Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2302/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülki əqdlər əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə dair mülki məhkəmə icraatı qaydasında baxılmalı mübahisələr, iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X12) “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsini almış, iddiaçı ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında həmin torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Sözüg edən müqavilə əsasında iddiaçının Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
2. Bununla yanaşı, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarı ilə X5 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi satılmış, onun mülkiyyət hüququ xx.xx.2001-ci ildə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir.
3. X9 xx.xx.2008-ci ildə vəfat etmiş və xx.xx.2012-ci il tarixli 2V-85 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd olunan torpaq sahəsindən onun vərəsələrinin (arvadı X2, övladları - X7, X13 və X1 0) bərabər payları müəyyən edilmişdir. Həmçinin eyni tarixdə digər vərəsələr vərəsəlik şəhadətnaməsi əsasında onlara düşən paylarını bağışlama müqaviləsi bağlamaqla X11 bağışlamışlar. Sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində xx.xx.2012-ci ildə **********82 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X8 Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında həmin torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibars ız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı iddiası qismən təmin edilərək, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X5 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli X8 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxan ı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilmişdir.
5. Həmin qətnamədən X8 verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-4728/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadla Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi «xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli X8 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi» və «hərrac protokolunun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi»nə aid his sələrdə ləğv edilmiş, həmin tələblərə mülki icraat qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir.
6. Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qalan hissələrdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)4728/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən zaxlanılmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1820/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 06 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252.0 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
8. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri müv afiq olaraq Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-235/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-958/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyatdan keçən RX seriyalı ******* nömrəli dövlət reye strindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, X12 və Əmlak Məsələləri Dövlət Komitəsini cavabdehlər siyahısından çıxarılmasını, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin cavabdeh qismində tanınmasını və X8 adına verilmiş çıxarışın (250 kv.m hissədə) etibarsız hesab edilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən keçmiş “Azərsutikinti” X4 Birliyinin 7 saylı kafesi, ümumi 214,7 kv.m. olan özəlləşdi rilən obyekt və yerləşdiyi 252 kv.m. torpaq sahəsini Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 27 fevral 2018-ci il tarixli, 09/01 saylı hərrac protokoluna əsasən satıcı Əmlak Məsələləri Dövlət Komitəsindən hərrac yolu ilə 17.500 manata almışdır. Alğı-satqı müqaviləsi əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının adına xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Lakin iddiaçı həmin qeyri-yaşayış sahəsini aldıqdan sonra bu obyektə sahib ola və ondan istifadə edə bilməmişdir. Belə ki, Qədir Əliyev həmin qeyri-yaşayış sahəsini zəbt edərək iddiaçını ora buraxmır və bildirir ki, onun həmin torpaq sahəsinə sənədləri vardır. Sonra məlum olmuşdur ki, Qədir Əliyevin qeyriyaşayış sahəsinin altındakı torpaq sahəsinə çıxarışı vardır. Həmin torpaq sahəsi ona atasından miras qalmışdır. Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə iaşə və digər tikinti məqsədilə 0,24 hektar torpaq sahəsi X6 ayrılmış, həmin qərar əsasında ona torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonra isə vərəsəlik şəhadətnaməsi əsasında Qədir Əliyev həmin torpaq sahəsini öz adına sənədləşdirərək adına çıxarış almışdır. O, mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Komitəsinə ərizə ilə müraciət etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2358/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, tələbin inzibati məhkəmə icraatı qaydasında baxılması həmin tələblə bağlı hüquq münasibətlərinin publik sferada olması i lə şərtlənir ki, mülki icraat qaydasında inzibati orqan olmayan cavabdehə qarşı baxılmalı olan hazırkı icraat qaydasında baxıla bilməz. Hazırkı iş üzrə də mübahisə mülki icraat qaydasında həll edilməli olan mülki mübahisədir. 15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının tələbi konkret hazırkı məsələni tənzimləyir.
16. Plenumun Qərarında müəyyən edilmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə, çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Hətta adı çəkilən qərarında Ali Məhkəmə birbaşa vərəsəlik şəhadətnaməsinin əsasında verilmiş çıxarışın mübahisələndirilməs inə münasibət bildirmiş, həmin mübahisə üzrə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olmaması barədə mövqe nümayiş etdirilmişdir.
17. İddiaçı isə qeyd olunanları nəzərə almadan özəyində vərəsəlik şəhadətnaməsi olan mülkiyyət hüququ barədə qeydi mülki qaydada mülki rayon məhkəməsində yox, inzibati qaydada inzibati məhkəmədə mübahisələndirmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, onun tələbi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədardır və inzibati icraat qaydasında işə baxılması mümkündür. Baxılan iddiada söhbət vərəsəliyə aid olan hissədən getmir. Mübahisə iddiaçının hərrac yolu ilə əldə etdiyi dövlət əmlakından gedir. 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X5 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli X8 adına verilmiş dövlət reyestrindən çıxarış İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilmişdir. Bundan əlavə, Abşeron Bələdiyyəsinin qərarı ləğv edilmişdir. Hal-hazırda qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olmasına baxmayaraq, X8 adına olan çıxarış ləğv edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianı mümkün sayaraq işə mahiyyəti üz rə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
22. İddiaçının kassasiya şikayətinin dəlilləri, iddia ərizəsində və apelyasiya şikayətinfə irəli sürülmüş dəlillərlə eynilik təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarı ş reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər....
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı 1.1. Məhkə mələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə b ağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımd an lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırı lmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşaraq həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. İddianın mümkünlüyü iddiaya mahiyyəti üzrə b axmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğu müəyyən olunduqdan sonra iddianın mahiyyəti üzrə araşdırma aparmalıdır.
33. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
34. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsin də onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. Hazırda iddiaçının irəli sürdüyü tələb, Abşeron rayonun Məhəmmədli qəsəbəsində yerləşən 0,24 ha torpaq sahəsinin üzərində X8 mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədədir.
36. İşə baxmış məhkəmələr haqlı olaraq ilk növbədə bu iddianın aidiyyətini yoxlamış və müəyyən etmişdir ki, iddiaçı özəyində vərəsəlik şəhadətnaməsi olan mülkiyyət hüququ barədə qeydi mülki qaydada ümumi məhkəmədə yox, inzibati qaydada inzibati məhkəmədə mübahisələndirmişdir.
37. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» 19 may 2014cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.
38. Baxılan iş materi allarından görünür ki, mübahisələndirilən çıxarışda qeyd olunan torpaq sahəsi Məhəmmədi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 08 nömrəli qərarı ilə X1, onun mülkiyyət hüququ xx.xx.2001-ci ildə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. X9 xx.xx.2008-ci ildə vəfat etdikdən sonra xx.xx.2012-ci il tarixli 2V-85 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeyd olunan torpaq sahəsindən onun vərəsələrinin (arvadı X2, övladları - X7, X13 və X10) bərabər payları müəyyən edilmişdir. Həmçinin eyni tarixdə digər vərəsələr vərəsəlik şəhadətnaməsi əsasında onlara düşən paylarını bağışlama müqaviləsi bağlamaqla X11 bağışlamışlar. Sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində xx.xx.2012-ci ildə **********82 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
39. İddiaçının “baxılan iddiada söhbət vərəsəliyə aid olan hissədən getmir, mübahisə iddiaçının hərrac yolu ilə əldə etdiyi dövlət əmlakından gedir” dəlili qərardadın ləğvinə əsas vermir. Çünki, mübahisə Q.Əliyevə verilmiş çıxarışın ləğvi barədədir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi inzibati orqanın qərarı əsasında verildikdən sonra mülki dövriyyənin predmeti olur və bundan sonra müxtəlif mülki hüquqi əqdlər əsasında mülkiyyətçisi dəyişilə bilər. Bu mülki hüquqi əqdlər əsasında qeydiyyat aparan inzibati orqanın fəaliyyəti fərqli məzmuna malikdir.
40. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 19 may 2014-cü il tarixli qərarında qeyd ol unur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzg ün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir.
41. Bundan başqa, hazırkı qərarın 24-cü bəndində qeyd edilən Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
42. Məhkəmə kollegiyası vurğulayır ki, inzibati orqanın apardığı qeydiyyat mülki hüquqi əqd əsasında həyata keçirildiyindən mübahisəyə inziba ti məhkəmə icraatı qaydasında baxılması istisna olunur.
43. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2193/2023 nömrəli, 4 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.