Məhkəmə qərarları › İş №2-1(102)-2305/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2305/2019

21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2305/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı pensiyanın ödə nilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-758/2019 nömrəli, 02 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 21 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda həmin ünvanda qeydiyyatdadır. (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 30.06.1978-ci ildən hal-hazıradək müxtəlif işlərdə işləmişdir. (ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası). İddiaçı ona təyin edilmiş aylıq pensiya haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq 985,1 manat məbləğində müəyyən edilməsi və öd ənilməmiş təxminən 39.425,4 manat miqdarında pensiya haqqı məbləğinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu 06.06.2018-ci il tarixli 10/443 nömrəli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə əmək pensiyalarının orta aylıq əmək haqqına əsasən hesablanmasının Qanundan 01.01.2010-cu il tarixdən çıxarılması əsası ilə müraciəti təmin etməmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia verərək, ona təyin edilmiş aylıq pensiya haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq 985,1 manat məbləğində müəyyən edilməsi və ödənilməmiş təxminən 39.425,4 manat miqdarın da pensiya haqqı məbləğinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı 52 yaşına çatdığı üçün 24 sentyabr 2013-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 23 yanvar 1992-ci il tarixli Qanununun tələblərinə uyğun hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 iyun 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, əvvəl “Azneft” İstesalat Birliyinin, sonradan isə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin bir sıra idarələrində çalışaraq pensiya yaşına çatmışdır. Əmək f əaliyyəti dövründə onun tutduğu vəzifələrin mütləq əksəriyyəti 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə nəzərdə tutulmuş işlərə aid olmuşdur. Bu səbəbdən də, ona 52 yaşına çatdığı 24 sentyabr 2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və hazırda 255,0 manat məbləğində pensiya alır. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasə n, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz. Həmin Qanunun 71-ci maddəsinə əsasən, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Orta aylıq əmək haqqısı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına aid əmək fəaliyyətinə əsasən, təqribən 985,1 manat təşkil edir, (orta aylıq əmək haqqı barədə arayış əlavə edilir.) Əmək kitabçasının surətindən gö rünür ki, ona pensiya təyin edilən anda, yəni 24 sentyabr 2013-cü il tarixdə ümumi iş stajı 35 il 2 ay 24 gün təşkil etmişdir. Tələb olunan iş stajı 20 il olduğundan pensiyasının məbləği orta aylıq əmək haqqının 100 faizi miqdarında təyin edilməli idi (70 %+ (35-20)X2%= 70%+30%=100%). Sözügedən Qanunun tələblərinə görə aylıq pensiya haqqının miqdarı 985,1 manat təşkil edir. Beləliklə, ona 24 sentyabr 2013-cü il tarixdən bu günə kimi 39.425,4 manat (54ayX(985,l-255,0)=39.425,4) məbləğində pensiya haqqı ödənilməmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Qaradağ rayon şöbəsinə müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddia ərizəsinı etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir.Etiraza görə, Azərbaycan Respubli kası vətəndaşlarının əmək pensiyası hüquqları, o cümlədən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüquqları 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Qeyd edilən qanun eyni zamanda indiki qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiya hüquqlarını da nəzərə alır. Qanunun 9.8-ci maddəsinə görə, hazırki Qanun qüvvəyə mindiyi günədək güzəştli və ümumi sığorta stajına malik olan şəxslərə əmək pensiyaları əvvəl qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun təyin edilir. Qanunun bu maddəsinə görə iddiaçıya 2013-cü ildə 52 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği qanunvericiliyə uyğun olaraq 01 01.2006-cı il tarixə qədər sığorta stajına 01.01.2006-cı il tarixdən sonrakı dövr üzrə isə ödənilmiş məcburi dövlət sığorta haqlarına əsasən hesablanmışdır. Cavabdeh hesab edir ki, iddiaçının əmək pensiyasının məbləğinin 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə istinadən hesablanması qanunun tələblərinə ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3510/2018 nömrəli, 30 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-758/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyev a və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3510/2018 nömrəli, 30 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya pensiya təyin edilərkən, güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və xüsusi iş stajları, habeləə yaş həddi 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı h aqqında” Qanunun tələblərinə uyğun hesablanmış, lakin pensiyanın məbləği müəyyən edilərkən 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına əsaslanılmışdır. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, əvvəlki Qanundan fərqli olaraq, vətəndaşlara güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsi nəzərdə tutulmamış, yaş həddi 57-ə dəyişdirilmişdir. Daha sonra qeyd edilir ki, iddiaçıya 52 yaşa çatdığı 24 sentyabr 2013-cü il tarixdə, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq pensiya təyin edilmişdir. Bu səbəbdən də pensiyanın aylıq məbləği hesablanarkən həmin Qanunun tələblərinə əməl edilməli i di. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə əmək pensiyasının əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştl i şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən yuxarı hər tam il üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz. Qeyd olunan Qanunun 71-ci maddəsinə əsasən, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən, orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına v ə ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər –istehsalatların, peşəl ərin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İşdən görünür ki, iddiaçı 01.01.2006-cı il tarixədək 20 il ümumi və 10 ildən çox güzəştli iş stajı topladığından, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia ilə iddiaçı ona təyin edilmiş pensiyanın orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmi şdir. Qeyd olunmalıdır ki, vətəndaşların əmək pensiyasının orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması 01.01.2010-cu il tarixdən qanunla ləğv edilmişdir. Ona görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının onun orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından onun güzəştli şərtlərə yaşa görə əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçının pensiya almaq hüququ 52 yaşdan (2013-cü ildə) yaranırsa, bu halda hesablama, hüququn yarandığı an qüvvədə olan qanunvericiliyin normalarına əsasən aparılmalıdır. 2013-cü ildə qüvvədə olan qanunvericilik isə (Qanunun 10 və 27-ci maddələri) pensiyanın sözügedən qaydada orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidə n hesablanmalı olduğuna dair müddəalar nəzərdə tutmur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan pensiya hesablanmasının aparılması qaydası dəyişdirilmişdir. Beləliklə, 01.01.2006 - 01.01.2010-cu il tarixlərdə bir hesablama qaydası, 01.01.2010-cu il tarixdən etibarən isə başqa hesablama qaydası tətbiq edilməyə başlanılmışdır. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 10.2-ci maddəsində deyilir ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid ola n ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, pensiyanın hesablanması zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17 və 72-ci maddələrinə istinad edilə bilməz. Çünki sözügedən norma “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə t əyin edilməsini təsbit edir. Göründüyü kimi, hesablama qaydası yox, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alına bilər. Ona görə də iddiaçının pensiyasının hesablama qaydası ilə bağlı da, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyinə istinad edilməsi yolverilməzdir. Beləliklə, 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərin əmək pensiyasının məbləği əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, həmin şəxslərin hüquqlarının yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hesablanır. Bu baxımdan iddiaçının kassasiya şikayəti qanunun normaları ilə ziddiyyət təşkil etdiyindən şikayət əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-758/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar