Məhkəmə qərarları › İş №2-1(102)-2304/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2304/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2304/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Xəqani Məmmədova ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı arxiv arayışları əsasında 1978-ci ildən 1999-cu ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1126/2019 saylı iş üzrə 10.05.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxx 1953-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı arxiv arayışları əsası nda 1978-ci ildən 1999-cu ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdehə müraciət etmiş, cavabdeh 16/01-3440 nömrəli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, onun işlədiyi dövrlər təsdiqini tapmadığından, yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdehin imtinası qanunsuz və əsassız hesab olunur. Müvafiq arxiv arayışları ilə onun müvafiq dövrdə işlədiyi sübut olunur. Həmin arayış cavabdehə təqdim edilmiş, lakin cavabdeh həmin sənədi nəzərə almadan məsələnin həllindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli iş № 2-1(82)-3378/2018, (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 10.05.2019-cu il tarixli iş № 2-1(103)-1126/2019 (hakimlər Vüsalə Baxışova sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinc i instansiya məhkəməsinin 19.12.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı şöbəyə əmək kitabçası təqdim etməyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və apelyasiya instansiyası həmin qərarı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununu nəzərə almadan qüvvədə saxlamışdır. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş, həm də DSMF-nin Sabunçu rayon şöbəsinin birinci instansiya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin 10.05.2019-cu il tarixli iş № 2-1(103)-1126/2019qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apely asiya instansiyası məhkəməsinin 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı şöbəyə əmək kitabçası təqdim etməyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və apelyasiya instansiyası həmin qərarı Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununu nəzərə almadan qüvvədə saxlamışdır. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş, həm də DSMF-nin Sabunçu rayon şöbəsinin birinci instansiya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İq tisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuşiddiaçının 62 yaşı 17.12.2015-ci il tarixdə tamam olarkən 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada “Əmək pensiyaları” haqqında Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış 12 il sığorta stajı olan kişilərin yaşa görə pensiya hüququ yaranmışdır. Arxiv arayışlarına isə iddiaçının 12 ildən artıq sığorta stajı olduğu müəyyən edilərək birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006- cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxili olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının təsdiq edilməsi zamanı arxiv arayışları mötəbər sübut kimi qəbul edilir. İddiaçının yaşa görə pensiya hüququ yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılması” Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbə bdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 10.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.05.2019-cu il tarixli 2-1(103)1126/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar