Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2303/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh A zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1617/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 3c saylı ölçüsü 0.027 ha olan bağ sahəsi üzərind ə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 3c saylı bağ sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin torpaq sahəsinin ölçüsü 0.027 ha-dır.
3. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “3c” ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, layihə Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir.
4. Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən 14U-3579 saylı xx.xx.2014-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, bağ evinin tikintisi ilə bağlı təqdim etdiyi layihənin memarlıq-planlaşdırma bölməsi Sabunçu Rayon İcra Hakimiyyətində razıl aşdırılmışdır.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “3c” ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı hasar daxilində yerləşən torpaq sahəsinin 470 kv.m təşkil etdiyi və istifadənizdə olan əlavə 200 kv.m torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, qeyd edilən əlavə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmi ş tələblərə uyğun olmalıdır.”
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, bağ sahəsi sənəd üzrə 270,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 470,0 kv.m təşkil edir. Bağ sahəsinin üzərində 1 (bir) mərtəbəli bağ evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ evinin bir hissəsi plan-ölçüdən kənarda yerləşir. Faktiki bağ sahəsinin 149,0 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağına düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, “3c” saylı b ağ sahəsində yerləşən 0,027 ha. sahəyə malik torpaq sahəsi üzərində tikilmiş evin qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, “3c” saylı bağ sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “3c” saylı 0,027 ha sahəsi olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının ad ına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən 24 may 2014-cü il tarixində alındıqdan sonra həmin sahədə fərdi yaşayış evi inşa etdirmişdir. Tikinti ilə bağlı Bakı şəhəri Sabunçu rayon icra hakimiyyəti başçısına təqdim etdiyi layihənin memarlıq-planlaşdırma bölməsi razılaşdırılmış, tikintiyə layihə smeta bürosu tərəfindən eskiz layihə sənədləri 4 avqust 2014-cü il tarixdə təsdiq edilərək qeydiyyata alınmışdır. İnşa edilmiş yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə etdiyi müraciətə xx.xx.2022- ci il tarixli **********96 saylı imtina cavabı verilmişdir. Həmin imtinada bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı hasar daxilində yerləşən torpaq tikinti sahəsinin 4 70 kv.m təşkil etdiyi və istifadəsində olan əlavə 200 kv.m torpaq tikinti sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmiş, qeyd edilən əlavə torpaq tikinti sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir.
10. Cavabdeh orqan iddia ərizəsin ə qarşı etirazda qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “3c" sahədə yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018- ci il tarixli ərizə ilə, müvafiq ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022- ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlər etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı hasar daxilində yerləşən torpaq sahəsinin 470 kv.m təşkil etdiyi və iddiaçının istifadəsində olan əlavə 200 kv.m torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edi lmişdir. Həmçinin qeyd edilən əlavə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-cİ il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə, fərdi yaşayış evinin bir hissəsi artıq torpaq sahəsində inşa edilmişdir və fərdi yaşayış evinə dair təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq (2 otaq, yaşayış sahəsi 4 8.2 kv.m, ümumi sahə 81.6 kv.m, faktiki olaraq 4 otaq, yaşayış sahəsi 88.6 kv.m, ümumi sahə 138.3 kv.m) mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə **********83 nömrəli, xx.xx.2018-ci il tarixli, **********96 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düş ür.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10357/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.C.Qarayeva) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, “3c” saylı bağ sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1617/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imt inası əsaslı olmuşdur. Belə ki, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktından və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsi faktiki 0,0503 ha təşkil edir, DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 3c saylı ölçüsü 0.027 ha olan bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ərazi bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur. Ərazidəki, yəni hazırda iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını iddia etdiyi bağ evi birmərtəbəlidir, bağ evin in bir hissəsi59,6 kv.m-i iddiaçının ümumi daş hasarı daxilində istifadəsində olan və hüquqmüəyyənedici sənədi olmayan 0,0233 ha torpaq sahəsində yerləşir.
16. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, fərdi yaşayış evinə dair təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq vardır. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətində fərdi yaşayış evi 2 otaq yaşayış sahəsi 48.2 kv.m, ümumi sahə 81.6 kv.m olmaqla razılaşdırılmışdır, lakin faktiki olaraq 4 otaq, yaşayış sahəsi 88.6 kv.m, ümumi sahə 138.3 kv.m inşa edilmişdir və mövcuddur.
17. Beləliklə, iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 3c saylı bağ evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikası Qanununun 8-ci maddəsinə və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na uyğun sənədlər təqdim edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması ilə bağlı cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, m əhkəmə kollegiyası hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu - qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına uyğun sənədlər təqdim edilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması ilə bağlı cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
20. Məhkəmənin bu 1 bəndlik mövqeyi ilə razı deyil. Belə ki, qanunvericilik, torpaq sahəsi mühafizə sahəsində yerləş sə belə, şəxsin mülkiyyət hüququnun pozulmasının qarşısını almaq üçün mühafizəkar mövqedən yanaşmışdır. Belə ki, qaydalarda qeyd edilmişdir ki, elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Yəni, torpağın mühafizəsi zonasında yerləşməsi mülkiyyətçinin hüququnun pozulmasına səbəb ola bilməz, qanunverici orqan yalnız həmin hüququ məhdudlaşdıraraq, mülkiyyətçinin üzərinə həmin torpaq sahəsində qaydalara uyğun şəkildə istifadə etmək vəzifəsi qoymuşdur.
21. Hazırkı halda, iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçının həmin imkandan istifadə etməyə maddi imkanı olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məh kəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləş dirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş dir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 13 iyun 2023-cü il tarixli, 2-1(103)-1617/2023 nömrəli qərarla, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsini 2-1(112)-10357/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 3c saylı bağ evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na uyğun sənədlər təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması ilə bağlı cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulması tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
28. Beləlik lə apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı yuxarıda göstərilmiş siyahıya uyğun sənədlər təqdim etməmişdir.
29. Apellyasiya məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən(2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildi yi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd).Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23 -cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.(“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu, 10.2-ci, 11.1-ci, 23-cü maddələr).
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətinə 2 sənəd əlavə etmişdir ki, onlardan biri iddiaçının Sabunçu rayon İcra Hakimiyyətinə sözügedən bağ sahəsinin inşa edilməsi barədə yazdığı ərizə, digəri isə, iddiaçı tərəfindən həmin ərizənin Sabunçu rayon İcra Hakimiyyətinə göndərilməsi barədə 20 aprel 2022-ci il tarixli poçt qəbzidir.
31. Xüsusi olaraq qeyd edilməlidir ki, həmin poçt qəbzinin üzərində vurulmuş ştampda “xx.xx.2022-ci il tarixi” göstərilmişdir, yəni poçt qəbzinin göndəriş tarixi birinci instansiya məh kəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardan öncə olması müəyyən edilmişdir.
32. Lakin apellyasiya məhkəməsi sözügedən məsələni və ümumiyyətlə bağ sahəsinə dair sənədlərin tam mövcud olub-olmaması məsələsini İPM-in 12.1, 12.2, 13-cü maddələrinin tələbləri baxımından araşdırılmalı, o cümlədən iddiaçının ərizəsinin daxil olub-olmaması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə sorğu göndərilməli olduğu halda, buna formal yanaşmış və adıçəkilən məsələləri araşdırmamışdır.
33. Halbuki iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər məhkəməyə təqdim edilmişdir.
34. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qərarında yazmışdır ki, iddiaçı tərəfindən sözügedən bağ evinə dair yuxarıda adı çəkilən siyahıya uyğun sənədlər təqdim edilməmişdir.
35. Lakin apellyasiya məhkəməsi iddiaçı tərəfindən konkret hansı sənədlərin təqdim edilməməsini göstərməmiş, halbuki həmin məsələ apellyasiya məhkəməsi tərəfindən müfəssəl və dəqiq araşdırılmalı olduğu halda, bu edilməmişdir.
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1617/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxı lması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.