Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2302/2019 02.10.2019 ALİ MƏHKƏMƏ “xxxx”QSC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı iş üzrə (Açar söz:torpaq sahəsinin qiymətləndirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiаçı “xxxx” QSC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı bildirişlərin qanunsuz hesab edilməsi və torpaq sahəsinin qiymətləndirilməsinin icra sənədi verilən zaman qüvvədə olan əsasnamənin tələblərinə uyğun aparılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-128/2019 saylı 13 fevral 2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı,30 iyun 2015-ci il tarixli qərarı ilə İddiaçı-nin iddiası təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanunsuz hesab edilmiş, ”İddiaçı “ QSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmiş, 17.03.2016-cı il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarı icraya yönəlmişdir. Qərarın icrası mərhələsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı-ə 23 noyabr 2016-cı il tarixli bildir iş ünvanlanmış və ünvan 2ş əmlak kompleksinin yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən dəyəri 869.000 manat təşkil edən 4346.2 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi təklif olunmuş, torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirildiyi halda onun satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəyi, bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə isə torpaq sahəsinın hərrac vasitəsilə başqa şəxslərə satılacağı bildirilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə m əhkəməyə müraciət edərək cavabdehlərin bildirişlərinin qanunsuz hesab edilməsi və İddiaçıQSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsinin, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında “Əsasnamənin tələblərinə uyğun aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1852/2017 saylı, 31 may 2017ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1852/2017 saylı,31 may 2017ci il tarixli qərarından cavabdeh lər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2236/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qərarı ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 may 2017-cil il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 1(102)-284/2018 saylı 23 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2236/2017 saylı iş üzrə 11 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, öhdəliyin icrası haqqında hazırkı iddiada cavabdehin hərəkətlərinin qanuniliyinə qiymət verilərkən qüvvədə olan qanunvericiliyin tələblərindən çıxış edilməlidir. İşin hallarından da göründüyü kimi daşınmaz əmlakın satın alınması ilə bağlı təklif irəli sürərkən cavabdeh qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin satın alınması ilə bağlı cavabdeh tərəfindən 23 noyabr 2016-cı ildə təklif ve rilərkən qeyd edilən dəyişikliklər artıq qüvvəyə minmişdi. Məhkəmə isə öhdəliyin icrası haqqında iddialara baxarkən qüvvədə olan normanın tələbini nəzərə almaya bilməz. Bununla yanaşı, iddiaçı təklif olunan qiymətin özünü (həmin qiymətin yaranma əsaslarını) mübahisələndirmək imkanına malikdir və bu hüququndan istifadə edə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-128/2019 saylı, 13 fevral 2019-cu il tarixli qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1852/2017 saylı,31 may 2017-ci il tarixli qərarı ləğv edilmiş, torpaq sahəsinin özəlləşdirilməsinə dair iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan qanunvericiliyin qevvədə olan tələblərinə riayət edərək və iddiaçıya üstünlük hüququ tanıyaraq, satın alınmasını müba hisəli torpaq sahəsinin üstündə yerləşən özəlləşdirilmiş obyektin mülkiyyətçisinə, yəni iddiaçıya təklif etmişdir. Öhdəliyin icrası haqqında hazırkı iddiada cavabdehin hərəkətlərinin qanuniliyinə qiymət verilərkən qüvvədə olan qanunvericiliyin tələblərindən çıxış edilməlidir. İşin hallarından da göründüyü kimi daşınmaz əmlakın satın alınması ilə bağlı təklif irəli sürərkən də cavabdeh qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin satın alınması ilə bağlı cavabdeh tərəfindən 23 noyabr 2016-cı ildə təklif verilərkən qeyd edilən dəyişikliklər artıq qüvvəyə minmişdi. Məhkəmə isə öhdəliyin icrası haqqında iddialara baxarkən qüvvədə olan normanın tələbini nəzərə almaya bilməz. Bununla yanaşı, iddiaçı təklif olunan qiymətin özünü (həmin qiymət in yaranma əsaslarını) mübahisələndirmək imkanına malikdir və bu hüququndan istifadə edə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-128/2019 saylı, 13 fevral 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlərin bildirişlərinin qanunsuz hesab edilməsi və İddiaçıQSC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsinin,icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnam ənin tələblərinə uyğun aparılması barədə qərar qəbul edilməsi olduğu halda, apellyasiya instansiya məhkəməsi qərarın giriş hissəsində iddia tələbini “torpaq sahəsinin özəlləşdirilməsi” kimi göstərmiş, qərarın nəticə hissəsində də iddiaçının cavabdehlərə qarşı torpaq sahəsinin özəlləşdirilməsinə dair iddia tələbinin təmin olunmadığını qeyd etmişdir. Halbuki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı,30 iyun 2015-ci il tarixli qərarı ilə İddiaçı-nin iddiası təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanunsuz hesab edilmiş, ”İddiaçı “ QSCnin istifadəsində olan Ünvan1 ünvanda yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmiş, 16.03.2016-cı il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı,30 iyun 2015-ci il tarixli qərarı icraya yönəlmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etsə də öz qərarını əsaslandırmamışdır. Kassator MPM-nin 88-ci maddəsinə, İPM-nin 87.8-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 13.02.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarının ləğv olunması və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmışdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdeh Azərbayc an Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə1 vəkilsiz təmsil olunduqlarından işə onların izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 13.02.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. ünvan 4 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.12.1995-ci il tarixli 1705 saylı sərəncamı ilə “X” SC-nə ayrılmış, həmin torpaq sahəsində cəmiyyətin öz vəsaiti hesabına inşa edilmiş tikililər üzərində mülkiyyət hüququnu 17.08.2004-cü il tarixli 30/180 saylı qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Bundan sonra Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 31.08.2004-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən əmlak “X” SC tərəfindən İddiaçı-ə satılmışdır. İddiaçı-nin həmin torpaq sahəsində inşa etdiyi tikililər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin verdiyi 24.02.2012-ci il tarixli ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı tikili altında olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi b undan imtina etdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətlərinin qanunsuz hesab edilməsini və İddiaçı-nin istifadəsində olan ünvan 6 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı, 30 iyun 2015-ci il tarixli qərarı ilə İddiaçı-nin iddiası təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanunsuz hesab edilmiş, İddiaçı-nin istifadəsində olan ünvan 6 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmiş, cavabdeh tərəfindən bu günədək icra edilməmişdir. Qərarın icrası mərhələsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi tərəfindən İddiaçı-ə 23 noyabr 2016-cı il tarixli bildiriş ünvanlanmış və ünvan 2ş əmlak kompleksinin yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən dəyəri 869.000 manat təşkil edən 4346.2 kv.metr torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi təklif olunmuş, torpaq sahəsinin satın alınmasına və ya icarəyə götürülməsinə razılıq bildirildiyi halda onun satış qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyənləşdiriləcəyi, bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq sahəsinin satın alınmasından və ya icarəyə götürülməsindən imtina edildikdə, habelə bu təkliflərə göstərilən müddətdə münasibət bildirilmədikdə isə torpaq sahəsinın hərrac vasitəsilə başqa şə xslərə satılacağı bildirilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlərin bildirişlərinin qanunsuz hesab edilməsi və İddiaçı-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,44 hektar torpaq sahəsinin qiymətləndirilməsinin, icra sənədi verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılması barədə qərar qəbul edilməsidir. İddiaçının tələbinin torpaq sahəsinin qiymətləndirilməsinin icra sənədi verilən zaman qüvvədə olan “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun a parılması olmasına baxmayaraq, işə baxan apellyasiya instansiya məhkəməsi isə qərarın giriş hissəsində iddia tələbini “torpaq sahəsinin özəlləşdirilməsi” kimi göstərmiş, qərarın nəticə hissəsində də iddiaçının cavabdehlərə qarşı torpaq sahəsinin özəlləşdirilməsinə dair iddia tələbinin təmin olunmadığını qeyd etmişdir. Halbuki, artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı,30 iyun 2015-ci il tarixli qərarı ilə ”İddiaçı “ QSC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi Cavabdeh2nə həvalə edilmiş, 16.03.2016-cı il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-164/2015 saylı,30 iyun 2015-ci il tarixli qərarı icraya yönəlmişdir. Başqa sözlə iddiaçının tələbi torpaq sahəsinin özəlləşdirilməsi deyil, torpaq sahəsinin qiymətlə ndirilməsinin icra sənədi verilən zaman qüvvədə olan “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasıdır. Beləliklə işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini düzgün qeyd etməməklə qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin bildirişlərinin qanunsuz hesab edilməsi” tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı tələbində “bildirişlər” sözündən istifadə etsə də, ilk növbədə həmin ifadə qeyri-müəyyən olmaqla cavabdehlər tərəfindən qəbul edilmiş qeyri-müəyyən sayda bildirişlərə yönəlir. Bundan ə lavə, iddia ərizəsinin məzmununda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı 23 noyabr 2016-cı il tarixli bildirişindən bəhs etmiş, iş materiallarında da yalnız sözügedən bildiriş mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanladığı bildiriş isə yoxdur. İPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən i zahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya İPM-nin 13.1-ci maddəsinin tələbi baxımından iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə, iddiaçı hazırkı iş üzrə 2 cavabdehə qarşı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı verilmiş, daha sonra cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi12.04.2017-ci il tarixdə vəsatət verərək Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinın cavabdehlər sırasınd a çıxarılmasını xahiş etmiş, 13.04.2017-ci il tarixli məhkəmə iclasında vəsatət təmin edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (31-ci bənd), həm də Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi (31.1.2-2-ci bənd) müstəqil inzibati orqan kimi təsbit edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə hazırkı iş üzrə prosessual həmiştirakçılığın yol verilənliyini yoxlamamışdır. Belə olan halda, apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələbi baxımından hazırkı iş üzrə hər iki cavabdehin həmiştirakçılığına yol verilib-verilməməsini müəyyən etməli, yol verilmədiyi halda hansı inzibati orqanın hazırkı iş üzrə cavabdeh qismində çıxış etməli olmasını müəyyən etməli idi. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini düzgün qeyd etməməklə, o cümlədən İPM-nin 13.1 və 30-cu maddələrinin tələblərini nəzərə almadan işə baxmaqla qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanları, başqa sözlə İPM-nin 13.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia tələbini dəqiqləşdirmədə iddiaçıya yardım etməli, İPM-nin 30.1-ci maddəsinə uyğun olaraq pro sessual həmiştirakçılığın yol verilənliyi məsələsini həll etməli, iddiaçı tərəfindən irəli sürülmüş tələbə baxmalı və iddia tələbinə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının 129, 149-cu maddələrinin və Mülki Məcəllənin 7-ci maddəsinin tələblərini nəzərə almalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 13.02.2019-cu il tarixli 2-1(103)-128/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2302/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2302/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver