Məhkəmə qərarları › İş №2-1(102)-2301/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2301/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2301/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.11.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1529/2023 nömrəli qərardadından id diaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vətəndaşlıq mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Ukraynada doğulmuşdur. Əslən Azərbaycanlıdır. Bakı şəhəri 175 saylı tam orta məktəbində təhsil almış və 1993-1994-cü illərdə Bərdə rayonunda hərbi xidmətdə olmuşdur. AR CM-nin 334-cü maddəsi ilə məhkum olunmuşdur. 1996-cı ildə əfv olunmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Məhkum olunduğundan şəxsiyyət vəsiqəsi cəzaçəkmə müəssisəsində qalmışdır. Şəx siyyət vəsiqəsinin alınmasında problem yaşadığına görə sonradan vətəndaşlıq mənsubiyyətinin tanınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Bir neçə dəfə Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, onların heç birinə cavab verilməmişdir. Dövlət Miqrasiya Xidmətinin onun işinə qarşı saymazyana yanaşması səbəbindən aylardır ki, vətəndaşlıq mənsubiyyətini ala bilmir, ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı elektron qaydada DMX-ya müraciət edərək vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciəti edəcəyi zamanı doğum haqqında şəhadətnamənin əslinin olmamasının nəzərə alınmas ını xahiş etmişdir. Şəxsin müraciətinə baxılmış və müraciət təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.5-ci bəndinə əsasən sənədlərin surətlərinin həmin sənədlərin əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər tutulan qaydada təsdiq olunmuş surətləri ilə tutuşdurulması nəzərdə tutulduğundan həmin sənədin əsli əlavə olunmadığından icraatın aparılması mümkün deyildir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11269/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd –Azərb aycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul oluna bilər. İddiaçının şəxsiyyətinin müəyyən edilməsini mümkün edən sənədin hər hansı dövlət orqanında, tədris müəssisəsində və s. təşkilat, idarə, müəssisədə olması barədə məhkəməyə məlumat verilməmişdir.

6. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1529/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, məhkəmələrə əsaslı sübutları təqdim etsə də məhkəmə araşdırmağı m əqsədəuyğun bilmədən işə laqeyd yanaşmışdır. Həmçinin məhkəmələrin istinad etdiyi mövqe düzgün deyildir. Həmin səbəb iddiaçının səlahiyyətləri daxilində olan bir məsələ deyildir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə sorğu vermiş, idarənin xx.xx.2022-ci il tarixli 74 nömrəli məktubunda əlavə məlumatın olmaması iddiaçının səhvi nəticəsində olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqları nın və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apel lyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Azərbaycan Respublikası nın Miqrasiya Məcəlləsinin 3.0-cü maddəsinə əsasən, bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.4. pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; 3.0.5. şəxsiyyət vəsiqəsi – Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd – Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul oluna bilər.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş ha llarına görə, iddiaçının şəxsiyyətinin müəyyən edilməməsini mümkün edən sənədin hər hansı dövlət orqanında, tədris müəssisəsində və s. təşkilat, idarə, müəssisədə olması barədə məhkəməyə məlumat verilməmişdir.

27. Habelə, məhkəmələrin sorğusuna cavab olaraq verilmiş məlumatlardan da görünür ki, iddiaçının hərbi xidmət keçməsi və barəsində avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir.

28. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiy a şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1529/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar