Məhkəmə qərarları › İş №2-1(102)-2302/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2302/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2302/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşadığı mənzilə qaz xəttinin çəkilməsi vəzifəsinin qoyulması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1nə (bundan sonra cavabdeh) qarşı “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü və Nuran kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxsl ərin məsuliyyətinə cəlb edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-125/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Ağsu rayonu, Xasıdərə kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini X1 07.05.2009-cu il tarixində almış və onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ 28.08.2009-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı cavabdehə 29.02.2019-cu il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan evin qazlaşdırılması məqsədi ilə Xasıdərə kəndinə kəmərin çəkilməsini x ahiş etmişdir. Cavabdeh Xasıdərə kəndinin qazlaşdırılması iqtisadi cəhətdən səmərəli olmadığı üçün imtina etmişdir. Bundan sonra hazırki tələblə iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 4 may 2020-ci ildə cavabdehə qarşı ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü və Nuran kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətinə cəlb edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentin in təşəbbüsü ilə həyata keçirilən Regionların Sosial-X3 uyğun olaraq əvvəllər təbii qazla təmin olunan və hal-hazırda təbii qaz olmayan və ya ümumiyyətlə qazlaşdırılmamış yaşayış məntəqələrinin qazlaşdırılması layihəsi üzrə Ağsu rayonunun Xasıdərə kəndi ərazisindən keçməklə Nüydü-Nuran kəndləri istiqamətinə 2019-cu ilin əvvəlindən başlayaraq magistral qaz-boru kəməri çəkilmiş, lakin Xasıdərə kəndinin qazlaşdırılması təmin edilməmişdir. İddiaçı qeyd edir ki, Nüydü-Nuran kəndlərinə qaz-boru kəmərinin çəkilişi zamanı atası İbadov İbad Hüseyn oğlunun xahişi ilə kəmərin Xasıdərə kəndindən keçən hissəsində ərazidən 600800 metr aralıda qoşulma açarı (ventel) podratçı təşkilat tərəfindən qoyulmuşdur. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan Ağsu rayon Xasıdərə kən dinin qazlaşdırılmasının iqtisadi cəhətdən səmərəli olmadığı üçün qazlaşdırma planında hal-hazırda nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, qazlaşma proqramına daxil olan hər bir yaşayış məntəqəsi üçün ayrı-ayrılıqda layihə smeta sənədi hazırlanır və müvafiq qaydada dövlət ekspertizalarından keçirilir. Ağsu rayonunun Xasıdərə kəndi istisna olunmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Xasıdərə kəndinin qazlaşdırılması ilə əlaqədar bildiririk ki, həmin kənddə 3 yaşayış evi müəyyən olunmuş və həmin evlərdən ikisinin yarım sökülü vəziyyətdə olması, həmçinin həmin evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bundan əlavə həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqt əsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunmuşdur. Belə olduğu təqdirdə həmin yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. Qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 İB-yə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur.

6. Şəki İnzibati Məhkəməsinin (hakim X4, 2-1(116)-975/2021 saylı iş) 24 noyabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, Dövlət proqramında qazlaşd ırma işlərinin davam etdirilməsi nəzərdə tutulsa da, hazırki halda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi kəndin qazlaşdırılması ilə bağlı icraçıya dövlət büdcəsindən vəsait ayrılmamışdır. Həmçinin “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 5-ci hissəsində də qeyd olunduğu kimi əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. Həmçinin Qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosialiqti sadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh1 İB-yə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi), X6 və X7, 2-1(107)-125/2021 saylı iş) 16 aprel 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

10. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

11. Apelyasiya instansiyası məhkəməsi iş üzrə tətbiq edilməli olmayan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə istinad etməklə qərarını əsaslandırmağa çalışmışdır. Bu normaların qaldırılan tələblə bağlılığı yoxdur. Bu normalar iddia tələbin təmin edilməsinə heç bir qadağa qoymur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 13. “Qaz təchizatı haqqında” Qanun: Maddə

13. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxs in sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir (1-ci hissə); Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (3-cü hissə); Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Bu tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır (4-cü hissə); Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə saz işin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir (5ci hissə).

14. Azərbaycan Respublikasının Prezidentinin 29 yanvar 2019cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.2.9-cu bəndində Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi tədbirinin icraçısı Dövlət Neft Şirkəti müəyyən edilmişdir.

15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasa siya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

16. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İddiaçının mülkiyyətində 2009-cu ilin avqust ayından Ağsu rayonu, Xasıdərə kəndində 2 otaqlı fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi vardır. İddiaçı hazırda azadlıqdan məhrumetmə yerində cəza çəkir. O, mülkiyyətində olan mənzilə təbii qaz xətti çəkilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh Ağsu rayon Xasıdərə kəndinin qazlaşdırılmasının iqtisadi cəhətdən səmərəli olmadığı üçün qazlaşdırma planında halhazırda nəzərdə tutulmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir.

20. Bundan sonra iddiaçı “Ağsu rayonunun Xasıdərə kəndinin qazlaşdırılmasına dair qərar qəbul edilməsi, Ağsu rayonunun Nüydü və Nuran kəndlərinə q az kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətinə cəlb edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

21. Cavabdehin etirazından görünür ki, Ağsu rayonunun Xasıdərə kəndi istisna olunmaqla rayonun bütün kəndləri müvafiq qaydada qazlaşdırılmışdır. Xasıdərə kəndində 3 yaşayış evi müəyyən olunmuş və həmin evlərdən ikisinin yarım sökülü vəziyyətdə olması, həmçinin həmin evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Bundan əlavə həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqtəsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunduğundan həmin yaşayış məntəqəsinin qazlaşdırılması texnikiiqtisad i cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir. 22. “Qaz təchizatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikasının Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.2.9-cu bəndi ndə Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi tədbirinin icraçısı Dövlət Neft Şirkəti müəyyən edilmişdir. 24. “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2018-ci il tarixli sərəncamında qeyd edilmişdir ki, son illər əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilmiş, qaz təchizatı infrastrukturu yenidən qurulmuş, təbii qazla təchiz olunmayan yaşayış məntəqələrinə qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri aparılmışdır.

25. Əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səvi yyəsi 93 faizə çatdırılmış və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilmişdir.

26. Sərəncamın 1-ci bəndinə əsasən 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılmışdır. (siyahı əlavə olunur).

27. Siyahıda Ağsu rayonun Nuran kəndi qeyd olunmuşdur. 28. 2018-ci ilin sözüg üdən sərəncamından sonra Ağsu rayonunun kəndlərinin qazlaşdırılması ilə bağlı hər hansı sərəncam verilməmişdir.

29. Dövlət proqramında qazlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulsa da, hazırkı halda iddiaçının fərdi yaşayış evinin yerləşdiyi kəndin qazlaşdırılması ilə bağlı cavabdehə dövlət büdcəsindən vəsait ayrılmamışdır. 30. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5-ci hissəsində də qeyd olunduğu kimi əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırıl ması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilmişdir.

31. Həmçinin qazlaşma tədbirləri “Azərbaycan Respublikası regionlarının 20192023cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq cavabdehə ayrılan maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə həyata keçirilir. İllik qazlaşma proqramı ayrılan maliyyə vəsaiti çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə formalaşır, təsdiq olunduqdan sonra isə Cavabdeh1 İB tərəfindən icra olunur.

32. Göründüyü kimi iddiaçının fərdi yaşayış evinin yerləşdiyi yaşayış məntəqəsinin qazlaşdırılması üçün maliyyə vəsaiti ayrılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız iddiaçıya məxsus və yaşayış olmayan evin qazlaşdırılması üçün iddiaçının mənzili olduğu kəndə qaz kəmərinin çəkilməsi iddiaçının hüquqla rı və dövlətin üzərinə götürdüyü öhdəliklərin uzlaşması baxımından qeyri-mütənasibdir. Hazırki halda qazlaşdırma ilə bağlı dövlətin siyasətini həyata keçirən cavabdeh inzibati orqanın da iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuşdur.

33. Nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrində n qəbul edərək, paylanması və satışını həyata keçirir. Birliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Beynəlxalq standartlar, digər normativ aktlar, SOCAR-ın bu sahədə daxili normativ sənədləri və Birliyin Nizamnaməsi əsasında tənzimlənir.

35. İddiaçı özü də bildirmişdir ki, Ağsu rayonu Xasıdərə kəndində üç ev göstərilir, ikisi ev şəklindədir, biri sökülü kimidir. Ora köhnə kənd olmuşdur. Hazırda kəndin yeganə sakini onlardır.

36. Göründüyü kimi, cavabdehin dəlilləri iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur. Ağsu rayonu Xasıdərə kəndində bir-iki ev istisna olmaqla evlərdə yaşayış olmadığı müəyyən olunmuşdur. Cavabdehin də bildirdiyi kimi həmin yaşayış evləri ilə qaz xəttinin qoşulma nöqtəsi (yəni mənbə) arasında olan məsafə 4 (dörd) km müəyyən olunduğ undan həmin yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsizdir.

37. Ağsu rayonunun bir sıra kəndlərinə qaz kəmərinin çəkilişi ilə bağlı layihənin tərtibatı zamanı Xasıdərə kəndinin bu layihəyə daxil edilməməsinin səbəblərini cavabdeh bildirmişdir və bu zaman cavabdehin hüquqa zidd hərəkəti müəyyən edilməmişdir.

38. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan iddiaçının kasasiya şikayəti təmin edilmədən apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. İddiaçı kasasiya məhkəməsinə göndərdiyi müraciətində işə məhkəmə iclasında baxılmasını və onun məhkəmə iclasına dəvət edilməsini, həmçinin kasasiya şikayətini tərtib etmiş Vəkil iştirakdan kənarlaşdırılmasını xahiş etmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının müraci əti ilə bağlı qeyd edir ki, İPM-in 96.4cü maddəsinə görə Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır və məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən həll edir. Bu səbəbdən iddiaçının dəvət edilməsi və vəkilin iclasdan kənarlaşdırılması barədə müraciətinə baxılmasına zərurət olmamışdır.

41. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-125/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar