Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2305/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2305/23) Açar sözlər: (məhkəmə araşdırılması prinsipinin pozulması) Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qar şı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)495/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci ilə qədər “Xüsusi Zaqafqaziya idarəsi”ndə elektromühərriklərin təmiri üzrə sexdə 2-ci dərəcəli sarıyıcı, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Bakı Alüminium Prokatı Zavodu”nda metaləridici sexində nəzarətçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixə qədər “Xırdalan meşə melorasiya stansiyası”nda kiçik laborant, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi “Bakı Alüminium Prokatı Zavodu”nda emulsiya bişiricisi, xx.xx.1991-ci ildən xx.xx.1991-ci il tarixədək “Əlvan Metal” Dövlət əlvan metal tullantıları və qırıntılarının çeşidlənməsi sahəsində fəhlə, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Bakı X3nda metaləritmə sexində hazır məhlulun nəzarətçisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində hazır məhlulun nəzarətçisi, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər "xxxx" MMC-də laborant vəzifəsində işləmişdir. 2. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 28 nömrəli güzəşti arayışdan görünür ki, İddiaçı: 1. xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzə rətçi, siyahı -2, kod 2092300a13041); 2. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi məftilçəkmə sexində emulsiya bişirən vəzifəsində (vəzifə adı – emulsiya bişirən, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a19951); 3. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi metaləridici sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a-13041); 4. xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi məftilçəkmə sexində nəzarətçi vəzifəsində (vəzifə adı – nəzərətçi, siyahı - İİ, bölmə- Vİİİ, kod 2092300a-13041) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsa sında tərtib olunmuşdur”. 3. "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 29 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Bakı X3 da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə vermişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı X3nun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur.
4. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı ol an pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50397,89 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18622,02 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, güzəştli əmək stajını nəzərə alaraq 52 yaşdan güzəştli əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul olunmuşdur.
8. İddiaçı tələb ini onunla əsaslandırmışdır ki, əmək stajı, fəaliyyəti və yaşı “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının 2006-cı ilədək olan 15 il 11 ay 11 gün əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12151,56 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 2759,11 manat olmaqla, cəmi pensiya kapitalı 14910,67 manat təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd edildiyi kimi 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyi n edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 49185,78 manat məbləğində hesablanmışdır. Cavabdeh iddiaçının tələbinin qanunsuz və əsassız olduğunu bildirərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2923/2022 saylı qərarı ilə iddia rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.2006-cı il tarixə 20 il 10 ay 1 gün ümumi, 10 ildən çox xüsusi stajı olmuşdur. Lakin məhkəmə iddiaçının Bakı Alümunium-Yayma Zavodunda işləməsi ilə bağlı əmək kitabçasındakı qeydləri mötəbər hesab etmir. Əmək kitabçasındakı qeydlər qəbul edildiyi halda iddiaçının müəssisənin özəlləşdirilməsinə başlandığı xx.xx.2000-ci il tarixə həmin müəssisədə 15 ildən çox iş stajı olur ki, belə olan halda onun adı səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olmalı idi. Lakin həmin siyahıda iddiaçının adının olmaması onun həmin tarixdə müəssisənin əmək kollektivinə daxil olmadığını, yəni həmin tarixdə müəssisədə işləmədiyini təsdiq edir.
12. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında Bakı Alümunium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətlərini izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını t əsvir edə bilməmişdir. Bu hal həmçinin, iddiaçının əmək kitabçasında qeydi aparılan "xxxx" MMC-də laborant vəzifəsində işləməsi faktına da aid olmuşdur. Belə ki, iddiaçı həmin iş dövrünü də xatırlamamış, müəssisənin hansı fəaliyyətlə məşğul olması, laborant vəzifəsində hansı əmək funksiyalarını icra etməsini təsvir edə bilməmiş, məhkəmə tərəfindən verilmiş suala cavab olaraq həmin adda müəssisədə işləmədiyini bildirmişdir. İddiaçı həmçinin əmək kitabçasının mövcud olmasına baxmayaraq, daha sonra, yəni 2008-2014-cü illərdə "xxxx" MMC-də işlədiyi dövrlər barədə əmək kitabçasında niyə qeyd aparılmamasını da izah edə bilməmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyas iya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-495/2023 nömrəli (hakimlər A.Hüseyn- sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov ) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-1(112)-2923/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun tərtib edilmiş, şikayətdə “ Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1-ci, 77.1-ci və 80-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı daxil olmuş etiraza əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şərait i xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab e dilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
24. Xəzər RPİ-nin 1-ci PB-nin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, xx.xx.2013- cü il tarixdə 4-cü ərazi DYNİ-nin rəhbərliyindən Şimal Dres yaşayış sahəsi ünvanında yerləşən "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış 004 saylı material daxil olmuşdur. Materialda göstərilmişdir ki, "xxxx" ASC-nin sədri X1 4-cü ərazi DYNİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məx sus "xxxx" ASC-nin arxiv otağında yanğın hadisəsi baş vermişdir. Ərizədə S.Musayev onu da qeyd etmişdir ki, həmin müəssisə 2000-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi yaradacaq hər hansı bir fakt yoxdur. Ona görə də qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
25. Həmin yanğınla əlaqədar olaraq iddiaçının 1990-2004-cü illərdə Bakı X3nda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC xx.xx.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənəd lərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir.
26. Bundan başqa xx.xx.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev xx.xx.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət - yanğın baş verən sahədə heç bir təmirtikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılıb.
27. Göründüyü kimi, məhkəməyə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəali yyətinin dayandırıldığı, iddiaçıya məxsus əmək kitabçası qeydində iddiaçının xx.xx.2004-cü il tarixədək müəssisədə işlədiyi göstərilmişdir.
28. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin 21 aprel 2022-ci il tarixli **********7 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı“na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı X3nun bazasında "xxxx" ASC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2020-ci il tarixdə tam başa çatdırılmışdır. Səhmdar Cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir.
29. Bununla belə, Dövlət Sosial Müdafi ə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixində Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilir ki, müraciətinizlə əlaqədar olaraq sığortaedən “X3”nun (hazırda "xxxx" ACS-nin (SUN: **********8; VÖEN: **********)) 2000-2005-ci illər üzrə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatı təqdim edirik.
30. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi yanğın aktında olan məlumata əsaslanaraq 2000-ci ildən müəssisənin fəaliyyəti olmadığını bildirib əmək kitabçasında qeyd edilən 2000-2004-cü illəri ümumi staj kimi qəbul etməmişdir.
31. Lakin məhkəmə "xxxx" ACS-nin 2000-2005-ci illər üzrə hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli məktubu diqqətə almamışdır.
32. Eyni dövr üzrə yanğın aktlında müəssisənin işləmədiyi, DSMF-nin məktubunda isə MDSSH ödənildiyi bildirilmişdir.
33. Apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətli məqamla bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, təqdim edilən sənədlər arasında olan ziddiyyətin aradan qaldırılması üçün tədbir görməmiş, qərarında buna münasibət bildirməmişdir.
34. Apelyasiya instansiyası məhkəməsi təkrar işə baxan zaman iş yerinə sorğu göndərərək "xxxx" ASC-nin 2000-2004-cü illər ərzində fəaliyyət göstərib-göstərmədiyini, bunu təsdiq, yaxud inkar edən sübutları tələb etməli, həmçinin iddiaçının adının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən siyahıda hansı səbəbdən olmadığını yoxlamalı, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sı ğorta və Fərdi uçot üzrə Mərkəzi filialına sorğu göndərərək məcburi dövlət sosial sığorta haqlarına dair 2000-2004-cü illər üzrə müəssisə barədə daxil olan məlumatları almalıdır.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələbləri təmin olunmadığından qəbul etdiyi qərar ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli, kasasiya şikayəti təmin olunmalıdır.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2023 nömrəli iş üzrə 04 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.