Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2303/2019 18.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar söz: diplomun ölkə ərazisində tanınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul e tdi. TƏSVİRİ HİSSƏ xx.xx.1992-ci il təvəllüdlü iddiaçı 01.09.2010-ci il tarixdən 30.06.2014-cü ilədək Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasının əyani şöbəsində “telekommunikasiya” ixtisası üzrə təhsil almış və 30.06.2014-cü il tarixində ona Dİ 042304 saylı diplom (telekommunikasiya ixtisası üzrə) verilmişdir. İddiaçı 30.06.2014-cü il tarixində verilmiş Dİ 042304 saylı diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi məqsədilə cavabdehə müraciət etmiş, Ekspert Qrupu tərəfindən 01.09.2015-ci il tarixli ekspert rəyi verilmiş, həmin ekspert rəyinə istinadən iddiaçının diplomunun ölkə ərazisində tanınmasından və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. 01.09.2015-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının aldığı ixtisas üzrə biliklər Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən hüquq və azadlıqlarının məhdudlaşdırılmasına əsas olan halların aradan qaldırılması, 30.06.2014-cü il tarixində verilmiş Dİ 042304 saylı diplomun Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3263/2018 saylı 28 avqust 2018-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli T elekommunikasiya Akademiyası tərəfindən verilmiş Dİ 042304 saylı,30 iyun 2014-cü il tarixli diplomun tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qərardan narazı qalmış iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərar ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3263/2018 saylı 28 avqust 2018-ci il tarixli Qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə “Təhsil haqqında” Azərbaycan Respublika sı Qanunun 1.0.43, 11.1.3, 11.1.4, 11.1.5-ci maddələrinə, Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın 6-cı bölməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 1.1, 1.5, 2.2, 3.6, 3.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz,işin faktiki halları baxımından əsassız,apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)94/19 saylı 29 yanvar 2019- cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən işə faktiki hallar əsasında baxılmamış,qüvvədə olan hüquq normaları pozulmuş, bu da düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, ilk növbədə işə baxılarkən iddiaçının dinlənilmə hüququ təmin edilməmişdir. Bundan əlavə, məhkəmə faktiki halların ziddinə olaraq iddiaçının təhsil aldığı dili tam səviyyədə mənimsəməməsini qeyd etmişdir. Halbuki iddiaçı tam orta təhsilini rus dilində almışdır. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən “telekommunikasiya” sahəsində aldığı ixtisası bilib-bilmədiyini araşdırmadan mübahisəni yalnəız şübhəyə istinad etməklə həll etmişdir. Kass ator AR İPM-nin 12.1, 12.2, 82, 90, 91, 94 və 96-cı maddələrinə, “Təhsil haqqında” AR Qanunun 19.20-ci maddəsinə, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 346 saylı 6 mart 2000-ci il tarixli Sərəncamına istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxt ı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərar ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşi n apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1992-ci il təvəllüdlü iddiaçı 2010-ci il tarixdən 2014-cü ilədək Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyasının əyani şöbəsində “telekommunikasiya” ixtisası üzrə təhsil almış və 30.06.2014-cü il tarixində ona Dİ 042304 saylı diplom (telekommunikasiya ixtisası üzrə) verilmişdir. İddiaçı 30.06.2014-cü il tarixində verilmiş Dİ 042304 saylı diplomun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina edərək iddiaçıya bildirmişdir ki, iddiaçının aldığı ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində təhsil standartlarına cavab vermədiyi üçün ixtisasın ölkə ərazisində tanı nması mümkün deyildir. Cavabdehin iddiaçının diplomunu ölkə ərazisində tanınmasından imtina etməsinin yeganə əsasının ekspert rəyi təşkil edir və həmin ekspert rəyinə əsasən onun aldığı ixtisas üzrə bilik səviyyəsi Azərbaycan Respublikasının təhsil sahəsində təhsil standartlarına cavab vermir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya d igər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasənxarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.4-cü bəndinəəsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olu nmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında işə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasənxarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət s tandartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydalarının 3.3-cü bəndinə əsasən təhsilin məzmunun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyul an tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduq da, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə cavabdeh iddiaçıya Qaydaların 3.7-cı maddəsində sadalanan hansı hala görə imtina cavabı verdiyini əsaslandırmamışdır. Belə ki iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), istiqaməti, sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur. Bunu n əksi isə cavabdeh və apellyasiya instansiya məhkəməsi tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı aldığı diplomun ölkə ərazisində tanınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, inzibati orqan imtinasının əsasını təşkil edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. 16 mart 2000-ci il tarixli “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsinə əsasən, X1 Respublikasında verilmiş diplomlan o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin " kiçik mütəxəssis", "bakalavr", "mütəxəssis" və "magistr" ixtisas dərəcələri haq qında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmunu uyğun gələrsə təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi sözügedən Sazişdə də Ukrayna Respublikasında verilmiş diplomun tanınması zamanı Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasıının təhsil sahəsində dövlət standartlarına cavab verməməsi şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi yalnız cavabdehin dəlillərinə istinad edərək və hüquq normalarını sadalamaqla, iş üzrə sübutlara obyektiv qiymət vermədən iddia tələbini təmin etməkdən imtina etmiş və beləliklə, hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə, əməl etmədən qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin 2-1(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilmə lidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)94/19 saylı 29 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Ukrayna Respublikası A.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən İddiaçı verilmiş “telekommunikasiya” ixtisası üzrə əyani şöbəni bitirməyə dair 30.06.2014-cü il tarixli Dİ seriyalı 042304 nömrəli bakalavriat diplomunun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulsun.
Məhkəmə qərarları › İş №2-1(102)-2303/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2303/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver