Məhkəmə qərarları › İş №2-1(102)-2303/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2303/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2303/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində torpağa mülkiyyət hüququna dair qeydə düzəliş edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (X6, X4, X10, X7 üçüncü şəxslər olmaqla) qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda düzəliş edilərək, çıxarışdan X6, X4, X10 və X1 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-367/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhər ZDS İcraiyyə Komitəsinin 14.12.1961-ci il tarixli, 31 nömrəli qərarı ilə şəhər ZDS İK-nın Lalayan Santura torpaq sahəsi verilməsi barədə 24.12.1959-cu il tarixli 27 nömrəli qərarı ləğv edilmiş, həm in torpaq sahəsi Məktəb küçəsinin 34 nömrəli evində yaşayan X9 verilmişdir. X11 həmin torpaq sahəsində yaşayış evi tikmiş və ailəsi ilə həmin evdə yaşamış, 05.04.1992-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Mingəçevir şəhəri, Y.Muradov küçəsindəki 33 ünvanda yerləşən həmin yaşayış evi onun arvadı X2 mülkiyyətinə keçmişdir. Həmin evin 0.06 ha həyətyanı torpaq sahəsinə ləğv olunmuş olunmuş DT və XK-nin Mingəçevir şəhər Torpaq şöbəsi tərəfindən 01.08.2005-ci il tarixdə JN262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur.

2. Həmin şəhadətnamədə birgə mülkiyyətçi kimi iddiaçı və anası Kutayın Nəbiyevadan başqa, X4, X6, X7, X10 adlı şəxslərin də adları göstərilmişdir. Ev notarial qaydada təsdiq edilmiş 08.11.2018-ci il tarixli 4Ə-1261 reye str nömrəli bağışlama müqaviləsi əsasında iddiaçının anası X8 tərəfindən iddiaçıya bağışlanılmışdır. Bu bağışlama müqaviləsi əsasında iddiaçının adına həmin evə dair 21.11.2018-ci il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Sözügedən çıxarışa əsasən, Mingəçevir şəhəri, Y.Muradov 33 ünvanında yerləşən fərdi yaşayış evi tam hissədə, 0.06 ha torpaq sahəsi 2/6 hissədə İddiaçı, hər birinin payı 1/6 hissə olmaqla isə iş üzrə üçüncü şəxslərin mülkiyyətindədir.

3. İddiaçı cavabdeh orqana müraciət edərək, çıxarışda və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə üçüncü şəxslərin adlarının çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh orqan 25.09.2020-ci il tarixli, **********20 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Daşınmaz əml akın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun mövcud tələblərinə əsasən ərizədə qeyd olunan düzəlişin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 21.11.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək, X6, X4, X10 və X1 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddi açı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv olunmuş DT və XK-nin Mingəçevir şəhər Torpaq şöbəsi tərəfindən 01 avqust 2005-ci il tarixdə JN262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə heç bir qanuni əsas olmadan birgə mülkiyyətçi kimi iddiaçı və anası Kutayın Nəbiyevadan başqa, X4, X6, X7, X5 da adları göstərilmişdir. Halbuki, həmin şəxslər 1990-cı illərin axırlarından faktiki olaraq qeyd olunan evdə yaşamırlar, daimi olaraq başqa ünvanda yaşayırlar və 2002-ci ildə evdən qeydiyyatdan çıxmışlar. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə isə yuxarıda qeyd edildiyi kimi, 2005-ci ildə tərtib olunmuşdur. Bu şəhadətnamə əsasında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən birgə (paylı olmayan) mülkiyyət kimi göstərilmiş 0.06 ha torpaq sahəsi nota rial qaydada təsdiq olunmuş heç bir bölgü planı, razılıq ərizələri və ya digər müvafiq hüquqi sənədlər olmadan 21.11.2018-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda əsassız və qanunsuz olaraq həmin şəxslərin 1/6 hissədə paylı mülkiyyəti kimi göstərilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma və inventarlaşdırma işləri aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin elektron baza xəritəsinə və yerli Aqrar İslahat Komissiyasının adlı siyahısına əsasən, 2015-ci ilin fevral ayının 5-i tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ləğv edilm iş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsi tərəfindən tərtib edilmiş “JN-262F” KOD 90200002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iddia tələbində adları çəkilən hüquq subyektlərinin adları ümumi - birgə (paylı) mülkiyyət hüququna əsasən qeyd olunmuşdur. Məlum olduğu kimi, Respublika ərazisində Azərbaycan Respublikasının Prezidenti, mərhum Ulu Öndər cənab Heydər Əliyevin 1996-cı il tarixli sərəncamı ilə vətəndaşların qanuni istifadələrinə ayrılmış torpaq sahələri onların əvəzsiz olaraq mülkiyyətlərinə verilmiş və beləliklə də, yaradılmış X3 tərəfindən yaşadıqları ünvan üzrə pasport qeydiyyatında olan mülki vətəndaşlar ailə üzvi kimi mülkiyyətçi qismində torpaq sahəsinə payçı kimi qeyd edilmişlər. İddiaçı adına notariat kontorunun təsdiqlədiyi bağışlama müq aviləsinə əsasən, ********** qeydiyyat nömrəli, 21.11.2018-ci il tarixli tərtib edilmiş hüquqların dövlət reyestrindən çıxarışda onun mülkiyyət hüququ fərdi yaşayış evi üzrə tam, torpaq sahəsi üzrə isə 2/6 hissədə müəyyən edilmişdir. Torpaq sahəsi üzrə yerdə qalan hissələr isə digər mülkiyyətçilər arasında bərabər payda qeyd edilmişdir. İddiaçının tələbi əsassızdır. Belə ki, əgər digər mülkiyyətçilərin adlarının hüquq subyektlərınin siyahısındanan çıxarılması tələb olunursa, o zaman belə anlaşılır ki, iddiaçı Aqrar İslahat Komissiyasının qərarı ilə müəyyən edilmiş digər payçıların mülkiyyət hüquqlarının pozulmasını tələb edir və eyni zamanda, əsassız olaraq onların mülkiyyət hüquqlarından məhrum edilməsini xahiş edir. Bundan əlavə, ölkə ərazisində islahat aparılarkən ailə tərkibində bütün ailə üzvləri də mülkiyyət hüququ üzrə gözləntidən bəhrələnmişlər ki, hazırda iddia tələbində onların bu hüququnun bilərəkdən qərəzli şəkildə məhdudlaşdırılması qanunazidd hesab olunur.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-341/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iş üzrə üçüncü şəxslər aqrar islahat aparılan zaman həmin evdə qeydiyyatda olmaqla yaşamışlar. Bu səbəblə də onların adları şəhadətnamədə öz əksini tapmışdır. Üçüncü şəxslərin adlarının şəhadətnamədə göstərilməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan onların adlarının şəhadətnamədən çıxarılması mümkün deyildir.

10. Birinci instansiya məhkəməsinin qərarınd an iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-367/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: R.R.Rəfiyev və V.İ.Məlikov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-341/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və inzibati işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli 293 saylı sərəncamı ümumiyyətlə araşdırılmamışdır. Sərəncamın məqsədi Mingəçevir şəhəri vətəndaşlarının qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin qanuniliyini təsdiq edən sənədlərin araşdırılması olmuşdur. Vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinə dair mülkiyyət hüququ vermək onların səlahiyyətində deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəllə si: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sah ələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində n çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsin in, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəf indən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cava bdehdirlər. Maddə 23.3 Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 19. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı Bənd

2. Müəyyən edilsin ki: 2.1. ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habel ə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qə tidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə tərkibi bildirir ki, şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Və təndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir.

26. İşin hallarından görünür ki, mübahisələndirilən çıxarış “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmişdir. Bu şəhadətnamənin verilməsinin və orada üçüncü şəxslərin də torpaq sahəsinin mülkiyyətçisi kimi qeyd edilməsinin əsasını Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı təşkil edir.

27. İddiaçı kassasiya şikayətində qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı əsasında verilmişdir. Lakin məhkəmə şəhadətnamənin verilməsinə əsas olmuş həmin sərəncama hüquqi qiymət verməmişdir.

28. Halbuki, iddiaçı şəhadətnamənin verilməsinə əsas olan Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamını mübahisələndirməmişdir. Həmin sərəncamın ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab edilməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçı da bu barədə heç bir dəlil irəli sürmür. Odur ki, iddiaçı hazırkı iddia tələbi üzrə ar zuladığı nəticəyə nail olmaq üçün ilk növbədə Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamını mübahisələndirməlidir.

29. Qeyd olunmalıdır ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.

30. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmla kın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz şəxs reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.

31. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

32. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-367/2021 saylı iş üzrə 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar