olunan xüsusatlar inzibati işə baxan hər iki məhkəmə instansiyaları tərəfindən araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar: (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakim iyyəti orqanı tərəfindən təsdiq edilir. (-); Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahl ı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-); Azərbaycan Respu blikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatlar ı aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnfo rmasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-); Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsl ər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-); Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibin də döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. (-).

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şik ayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.N. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qə rar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.N0. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.NN. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.

26. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblərdən irəli gəlir.

27. İddiaçı xx.xx.N-ci il tarixdən mart N3-cü il tarixədək N nömrəli hərbi hissədə, mart N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etdiyini, həmin hərbi hissələrin tərkibində xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyini, N il 6 ay həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra hərbi hissə komandirinin əmri ilə müddətdən artıq hərbi xidmət keçdiyini, vəzifəsi ixtisara düşdükdən sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli N50 nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxıldığını əsas göstərərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini iddia edir.

28. Cavabdehin şikayətinin dəlillərinə görə: - N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il-N2 dekabr N-ci il və N nömrəli hərbi hissə komandirinin yanvar-mart N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmiş; - arxiv arayışında iddiaçının fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə kom andirinin N noyabr N3-cü il tarixli 94 nömrəli əmri ilə əsgər yeməkxanasında yeməklə təmin olunduğu qeyd edilmiş; - “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş; - N nömrəli hərbi hissə N7 mart 2022-ci il tarixli, 4/33245 nömrəli arayışa əsasən 22 aprel N-ci il tarixdən N9 sentyabr N-ci il və 5 dekabr N3-cü il tarixdən N2 may N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş; - iddiaçının hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə N nömrəli hərbi hissədə xidməti arxivdə olan əmrlərlə öz təsdiqini tapmamış; - N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının 29 iyun N-ci il tarixdə hərbi hissəyə daxil olması qeyd edilmiş; - N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli əmrində 500 metrlik nəqliyyatla yol hərəkətinə getməsi ilə əlaqədar olaraq iddiaçının yeməkxana siyahısından çıxarılması əks edilmiş; - N nömrəli hərbi hissə müdafiə nazirinin N noyabr N-ci il tarixli 0389 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bazasında yaradılmışdır.

29. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. İşin müəyyən olunmuş hallarından göründüyü kimi arxiv sənədlərində və müvafiq əmrlərdə iddiaçının xidmət etdiyi üç hərbi hissənin – 704, N və 704(877) nömrəli hərbi hissələrin adı qeyd olunmuşdur.

31. N nömrəli hərbi hissə xx.xx.N-ci ildə yaradılmış, xx.xx.N-xx.xx.N-ci ildə və xx.xx.N3-xx.xx.N4-cü ildə döyüş əməliyyatlarında iştirak etmişdir. 3

2. N nömrəli hərbi hissə müdafiə nazirinin N noyabr N-ci il tarixli 0389 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bazasında yaradılmış və döyüş əməliyyatlarında iştirak etməmişdir.

33. Həmçinin cavabdehin Mərkəzi Arxivinin N5 aprel 20N6-cı il tarixli, 9/2-3088 nömrəli arxiv arayışına əsasən: - N nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli, 40 nömrəli əmrində iddiaçının adı (əmrdə soyadı Əliyev yazılmış, adı və atasının adı tam yazılmamış, əmr hərbi hissə komandiri tərəfindən bağlanılmamışdır) şəxsi heyətin adlı siyahısında göstərilmiş; - N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (Əliyev Mahir Məmmədəli yazılmış, təvəllüdü qaralanaraq “74” qeyd edilmişdir) 06.92-ci il tarixdə Abşeron RHK-dan çağırılmış 30.05.74-cü il təvəllüdlü olması barədə qeyd edilmi ş, xidməti barədə isə qeydiyyat aparılmamışdır – halbuki N nömrəli hissə xx.xx.N-ci ildə yaradılmışdır, amma şəxsi heyətin əlifba qeydiyyat kitabında iyun N-ci il qeyd edilmişdir.

34. Daha sonra, cavabdehin İşlər İdarəsi Mərkəzi Arxivinin 2N iyun 20N9-cu il tarixli, 9/2-8485 nömrəli arxiv arayışına əsasən: - N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında Əliyev Mahir Məmmədəli oğlunun xx.xx.N-ci il tarixdə Abşeron RHK-dan çağırılması, xx.xx.N-ci il tarixdə hərbi hissəyə daxil olması və komandirin xx.xx.N4-cü il tarixli 56 nömrəli əmri ilə 5-ci MATa keçirilməsi barədə məlumat vardır. Nəzərə alınmalıdır ki, N nömrəli hissə xx.xx.N-ci ildə yaradıldığından iddiaçının xx.xx.N-ci il tarixdə həmin hərbi hissəyə daxil olmasının qeyd edilməsi barədə ziddiyyət araşdırılmamışdır; - N () nömrəli hərbi hissə komandirinin N iyun N-ci il tarixli, 40 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) M.M.Əliyevin 500 km-lik nəqliyyatla getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılması barədə məlumat vardır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının xx.xx.N-ci il tarixdə Abşeron RHK-dan çağırılması göstərilsə də, onun hansı əsasla xx.xx.N-ci il tarixdə 500 km-lik nəqliyyatla getməsi ilə əlaqədar olaraq yeməkxana siyahısından çıxarılmasının göstərilməsi və iddiaçının xx.xx.N-ci il tarixdən öncəki xidməti barədə müvafiq araşdırma aparılmamışdır. - Gözətçi bölüyünün sıravi əsgəri Əliyev Mahir Məmmədəli oğlu fərarilikdən qayıtdığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 94 nömrəli əmri ilə əsgər yeməkxanasında yeməklə təm in olunmuşdur.

35. İlkin olaraq, iddiaçının xidmət etdiyi hərbi hissələr – 704, N və 704(877) bir çox sənədlərdə bir-biri ilə qarışdırılmış, iddiaçının xidmət etdiyi dövr, hansı müddətdə hansı hərbi hissədə xidmət etməsi, iddiaçının xidməti dövründə hər bir hərbi hissənin yaranma tarixi və döyüş əməliyyatlarında iştirakı ilə bağlı məlumatlar arasında ziddiyyətlər mövcud olmuşdur.

36. İş üzrə təkrar apellyasiya baxışı zamanı N nömrəli hərbi hissə yarandıqdan sonra N nömrəli hərbi hissənin fəaliyyətinin davam etdirilib-etdirilməməsi aydınlaşdırılmalı, 704(877) kimi qeyd edilən hərbi hissənin rəsmi qaydada mövcud olub-olmaması müəyyən edilməli, əgər belə bir hərbi hissə olmamışdırsa, iddiaçının xidmətinin hansı hərbi hissəyə (704 və ya 877) aid edilməsi araşdırılmalıdır.

37. Bundan başqa, idd iaçının konkret olaraq hansı hərbi hissədə (704, N və 704(877)) dəqiq tarixlər göstərilməklə xidmətdə olması müəyyən edilməli, bundan sonra həmin tarixlərə uyğun olaraq müvafiq hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edibetməməsi araşdırılmalı və həmin araşdırmanın nəticəsinsdən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə müvafiq qərar qəbul edilməlidir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Qeyd hissəsinə görə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə müharibə veteranı ad ı və vəsiqəsi verilmir.

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.N3-cü il tarixə qədər fərarilik etməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, cəlb edildiyi halda cinayət işinin nəticəsi barədə araşdırma aparmamışdır.

40. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.

41. Apellyasiya məhkəməsi tərəfindən İPM-in N2, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kasasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.N0, 96.NN və 98.N-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya ş ikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 2-N(N03)-N40/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar